Məhkəmə qərarları › İş №3(024)-182/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-182/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-182/2023 12.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Qax rayon İcra və Probasiya şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Afər oğlunun, X1 iştirakı ilə. FİN-1EY1R7R, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Qax rayonu, Turaclı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Afər oğlunun barəsində Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Qax rayon İcra və Probasiya şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X6 tərəfindən Şəxs Afər oğlunun barəsində, Qax Rayon Məhkəməsinin 2(024)- 110/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icra edilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qax rayon İcra və Probasiya şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X6 izahat verərək bildirdi ki, Qax Rayon Məhkəməsinin 2(024)-110/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, İcra sənədinə əsasən borclu Şəxs Afər oğlundan hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2019-cu il tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İcra sənədi üzrə borclunun xx.xx.2023-cü il tarixə 5700 manat aliment borcu yaranmışdır. Borcludan yaranmış aliment borcunun ödənilməsi tələb olunmuş, əks halda qanunvericiliyə müvafiq daşıdığı məsuliyyət izah olunmuşdur. Lakin borclu yaranmış aliment borcunun ödənilməsinin təmin etməmişdir. Şöbəyə verdiyi izahatında borclu Şəxs Afər oğlu yaranmış aliment borcunun tam ödəmək imkanın olmadığını yığılmış aliment borcunu hər ay aliment pulundan əlavə 100 manat olmaqla hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Lakin keçən müddət ərzində borcunu ödəməmişdir. xx.xx.2023-cü il tarixdə növbəti dəfə şöbəyə verdiyi izahatında borclu Şəxs hazırda işləmədiyini, xx.xx.2023-cü il tarixə yaranmış aliment borcunun 2000 manatını xx.xx.2023-cü il tarixə ödəniş edib qəbzini şöbəyə təqdim edəcəyini, qalan borcu isə 10 gün ərzində ödəyəcəyini izahatında göstərmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Afər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Şəxs Afər oğluna qanuni cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Afər oğlu izahat verərək göstərdi ki, Qax Rayon Məhkəməsinin 2(024)-110/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, İcra sənədinə əsasən hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. Hazırda həmin icra sənədi üzrə tələbkara olan 5700 manat aliment borcundan 600 manat ödəmişdir, 2000 manat isə hazırda ödəyə bilər. Maddi imkanı və işi olmadığı üçün borcunu ödəyə bilməmişdir. Göstərdiklərini nəzərə alaraq ona köməklik edilməsini xahiş etdi. X2 izahat verərək göstərdi ki, borclu Şəxs Afər oğlunun ona 5700 manat aliment borcu var. O yığılmış aliment borcunun tam olaraq ödənilməsini, əks təqdirdə isə Şəxs Afər oğluna 1 ay müddətə inzibati qaydada həbs cəzası verilməsini xahiş etdi. Şəxs Afər oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və icra məmurunun izahatları ilə məhkəmə iclasında təsdiq edilmişdir. Bununla da Şəxs Afər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Afər oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən “Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Afər oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi sanksiyası daxilində inzibati qaydada həbs tətbiq edilməsini qanuna müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 84, 106, 114,115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Afər oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona on beş gün müddətə inzibati həbs tənbeh növü tədbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Afər oğlu məhkəmə iclası zalından həbs edilsin. Həbs etmənin əvvəli Şəxs Afər oğlunun məhkəmə zalından həbsə alındığı xx.xx.2023-cü il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar