Məhkəmə qərarları › İş №3(024)-185/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-185/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-185/2024 28.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X6, Zərərçəkmiş şəxs iştirakı ilə, FİN-xxxxxxx, xx.xx.1994-cü ildə Zaqatala rayonu Ələsgər kəndində anadan olmuş, orta təhsilli, evli, öz deməsinə görə əvvəllər məhkum olunmamış, il ərzində görə inzibati eyni inzibati xətanı törətdiyinə məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Ələsgər kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Qax rayonu, Fıstıqlı kəndində yaşayan İsmayılov Cavid Vahab oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının V tağım YPX-nin inspektoru, polis kiçik serjantı X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:00-da Qax rayonu Qorağan yolunun 11-ci kilometrliyində otlaq sahəsində fermaya qoyunları apararkən, Qax rayonu istiqamətinə hərəkətdə olan “Mercedes Benz” E220 minik markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yolda olan qoyunları vurmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının V tağım YPX-nin inspektoru polis kiçik serjantı X7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib edən şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinn üzürlü sbəbləri barədə məhkəməyə məlumat veməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının V tağımının YPX-nin inspektoru, polis kiçik serjantı X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs dindirilən zaman izahatında göstərdi ki, hadisə Qax rayonu Alatəmir kəndi yolunda “Qoz bağı” adlanan ərazidə baş vermişdir. Orada heyvanları otarmaq üçün nəzərdə tutulan sahədə otarır. Həmin sahə 4 kəndin sahəsi olduğu üçün qoyunları otararkən avtomobil yolunu keçməyə məcburdur. Çünki yeraltı keçid yoxdur. Hər gün axşam saat 8 radələrində də qoyunu yataq istiqamətində keçirirlər. Həmin ərazidə heyvanların keçidi ilə bağlı yol nişanı yoxdur. 4 aydır heyvanları eyni yoldan keçirirlər. Sürüdə 175 baş xırdabuynuzlu heyvan vardır. Sürünü avtomobil yolundan keçirərkən sağ və sol tərəfə baxıb avtomobilin gəlib-gəlmədiyindən əmin olduqdan sonra keçirirlər. Sürünü 4 nəfər birlikdə yoldan keçirirlər. Üç nəfər sürünün yanında, bir nəfər isə fermanın qapısının yanında dayanır ki, heyvan içəri keçməsin. Axşam qoyunu yataq istiqamətində keçirən zaman Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil yuxarı yoldan gələrək qoyun sürüsünü vurmuş, 6 baş heyvan yerindəcə ölmüş, 5 baş heyvan isə yaralanmışdır. Həmin heyvanlardan 1 başı da xeyli müddət keçəndən sonra ölmüşdür. Hadisə baş verən zaman sürünün yarısı yolu keçmişdir. Sağ qalan qoyunlar isə qapalı şəraitdə saxlanılır. Hadisə 6 avqust 2024-cü il tarixdə hava qaralmamış, sutkanın işıqlı vaxtında baş vermişdir. Heyvanları yoldan keçirərkən tək olmamış, ümumilikdə 4 nəfər olmuşlar. Heyvanların yarısı özünündür. Onun otlaq sahəsi olmadığı üçün qoyunlarını otardığı Vəli adlı şəxslə şərikdirlər və onları güdməyə görə Vəlidən əmək haqqı almır. Heyvanlara görə özü məsuliyyət daşıyır. Ölən heyvanlardan bir baş quzu Vəliyə məxsusdur. Tələf olmuş heyvanların pulunun ödənilməsini tələb edir. Baş vermiş hadisədə özünü təqsirli bilmir. Məhkəmə iclasında zərərçəkmş şəxs Zərərçəkmiş şəxs Əbüdlkərim oğlu dindirilən zaman göstərdi ki, O, X13 Məktəbində işləyir və məşqçi müəllimdir. Hadisə Əmircan kəndindən aşağıda “Qoz bağı” adlanan yerdə baş vermişdir. O, həmin gün axşam saat 9 radələrində işdən çıxmışdır. Hadisə saat 9-un yarısında baş vermişdir. Hava tam qaranlıq olmuşdur. Avtomobili idarə etdiyi yolda sürət tələbi saatda 90 km olmuş, o isə təxminən 80 km saat sürətlə, yaxın vuran işıqlarla hərəkət etmişdir. Təximənən 200 metr irəlidə qaraltı görmüş, nə olduğunu ayırd edə bilməmiş, avtomobilin əyləcini basmış, lakin gec olmuş və qoyunları vurmuşdur. Maşının altında qoyun qaldığı üçün avtomobil arxaya çəkmişdir. Həmin vaxt çoban, yəni Cavid tək olmuş, yanında 3 nəfər olmamış, sürünü yoldan tək keçirmiş, sürünün sonunda olmuş, heç olmasa telefonun işığını belə yanıdırıb xəbərdarlıq etməmişdir. Hətta onun avtomobilində əyləşən Elsevər adlı sərnişinlə avtomobildən düşüb qoyun sürüsünü yoldan keçirməyə Cavidə kömək etmiş, bundan sonra xəsarət almış 5 baş qoyunu yolun kənarına çəkmişlər. Həmin qoyunlar sağ olmuş, bir müddətdən sonra 2 başı ölmüşdür. Şəxs arvadı hadisə baş verən zaman orda olduğunu desə də, orada olmamış, qoyunlar vurulduqdan 15-20 dəqiqə sonra yola çıxmışdır. O, hadisə baş verdikdən sonra polisə zəng etmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkmə iclasında şahid X3 dindirilən zaman göstərdi ki, o Şəxs arvadıdır. Hadisə baş verən zaman o da yolda olmuş, ondan başqa da şahidlər olmuşdur. Hadisə baş verən “Qoz bağı” adlanan yerdə onların otlaq sahəsi olmadığı üçün başqa bir şəxslə şərikli qoyun saxlayırlar. Hadisə 06 avqust 2024-cü il tarixdə baş vermişdir. Qoyunları o və əri Şəxs güdmüşdür. Qoyunları yoldan keçirmək üçün onlardan başqa köməkçilər - Qaxa və Əhməd adlı şəxslər də gəlmişlər. Hadisə həmin gün təxminin saat 7-8 radələrində baş vermişdir. Zərərçəkmiş şəxs sürətlə gələrək heyvanların içərisinə daxil olmuş və heç nəyə məhəl qoymamışdır. Qoyunları vurduqdan sonra maşından düşərək gəlmiş, heç bir yerə şikayət etməmələrini xahiş etmiş və onlara nə qədər zərər dəyibsə ödəyəcəyini bildirmişdir. Onlar da inanaraq şikayət etməmişlər. İki saat keçdikdən, hava qaraldıqdan sonra ziyanı ödəməyəcəyini deyərək Zərərçəkmiş şəxs özü polisə zəng etmişdir. İki saat keçdikdən sonra yol polisi əməkdaşları gəlmişlər. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, fotoşəkillər və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. İş materialları ilə müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00-də Qax rayonu Qorağan yolunun 11-ci kilometrliyində otlaq sahəsində fermaya qoyunları apararkən, Qax rayonu istiqamətinə hərəkət edən “Mercedes Benz E220 CDİ” minik markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil asfalt yolda nəzarətsiz qalan xırdabuynuzlu heyvanları (qoyunları) vurmuş və avtomobilin sürücüsü Zərərçəkmiş şəxs maddi zərər vumaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Zaqatala rayonu “Avtoservis 100” X2 verdiyi 08 avqust 2024-cü il tarixli 6 nömrəli Avtomobillərə dəymiş zərər Aktından görünür ki, “Mercedes Benz E220 CDİ” minik markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 370 manat maddi ziyan dəymişdir. İnzibati materiala əlavə edilmiş fotoşəkillərdən görünür ki, qoyun sürüsü ilə toqquşma nəticəsində avtomobilə maddi zərər dəymişdir. xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati materiala əlavə edilmiş sürücülük vəsiqəsinin sürətindən görünür ki, Zərərçəkmiş şəxs B1, B, C1, C kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ var və sürücülük vəsiqəsi xx.xx.2033-cü il tarixə kimi etibarlıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini etiraf etməməsini, hadisə vaxtı qoyunları onunla bərabər 3 (üç) nəfərin də yoldan keçirdiyini, hadisənin sutkanın işıqlı vaxtında baş verməsini, Zərərçəkmiş şəxs diqqətsizlik edib qoyun sürüsünü vurması ilə bağlı izahatını iş üzrə mötəbər sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxsin ifadəsi işin həqiqi hallarını gizlətmək, inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır. Məhkəmə işdə şahid qismində iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs arvadı X1 da ifadəsinə tənqidi yanaşır, hadisə baş verən vaxt onun və adlarını qeyd etdiyi Qaxa və Əhməd adlı şəxslərin yolda olmaları, qoyunları yoldan keçirmələri iş materialları ilə təsdiqini tapmır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında verdiyi ifadəsində də təsdiq etmişdir ki, qoyun sürüsünü heyvanların ötürülməsi üçün nəzərdə tutulmayan asfalt yoldan, həmçinin heyvanların keçidini xəbərdarlıq edən yol nişanı quraşdırılmamış yoldan istifadə etməklə keçirir. Çünki həmin ərazidə heyvanların keçidi üçün nəzərdə tutulmuş və müvafiq nişanlar quraşdırılmış yol sahəsi yoxdur. O da digər kənd sakinləri kimi qoyun sürüsünü hər gün həmin yoldan keçirməyə məcburdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs eyni inzibati xətanı il ərzində ilk dəfə törətməsini İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, şəxsin əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və il ərzində ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 84, 106, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 100 ( yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar