Məhkəmə qərarları › İş №3(024)-186/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-186/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-186/2023 03.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. X5 FİN-xxxxxxx, xx.xx.1957-ci ildə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qax Rayon Əlibəyli kəndində yaşayan Onun barəsində Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X4 Azərbaycan Respublikasının İXM-nin 342.6-ci maddəsi ilə TP- 559842 protokolu tərtib edilərək ümumilikdə 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. O, cəriməni 3 ay müddətində qanuni əsaslar olmadan ödəməmişdir. Bununla da X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 lazımı qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. İşə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 xx.xx.2023-cü il tarixində 50 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi iş materialları ilə tam sübuta yetirilmişdir. X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Belə olan halda, məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq X5 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyasına uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması tənbeh növünün tətbiq edilməsini qanuna müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası 40.0.1,43,84,106,114,115 117-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinsin və ona nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətində məhdudlaşdırılması tənbeh növü tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsin həvalə edilsin. Qərardan 10(on) gün müddətinə Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar