Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-187/2024 11.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. Qərardan şikayət vermiş şəxs Qax rayon Qum Bələdiyyəsinin sədri Nümayəndə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi X2 iştirakı ilə. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən Qax rayon Qum bələdiyyəsinin sədri barəsində xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə Qum Bələdiyyəsinin sədri Nümayəndə verdiyi şikayətə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs - Qax rayon Qum Bələdiyyəsinin sədri Nümayəndə şikayətlə Qax Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli eyni nömrəli qərardadına əsasən Qax rayonu Qum Bələdiyyəsinin sədri Nümayəndə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərarından şikayətin verilmə müddətinin buraxılma səbəbləri üzürlü hesab edilməklə həmin müddət bərpa edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 08 iyun 2023-cü il tarixdə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Qum bələdiyyəsinin sədri Nümayəndə barəsində “Bələdiyyələrin Statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə zidd olaraq bələdiyyə sədrinə inzibati tənbeh vermə haqqında MN № ******* saylı qərar qəbul edilmişdir. Həmin qərar Qum Bələdiyyəsinin 10 iyul 2023-cü il tarixli 13 saylı iclasında müzakirə olunmuş və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə iclasın protokolunun göndərilərək qəbul etdikləri qərarın bələdiyyə qanunvericiliyinə zidd olduğu bildirilərək qərarın ləğv olunması xahiş olunmuşdur. Lakin qərarın ləğv olunub-olunmaması barəsində Qum bələdiyyəsinə məlumat verilməmiş və Qax rayon İcra və Probasiya Şöbəsindən xx.xx.2024-cü il tarixdə Qum bələdiyyəsinə göndərilmiş bildiriş məktubu və xx.xx.2024-cü il tarixdə göndərilmiş xəbərdarlıq məktubu daxil olduqda onlara məlum olmuşdur ki, qərar ləğv olunmamışdır. Odur ki, Qax rayonu Qum bələdiyyəsinin sədri barəsində qəbul olunmuş MN № ******* saylı qərarın ləğv olunması üçün məhkəməyə müraciət olunur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs - Qax rayon Qum Bələdiyyəsinin sədri Nümayəndə şikayətin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, qanunla təmizlik işlərinin aparılması bələdiyyələrin öhdəlikləri sırasına daxil deyil. Təmizlik işlərinin aparılması üçün bələdiyyənin balansında texnika və işçi qüvvəsi yoxdur. Bələdiyyənin 2 nəfər üzvü var: sədr və mühasib. Qax rayon icra hakimiyyəti tərəfindən onlara kommunal müəssisələr kombinatından işçi qüvvəsi ayrılmamışdır. Kənd əhalisi arasında iməcliklər təşkil etməklə təmizlik işlərini həyata keçirirlər. 11 sentyabr 2024-cü il tarixdə də səhər saatlarında kənd ərazisində iməclik keçirərək təmizlik işləri aparmışlar. Hər dəfə iməclikdə 10-15 nəfər kənd sakini iştirak edir. Rayon rəhbərliyindən də texnika göndərilir. İnzibati qaydada cərimə olunması barədə məlumat əldə edən kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinə məlumat vermiş, həmçinin məsələni bələdiyyə iclasının gündəliyinə çıxarmışdır. Şəki RƏİ-dən ona qərarım ləğv ediləcəyi deyilmiş, məlumat gəlmədiyi üçün qərarın ləğv edildiyini güman etmişdir. Qax RPŞ tərəfindən protokol tərtib edilərkən ona zəng olunmuş, bildiriş göndərilməmiş, zəng əsasında polis şöbəsinə getmişdir. Orada ona izahat yazmalı olduğu bildirilmiş, izahatı alınmışdır. Bələdiyyə ərazisində gücü çatdığı qədər təmizlik işlərinin həyata keçirilməsində iştirak edir. Odur ki məhkəmədən 7 saylı RETSİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi X4 izahatında göstərdi ki, DİN-nin əməkdaşları tərəfindən Qum Bələdiyyəsinin sədri barəsində protokol tərtib olunmuş və həmin protokol baxılması üçün aidiyyatı üzrə 7 saylı RETSİ-nə göndərilmişdir. İdarə tərəfindən Qum Bələdiyyəsinin sədrinə, yəni Nümayəndə məktub ünvanlanıb, həmin inzibati xəta haqqında materiala baxılıb qərar qəbul eidlməsi ilə bağlı idarəyə dəvət olunub. Nümayəndə idarəyə gəldikdə ona bildirilib ki, barəsində İXM-nin 271-ci maddəsinə əsasən inzbati qaydada cərimə tənbeh tədbiri tətbiq olunmuş, həmin qərardan məhkəməyə şikayət etmək hüququ var. Nümayəndə əvvəlki iclasda və hazırki məhkəmə iclasında da bildirir ki, Şəki Regional Ədliyyə İdarəsinə şifahi qaydada məsələ barədə məlumat veriblər. İdarədən qərarın ləğv olunacağını bildirmişlər. Lakin bu məkəmənin səlahiyyətinə aid olan məsələdir. 2023-cü ildə qəbul edilmiş qərardan 2024-cü ildə, yəni bir il keçdikdən sonra şikayət verilib və müddət bərpa olunub. Mahiyyəti üzrə də bildirir ki, “Bələdiyyələrin Stutsu haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində göstərilmişdir ki, yerli ekoloji proqramlarda bələdiyyələr də mütəmadi olaraq iştirak etməlidir, birbaşa öhdəlik qoyulmayıb ki, bələdiyyələr tullantıları təmizləməlidir. Yəni bələdiyyələrin texnika cəhətdən, həmçinin işçi qüvvəsi baxımından gücü yoxdur. Sadəcə olaraq kənd ərazisində paliqonlar ayrılıb, maarifləndirici lövhələr asılmalıdır. Mütəmadi olaraq kənd əhalisi ilə maarifləndirici söhbətlər aparılmalıdır ki, ekologiyanı təmiz saxlamaq lazımdır. Təmizlik işləri mütləq aparılmalıdır və bələdiyyələr də öhdəlik daşıyırlar. Şikayətə etiraz edir və təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını xahiş edir. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxılması ilə əlaqədar maraqlı şəxs - Qax rayon İcra və Probasiya şöbəsinə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə şikayətə maraqlı şəxs, Qax rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət verən şəxs Qax rayon Qum Bələdiyyəsinin sədri Nümayəndə şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, onun şikayəti təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında Protokoldan görünür ki, Nümayəndə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol Qax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, vəzifəli şəxs Qurbanov X1 Xətalar Məcəlləsinin 271-ci maddəsinə uyğun olaraq 2000 manat məbləğində cərimə edilmişdir. Qum Bələdiyyəsinin 10 iyul 2023-cü il tarixli 13 nömrəli iclasın protokolundan görünür ki, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati cərimə tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərara münasibət bildirilməsi iclasın gündəliyinə çıxarılmış, həmin qərar bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci bəndləri ilə ziddiyyət təşkil etdiyinə görə ləğv edilməsinin qərarı tərtib edən orqandan xahiş edilməsi qərara alınmışdır. 7 saylı RETSİ-nin Qum Bələdiyyəsinin sədri Nümayəndə ünvanladığı xx.xx.2023-cü il tarixli № Ç-BM/4623-227 nömrəli məktubdan görünür ki, Nümayəndə 2000 (iki min) manat cərimə məbləğini 30 gün ərzində Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fondunun bank hesabına ödəməsi tələb olunmuş, qərarın icra edilməyəcəyi halda məcburi icra tədbirlərinin görülməsi üçün aidiyyatı üzrə hüquq mühafizə və icra orqanlarına göndəriləcəyi barədə xəbərdar olunmuşdur. 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədov tərəfindən qəbul olunmuş 30 may 2023-cü il tarixli inzibati xətalar haqıqnda işin baxılması haqqında qərardaddan görünür ki, Qax rayonu Qum Bələdiyyəsinin sədri Nümayəndə barəsində Qax RPŞ tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokola baxılmas 08 iyun 2023-cü il tarixə saat 15:00-a təyin olunmuşdur. 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədov tərəfindən Qax rayonu Qum Bələdiyyəsinin sədri Nümayəndə göndərilmiş bildirişin surətindən görünür ki, Nümayəndə Qax RPŞ tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokola əsasən inzibati xəta haqqında işə 08 iyun 2023-cü il tarixdə saat 15:00-da baxılması üçün dəvət olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 228,230, 234, 236 - 242, 243.0.2, 243.0.3, 243.0.5, 243.0.6, 243.0.8, 243.0.9, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 266.5–266.13, 269, 271, 273, 274, 275.1 – 275.3, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qanunvericiliyin qeyd edilən normalarının məzmunundan aydın olur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər tullantıların qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi olduqda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Nümayəndə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* nömrəli protokol Qax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Məhkəmə araşdırması zamanı da müəyyən edildi ki, Nümayəndə barəsində İXM-nin 271-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün səbəb və əsas Qax RPŞ-də toplanmış materiallar olmuşdur, Qax rayon Polis şöbəsi də Nümayəndə barəsində qeyd edilən inzibati xəta ilə bağlı toplanmış müvafiq materialları aidiyyəti üzrə müvafiq orqana göndərməli olduğu halda 18 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Azərbaycan Respublikası ETSN-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi də qanunvericiliyin tələbini nəzərə almadan Nümayəndə Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilərək, onu 2000 (iki min) manat inzibati qaydada cərimə etmişdir. İşin faktik hallarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuş, Nümayəndə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* nömrəli, 18 may 2023-cü il tarixli protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilmiş və Nümayəndə barəsində səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən protokol tərtib edilmədən inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Bu isə öz növbəsində İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması», «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Nümayəndə tərəfindən verilmiş şikаyət qismən təmin edilməli, Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməli və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılmalı, Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi isə işə baxarkən, polis şöbəsinin protokol tərtib edib baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərərkən qanunvericiliyin tələblərinə düzgün əməl edib-etməməsi dəqiq araşdırmalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129- 131 və 135-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Nümayəndə İXM-nin 271-ci maddəsində təqsirli bilinib 2000 (iki min) manat miqdarında inzibati cərimə olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-187/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-187/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver