Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-188/2023 03.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 iştirakları ilə. xx.xx.1975-ci ildə Qax rayonu Tasmalı kəndində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, Qax rayonu, Tasmalı kəndində qeydiyyatda olan, FİN-xxxxxxx Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Qax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 12 iyun 2023ci il tarixli MN 1197897/520 saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 2023-cü ilin may ayında qardaşı Şəxs məxsus evin pəncərəsinin şüşələrini sındıraraq ona 250 (iki yüz əlli) manat ziyan vurmaqla əmlakı qəsdən məhv etmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Qax Rayon Polis Şöbəsi tərəfindən Qax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs 2023-cü ilin may ayında qardaşı Şəxs məxsus evin pəncərəsinin şüşələrini sındıraraq ona 250 (iki yüz əlli) manat ziyan vurmaqla qəsdən məhv etmişdir. Hadisə ilə bağlı Qax RPŞ-ni istintaq qrupunda araşdırma aparılmış, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün Qax RPŞ-nin İTB-nə göndərilmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Ayaz Qurbanov onun qardaşıdır. Qardaşı Ayazla xeyli müddətdir ki. küsülüdürlər. 2023-cü ilin may ayında qardaşı Şəxs məxsus evin pəncərəsinin şüşələrini sındırmışdır. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edərək göstərdiklərini əks etdirən ərizəni məhkəməyə təqdim etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs onun qardaşıdır. Mərhum atasına məxsus Qax rayonu Tasmalı kəndində yerləşən fərdi yaaşyış evinin üstündə qardaşı ilə mübahisələri olmuş və küsülüdürlər. 2023-cü ilin may ayında qardaşı Şəxs ona məxsus evin pəncərəsinin şüşələrini sındırmışdır. Şəxs hazırda ona dəyən maddi ziyanı ödəyərək onunla barışmışdır. Şəxs onunla barışmasını nəzərə alaraq onun barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək göstərdiklərini əks etdirən ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan Qax rayon İstehsal istehlak kooperativinin verdiyi 09 iyun 2023-cü il tarixli Arayışdan görünür ki, sındırılmış pəncərələrin şüşələrinin 2023-cü ilin may ayı üçün orta bazar qiyməti ümumilikdı 250 (iki yüz əlli) manat təşkil edir. Məhkəmə inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 ərizələrini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X3 vurulmuş ziyanı tamamilə ödədiyindən və onunla barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, zərərçəkmiş şəxs X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış və məhkəməyə bu barədə ərizə təqdim etmiş, zərərçəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənilmiş və zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayət və tələbi yoxdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X6 ilə barışdığından və zərərçəkmiş şəxs Ayaz Qurbanova vurulmuş ziyan tamamilə ödənildiyindən onun barəsində Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən tərtib edilmiş 12 iyun 2023-cü il tarixli MN 1197897/520 saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən tərtib edilmiş 12 iyun 2023-cü il tarixli MN 1197897/520 saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-188/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-188/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver