Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-189/2023 22.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakı ilə. xx.xx.1974-cü ildə Qax rayonunun Cəlayir kəndində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Qax rayonu, Qax-İngiloy kəndində qeydiyyatda olan, FİN-xxxxxxx. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Şəxs xx.xx.2023-cü il tarixdə Qax şəhərinin ərazisində yerləşən bazarda aralarında yaranmış mübahisə zamanı X3 ucadan nalayiq söyüşlərlə söyərək ictimai qaydanı pozan xuliqanlıq hərəkətləri etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qax şəhərinin ərazisində yerləşən bazarda aralarında yaranmış mübahisə zamanı X2 ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan xuliqanlıq hərəkətləri etmişdir. Daha sonra Şəxs polis əməkdaşları tərəfindən Qax rayon Polis Şöbəsinə dəvət edilmiş və onun barəsində raport tərtib edilərək şöbə rəhbərliyinə təqdim edilmişdir. Bundan sonra tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərərək göstərdi ki, o X4 200 manat borc pul vermişdir. Zahid də ona olan borcunu qaytarmamışdır. Bu səbəbdən Qax şəhərində yerləşən bazarda aralarında mübahisə düşmüş və Zahid onun ünvanına ucadan nalayiq sözlər demişdir. Mübahisə zamanı Zahidin ünvanına nalayiq sözlər deməmişdir. Bütün bunları nəzərə alınaraq məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, o Qax şəhəri ərazisində yerləşən bazarda toyuq satır. Şəxs Abdurəhum qızından borc pul almamışdır. Natiq adlı şəxsdən 200 manat borc almışdır. Güləsər isə hər gün bazarda onun ünvanına nalayiq sözlər demiş və valideyinlərini təhqir etmişdir. Bu səbəbdən onların arasında mübahisə düşmüşdür. Şəxs barəsində qanuni qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatları ilə yanaşı, iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs özünü xəta törətməkdə təqsirli bilməsə də, məhkəmə onun məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatları özünü inzibati məsuliyyətdən yayınma kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən “Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Belə olan halda məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43,84,106,114,115, 117-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinib 50(əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №3(024)-189/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-189/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver