Məhkəmə qərarları › İş №3(024)-19/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-19/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-19/2024 13.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs DİN-nin Qax RPŞ-nin DYPB-nin YPX-ti inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə. Şəxs – FİN- xxxxxxx, xx.xx.1981-ci ildə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 74, mənzil 62-dəqeydiyyatda olan Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə Azərbaycan Respublikası DİN Qax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə “Hyundai i 30” minik markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobili spirtli içki qəbul edərək sərxoş vəziyyətdə idarə etməsi aşkar olunmuşdur. Ona görə də Şəxs barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qax rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs DİN-nin Qax RPŞnin DYPB-nin YPX-ti inspektoru, polis baş serjantı X2 ifadə verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə tərəfindən Şəxs saxla əmri verilmiş, sənədlərinə baxış keçirilən zaman Şəxs sərxoş olması şübhəsi yaranmış və bu səbəbdən Şəxs alkotester vasitəsi ilə sərxoşluq vəziyyəti yoxlanmışdır. Həmin vaxt Şəxs sərxoş vəziyyətdə avtomobil idarə etməsi aşkar edilmişdir. Bundan sonra tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Qax şəhəri ərazisində “Hyundai i 30” minik markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman YPX-nin inspektoru ona saxla əmri vermiş və bu zaman onun sərxoşluq vəziyyəti yoxlanmışdır. Həmin vaxt yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hərəkətindən peşmandır. Məhkəmədən cərimə olunmasını, sürücülük hüququnun məhdudlaşdırılmamasını, cərimə olunacağı təqdirdə cərimə pulunu ödəyəcəyini göstərərək ona köməklik edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi özünün səmimi etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş alkotester qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs sərxoş vəziyyətdə olmuşdur (0.899 promil). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs il ərzində ilk dəfə inzibati xəta törətməsini və əməlindən səmimi peşman olmasıpnı işdə onun məsuliyyətini yüngülləşdirici hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksiyasına uyğun olaraq inzibati qaydada cərimə edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43, 53.0.2, 84, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400(dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar