Məhkəmə qərarları › İş №3(024)-190/2025

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-190/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-190/2025 05.05.2025 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X2, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə xx xxxx 1960-cı il tarixdə Qax rayonu, Qaxbaş kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Qax rayonu, Qaxbaş kəndində qeydiyyatda olan və yaşayan -Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Qax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib edilmiş MN ******* №li, 05 may 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs 10 sentyabr 2024-cü il tarixdə Qax rayonu, Qaxbaş kəndində bacıları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında yaranan mübahisə zəminində onları yumruqla vuraraq, onlara sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Bununla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında göstərmişdir ki, Şəxs və bacıları bir həyətdə yaşayırlar. Aralarında uzun illərdir ki, torpaq mübahisəsinə görə münaqişəli ailə qismində qeydiyyata alınmışdır. 10 sentyabr 2024-cü il tarixdə, yaşadıqları həyətdə mübahisə baş vermiş Şəxs ilə bacıları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında yaranan mübahisə zəmnində onları yumruqla vuraraq,onlara sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirmişdir. 04 oktyabr 2024cü il tarixdə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Buna görə bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş Şəxs izahatında göstərmişdir ki, 10 sentyabr 2024-cü il tarixdə, yaşadığı evin həyətyanı sahədə yerləşən özünə məxsus olan ortüyün altında bir nəfərin su kanalı qazdığını görmüşdür. Həmin adamı buranı tərk etməsini dedikdə bacılarının etirazı ilə qarşılaşmış və mübahisə baş vermişdir. Mübahisə zamnində bacılarına xəsarət yetirməmişdir. Daha sonra polis əməkdaşları onu şöbəyə apararaq izahatını almışlar. Onun heç bir təqsiri yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, hadisə baş verən 10 sentyabr 2024-cü il tarixdə işdən evə qayıdarkən bacısı Könül, ona həyətdə işlərini görmək üçün fəhlə lazım olduğunu demişdir. O isə evə fəhlə gətirmişdir. Bir müddət sonra isə qardaşı Qüdrət bacısı Könülü döydüyünü görmüşdür. Davanın qarşısını almağa cəhd etsədə qardaşı onuda vurmuşdur. O isə evə gedərək 102 xidmətinə məlumat vermişdir. Məhkəmədən qardaşı Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən digər Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, 10 sentyabr 2024-cü il tarixdə Şəxs onu döyərək xəsarət yetirmişdir. Məhkəmədən qardaşı Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və elan edilmiş sənədlər: 04 oktyabr 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. MN ******* №li, 05 may 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 sentyabr 2024-cü il tarixdə Qax rayonu, Qaxbaş kəndində bacıları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında yaranan mübahisə zəmnində yumruqla vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X9 225 №li, 10 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 müəyyən edilmiş xəsarətlər-sol bazusunun orta 1/3-də bayır səthində sol budun aşağı 1/3-in ön səthində qançırlar-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni 10 sentyabr 2024-cü ildə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X9 226 №li, 13 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müəyyən edilmiş xəsarətlər-sağ baldırın orta 1/3-də ön səthdə, sol budun aşağı 1/3-də ön səthdə, sol diz altında qançırlar-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni 10 sentyabr 2024-cü ildə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sözü gedən Məcəllənin 104.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aşağıdakı hallarda dayandırılır: 104.1.1. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə. İş materiallarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraat İnzibati Xətalar Məcəlləsinin 104.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Lakin Şəxsin qaçıb gizlənməsi və ya barəsində iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilməsi Qax rayon Polis Şöbəsinin 04 noyabr 2024-cü il tarixli icraatın dayandırılması haqqında MN 154168 №li qərarında öz əksini tapmır. Bundan başqa icraat dayandırılsa belə icraatın təzələnməsi barədə heç bir qərar iş materiallarına əlavə edilməmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokol 10 sentyabr 2024-cü il tarixdə tərtib olunmuşdur. Belə ki, Şəxs yayınmasını təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməməsi barədə verdiyi izahatı, məhkəmə iclasında araşdırılmış sübutlar: tərəflərin izahatı, ekspertiza rəyləri, cinayət işinin başlanmasının rədd olunması haqqında qərar, inzibati xəta haqqında protokol və digər sübutlarla təkzib olunur. Şəxs izahatı özünü müdafiə xarakteri daşıyır. Məhkəmə X3 barəsində olan inzibati xəta haqqında materialın faktiki hallarını, tərəflərin izahatlarını dinləyib və məhkəmə iclasında araşdırılmış iş üzrə digər əhəmiyyətli halları araşdırıb nəzərə alaraq hesab edir ki, X1 İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati işin icraatına xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründyü kimi hadisə 10 sentyabr 2024-cü il tarixdə baş vermiş, cinayət işinin başlanmasının rədd olunması haqqında qərar isə 04 oktyabr 2024-cü il tarixdə qəbul olunmuşdur. Şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün olan üç aylıq müddət ötürülmüşdür. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir:128.2.1. hakimin qərarından-apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından-kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 106, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. X3 barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə olan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasəq xitam verilsin və o inzibati məsuliyyətdən azad edilsin. Hüquqi xidmətə görə müdafiəçi Vəkil iştirak etdiyi 03 saata görə 33 manat məbləğində pul ödənilməsi üçün vəkil hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxal Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən «10» (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar