Məhkəmə qərarları › İş №3(024)-191/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-191/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-191/2023 22.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. Şəxs–xx.xx.1991-ci ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qax şəhəri, S.Vurğun küçəsi,ev 3, mənzil 12-də yaşayan, FİN- xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Qax şəhərində yerləşən “Qafqaz” restoranının qarşısında ictimai qaydanı təmin edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X3 məhkəmə iclasinda izahat verərək göstərdi ki, xx.xx.2023cü il tarixdə saat 12:30 radələrində Qax şəhərində yerləşən “Qafqaz” restoranının qarşısında məclisdə olan müxtəlif şəxslərlə mübahisə etmiş, mübahisə zamanı onu naməlum şəxslər döymüşlər. Hadisə yerinə gələn polis əməkdaşları onun kim tərəfindən döyülməsini araşdıran zaman o əraziyə gələn polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq polis əməkdaşları ilə mübahisə etmişdir. Daha sonra Şəxs polis şöbəsinə gətirilmiş, şöbənin girişində növbətçi hissənin qarşısında öz hərəkətlərini davam etdirmiş, həmçinin öz başını divara vurmaqla özünə xəsarət yetirmişdir. Ona görə də tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib göstərdi ki, xx.xx.2023-cü il tarixdə o “Qafqaz” restoranına getmiş, orada təşkil olunmuş məclisdə spirtli içki qəbul etmiş, sonradan tanımadığı şəxslərlə mübahisəsi düşmüşdür. Mübahisə zamanı onu döymüşlər. Əraziyə gələn polis əməkdaşları onu polis şöbəsinə aparmaq istəyərkən, o özünün döyüldüyünü, onun yox onu döyən şəxslərin tutulması iradını bildirərək polis əməkdaşalrı ilə mübahisə etmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Qax RPŞ-nin polis serjantı X2 ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Qax şəhərində yerləşən “Qafqaz” restoranına dava-dalaş olduğu üçün getmişlər. Həmin vaxt Şəxs paltarları qanlı vəziyyətdə ərazidəki şəxslərlə mübahisə etdiyini görmüş, onu nizam-intizama dəvət edərək sakitləşdirməyə çalışsalar da Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid Qax RPŞ-nin polis serjantı X4 şahid Cabbar Ramazanov ilə eyni məzmunda ifadə verərək Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmadığını bildirdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hallar aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoş halda inzibati xəta törətməsini onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:35-də inzibati qaydada tutulmuşdur. Belə olan halda məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini və onun, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası daxilində təqsirli bilinib ona inzibati həbs tənbeh növünün tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 24.1, 40.0.1,43, 53.0.2, 84, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona səkkiz gün müddətə inzibati həbs tənbeh növü tədbiq edilsin. Həbs etmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu tarixdən yəni xx.xx.2023-cü il tarixdən 23:35-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Qax rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar