Məhkəmə qərarları › İş №3(024)-191/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №3(024)-191/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 3(024)-191/2024 05.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokolu tərtib edən Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- xx.xx.2008-ci il tarixdə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, yetkinlik yaşına çatmayan, əlilliyi olmayan, il ərzində eyni xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, Qax şəhəri, Səməd Vurğun küçəsi, ev 2, mənzil 15-də qeydiyyatda olmaqla yaşayan, FİN-xxxxxxx Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Qax RPŞ-nin İTB-nin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu və əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, müəyyənetdim: Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs tanışı X2 etibarından sui-istifadə edib ona məxsus “İPhone 7” və “Redmi Note 9S” markalı mobil telefonları satıb ümumilikdə 160 manat ziyan vurmuşdur. İnzibati iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 17:55-ə təyin edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materialdan və tərəflərin izahatlarından görünür ki, polis sahə rəisi, polis kapitanı X3 inzibati xəta haqqında iş üzrə araşdırma zamanı Şəxs yetkinlik yaşına çatmamasını və hazırda 16 yaşında olmasını nəzərə almadan, icraata şəxsin qanuni nümayəndəsini cəlb etməmiş, qanuni nümayəndənin iştirakı olmadan yetkinlik yaşına çatmayan şəxsdən izahat alınmış, yekunda isə şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin şəxsin barəsində icraat aparılarkən hüquqlarının müdafiə olunması üçün müdafiəçi cəlb edilməmiş, formal olaraq şəxsə hüquq və vəzifələrinin izah olunması barədə bildiriş imza etdirilməklə təqdim edilmiş, öz hüquqlarının özü tərəfindən müdafiə olunacağı barədə yetkinlik yaşına çatmayan şəxsə müdafiəçidən imtina etməsi barədə protokol tərtib edilmişdir. Göründüyü kimi, prosesual qanunvericiliyin tələbləri polis əməkdaşı tərəfindən pozulmuş, məhkəmə icraatı zamanı aradan qaldırıla bilməyən nöqsanlara yol verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində göstərilmişdir ki, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xəta haqqında materialı nəzərdən keçirərkən müəyyən edilmişdir ki, Qax RPŞ-də Şəxs izahatı alınarkən izahatın sonunda Şəxs qanuni nümayəndəsi qismində D.Bayramova adlı şəxsin imzası qeyd edilmişdir. Həmin şəxsin kim olması Şəxs soruşulduqda o göstərmişdir ki, Durna Bayramova onun nənəsidir, lakin polis şöbəsində izahatı alınarkən nənəsi qanuni nümayəndə kimi iştirak etməmişdir. Ümumiyyətlə Qax RPŞ-də ondan izahat alınarkən yanında valideyinləri və digər şəxslər olmamışdır. Atası və anası ayrı yaşayırlar. Anası Şəki rayonunda işləyir və həftənin bazar günləri Qax rayonuna gəlir. Ondan polis şöbəsində izahat alınarkən tək olmuşdur. Protokolu tərtib edən Qax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X3 göstərdi ki, inzibati xəta haqqında protokol təhqiqat orqanının qərarı əsasında tərtib olunmuşdur. Şəxs valideyinləri boşanmışlar. Nəsimi Qadaşovun izahatı alınarkən qanuni nümayəndəsini dəvət etsələr də anası, atası və başqa qohumu gəlməmiş, Şəxs qanuni nümayəndəsinin iştirakını təmin etmək mümkün olmamışdır. Ona görə də, Nəsimi Qadaşovun qanuni nümayəndəsinin iştirakı olmadan izahatı alınmış, protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 61.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən hakim, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin məcəllənin 63.2-ci maddəsinə əsasən valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. Həmin məcəllənin 63.3-cü maddəsinə əsasən bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən fiziki şəxsin qanuni nümayəndəsi öz səlahiyyətlərini təsdiq edən sənədi hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edir. Həmin Məcəllənin 63.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. Həmin Məcəllənin 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. İş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsinin təyin edilməsi üzrə protokolu tərtib edən şəxs tərəfindən lazımi tədbirlər həyata keçirilməmişdir. Valideyinlərin nikahlarının pozulması, yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndə ilə təmsil olunmaq hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. Qanunvericilik qeyd edilən halda qəyyumluq və himayəçilik orqanının əməkdaşının şəxsin qanuni nümayəndəsi kimi tanınmasını istisna etməmişdir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli qərarında həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Azərbaycan Respublikasının İXM-nin 109.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə. İş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, Qax Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material natamam olduğundan İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Qax rayon polis şöbəsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, qəraraaldım: Qax Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar onu tərtib etmiş orqana, yəni Qax RPŞ-nə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar