Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-197/2024 01.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, FİN-xxxxxxx, xx.xx.1966-cı ildə Qax rayonunda anadan olmuş, orta təhsilli, evli, məhkumluğu olmayan, il ərzində eyni inzibati xətanı törətdiyinə görə inzibati məsuliyyətə cəlb edilməmiş, əlilliyi olmayan, işsiz, faktiki olaraq Qax rayonu, Qum kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası DİN-in Qax RPŞ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:05-də Qax- Zaqatala yolunun 1 kilometrliyində mal-qaranı yolda nəzarətsiz buraxması nəticəsində Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs məxsus olan “İVECO” markalı 08-ABH- 072 dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dindirilən zaman izahatında göstərdi ki, hadisə Qax rayonu Qum kəndinin yaxınlığında baş vermişdir. Qax şəhərində fəhlə işləyir. Səhər saatlarında heyvanları suya buraxmış, iribuynuzlu heyvanlar qaçıb getmişdir. İşə getməyə tələsdiyi üçün heyvanları nəzarətsiz buraxmış, qaçan heyvanların arxasınca getməmiş, düşünmüşdür ki, axşam işindən qayıdarkən heyvanlar da qayıdacaqdır. Beləcə səhər saatlarında iribuynuzlu heyvanlar öz nəzarətindən çıxmışdır. İşdə olduğu zaman saat 15:00-16:00 radələrində Qax rayon İcra Hakimiyyətindən hadisə ilə bağlı əlaqə saxlanılmışdır. Özünə bildirilən məlumata görə 3 baş iribuynuzlu heyvanı başqa sürüyə qarışaraq Qax rayonu Qum kəndinin yaxınlığında olan qarğıdalı sahəsinə girmişdir. Həmin sahəsinin sahibi sürünü qarğıdalı sahəsindən çıxardıqdan sonra heyvanlar asfalt örtüyünə çıxmışdır. Nəticədə 1 baş iribuynuzlu heyvanı Tır vurmuşdur. Qarşı tərəfə maddi zərər dəymişdir, lakin bu zərərin miqdarından xəbərdar deyil. Qəzadan sonra zərər dəymiş maşını görmüşdür və Tır sürücüsü daşıdığı məhsula zərər dəydiyini, həmçinin şikayətçi olmadığını bildirmişdir. Hadisə nəticəsində Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs daşıdığı materiallara ziyan dəyməsini və tikiniti materiallarının qırılmasını gözləri ilə görmüşdür. İribuynuzlu heyvanları nəzarətsiz buraxdığına görə peşmandır və baş vermiş hadisədə özünü təqsirli bilir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-in Qax RPŞ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 və zərərçəkmş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrini üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikası DİN-in Qax RPŞ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 və zərərçəkmş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin Qax RPŞ-də verdiyi ifadəsi, inzibati xəta haqqında protokol, fotoşəkillər, yol-nəqliyyat hadisəsinin sxemi və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. İş materialları ilə müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:05-də Qax- Zaqatala yolunun 1 kilometrliyində mal-qaranı yolda nəzarətsiz buraxması nəticəsində Türkiyə vətəndaşı Zərərçəkmiş şəxs məxsus olan “İVECO” markalı 08-ABH-072 dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati materiala əlavə edilmiş sürücülük vəsiqəsinin sürətindən görünür ki, Türkiyə Respublikası vətəndaşı, xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs müvafiq kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ var və sürücülük vəsiqəsi xx.xx.2031-ci il tarixinə kimi etibarlıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs eyni inzibati xətanı il ərzində ilk dəfə törətməsini və əməlindən səmimi peşman olmasını İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır, şəxsin əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, il ərzində ilk dəfə inzibati xəta törətməsini və təqsirini etiraf edib səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 84, 106, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qax rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-197/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-197/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver