Məhkəmə qərarları › İş №3(024)-199/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-199/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-199/2024 19.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə, Zərərçəkmiş şəxs iştirakları ilə. xx.xx.2008-ci ildə Qax rayonunda doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əlilliyi olmayan, Qax şəhəri, S.Vurğun küçəsi, ev 2, mənzil 15-də qeydiyyatda olmaqla yaşayan, eyni inzibati xətanı törətdiyinə görə il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, FİN-xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Qax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qax RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs X2 etibarından sui-istifadə edərək ona məxsus İphone 7 və Redmi Note 9S markalı telefonları satıb ümumilikdə ona 160 manat maddi ziyan vurmuşdur. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Qax Rayon Polis Şöbəsi tərəfindən Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında protokol tərtib edən Qax RPŞ-nin sahə rəisi, polis kapitanı X3 izahat verərək göstərdi ki, hazırda Şəxs anası Qanuni nümayəndə tərəfindən 160 manat maddi ziyan Zərərçəkmiş şəxs tam olaraq ödənilmiş və tərəflər barışmışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs oğlu X1 İphone 7 və Redmi Note 9S markalı telefonları satmaq məqsədilə almış, lakin sonradan telefonları itirmişdir. Hazırda anası tərəfindən Zərərçəkmiş şəxs vurduğu 160 manat maddi ziyan ödənilmiş, zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, barışmalarını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə izahat verərək göstərdi ki, oğlunun mobil telefonları talamasından məlumatı olmayıb. Bakı şəhərində yaşayır və işləyir. Ailəsini keçindirmək üçün əziyyət çəkir, Şəxs dəfələrlə etdiyi əməllərə görə irad tutumuşdur. Əziyyətlə qazandığı pulla zərərçəkmiş şəxsə vurulmuş 160 manat maddi ziyanı ödəmişdir. Odur ki, oğlu Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs ona məxsus İphone 7 və Redmi Note 9S markalı telefonları oğlu Məhəmməddən satmaq məqsədilə almış və sonra telefonların pullarını verməmişdir, ona 160 manat dəyərində maddi ziyan vurmuşdur. Hazırda ona vurmuş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Şəxs ziyanı tamamilə ödəməsini və barışmalarını nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi və göstərdiklərini əks etdirən ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və Zərərçəkmiş şəxs ərizəsini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və onunla barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitma verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yetkinlik yaşına (18 yaşına) çatmamış Şəxs X2 etibarından sui-istifadə edərək onu cəmi 160 manat məbləğdə maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, həmçinin zərərçəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənilmiş və zərərçəkmiş şəxsin Şəxs qarşı şikayət və tələbi qalmamışdır. Qeyd edilən hallarla bağlı Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim etmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və vurulmuş ziyan tamamilə ödənildiyindən onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanılmış inzibati icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Qax RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar