Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-20/2024 22.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə. İnzibati tənbeh vermə haqqında Qərardan şikayət vermiş şəxs X2 Qax RPŞnin DYPB-nin rəisi polis polkovnik leytenantı X4 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İnzibati tənbeh vermə haqqında Qərardan şikayət vermiş şəxs X1 RPŞ-nin DYPB-nin rəisi polis polkovnik leytenantı X4 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxılması ilə əlaqədar məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Qax RPŞ-nin DYPB-nin rəisi polis polkovnik leytenantı X8 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Qax RPŞ-nin DYPB-nin rəisi polis polkovnik leytenantı X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 şikayətində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 18:30 radələrində idarə etdiyi “VAZ 2107” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri istiqamətindən Zaqatala rayon istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobilin qarşısına anidən 6-7 ədəd iribuynuzlu heyvan çıxmış, bir baş inək digərlərindən daha sürətlə qaçaraq onun avtomobilinin qarşısına çıxmış, avtomobilin sürətinin 60 km (qanunvericilikdə nəzərdə tutulmuş həddə) olmasına baxmayaraq avtomobil ilk iki baş inəyi vurmuşdur. Həmçinin bildirmək istəyir ki, avotomobillə hərəkət etdiyi yolda heyvanların keçirilməsi ilə bağlı heç bir dövlət yol işarəsi olmamışdır. Yuxarıda baş vermiş hadisədən onun sol yanaq nahiyəsində 4 ədəd, döş qəfəsinin sol aşağı bayır səthində 1 ədəd, sağ əl darağın arxa səthinə və sol əl darağın arxa səthində sıyrılmış yaralar əmələ gəlmişdir. Nəticədə ona az ağır xəsarət yetirmişdir. Buna baxmayaraq, Qax rayon X6 qrupunun müstəntiqi, polis kapitanı X3 ona qarşı qərəzliliyə, ədalətsizliyə yol vermiş, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərarın surətini isə ümumiyətlə ona təqdim etməmişdir. Sözügedən qərarın varlığından onun xx.xx.2024-cü il arixdə Qax rayon Məhkəməsi vasitəsilə məlumatı olmuşdur. Qeyd olunan qərarda onun barəsində olan materiallar AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 328.1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün Qax RPŞ-nin DYPB-nə göndərilməsi qeyd edilmişdir. Qax RPŞ-nin DYPB-i tərəfindən o xx.xx.2024-cü il tarixdə 36 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Cinayət işinin başlanmasının rədd olunması haqqında olan qərar ona Qax rayon Məhkəməsi vasitəsilə verilmişdir. Müstəntiq tərəfindən onun həmin qərardan şikayət etmək hüququ kobud formada pozulmuşdur. Hal-hazırda o Qax rayon X6 qrupunun müstəntiqi, polis kapitanı X3 tərəfindən qanunsuz və əsassız olaraq qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermişdir. Hesab edir ki, cinayət işinin başlanmasının rədd olunması haqqında olan qərar əsasında qanunsuz və əsassız olaraq qəbul edilmiş inzibati qərar qanunsuz olduğu üçün ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı “İnzibati tənbeh vermə haqqında” AP0231028 nömrəli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 şikayət ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu da göstərdi ki, heç bir təqsiri olmadan onu cərimə etmişlər. Ona polis şöbəsində sürət həddini aşmadığı üçün cəriməsinin ləğv ediləcəyi və manevr cəzasının qalacağını bildirmişlər. Düz yolda isə heç bir manevr ediləsi yer yoxdur. Hərəkətində səhv olsaydı körpüdən aşağıda olmalı idi. Ölçmə aparılmamış, ekspertiza təyin edilməmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində idarə etdiyi “VAZ 2107” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri istiqamətindən Zaqatala rayon istiqamətində hərəkət etmişdir. Həmin vaxtı qarşı hərəkət zolağında əks istiqamətdə yük avtomobili hərəkət etmiş və hər ikisi uzaqvuran işıqdan yaxın vuran işığa keçirmişlər. Yük avtomobili keçdikdən sonra İdris adlı şəxs hərəkət edən avtomobilin arxa tərəfindən çıxaraq əlindəki fanarın işığını onun avtomobilinin içərisinə salmış, ona görə yolu görə bilməmişdir. Həmin yerdə meşədən asfalta çıxan hissədə bağ var idi. Həmin yerdən heyvanları yola çıxarmışlar. O, malları görməmiş və vurduqdan sonra bilmişdir ki, onları vurub. O, ekspertizanı aparan ekspertin məhkəməyə dəvət edilməsini və ona sübut etməsini istəyir ki, onun günahı harada olmuşdur. Rəydə manevr qaydalarını pozması və sürət həddini aşması göstərilmişdir. Düz yolda hansı manevrdən söhbət gedir. Əgər manevr etsəydi körpüdən aşağı düşməli idi. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının xx.xx.2023cü il tarixli 8/3700 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 2107” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü S. Ə. Hacıyevin “VAZ 2107” markalı avtomobil yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İXMnin 327.1 və 328.1-ci maddələri ilə təqsirli bilinərək 35 (otuz beş) manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarında olan müstəntiqin cinayət işinin başlanması haqqında qərarın surətindən görünür ki, X2 əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkibi yaranmadığından onun barəsində material üzrə cinayət işinin başlanması rədd olunmuş, onun Azərbaycan Respublikası İXM-nin 327.1-ci (manevr qaydalarının pozulmasına görə) və Azərbaycan Respublikası İXM-nin 328.1-ci (yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə) maddələri inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qax RPŞ-nin DYPB-nə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, X10 Azərbaycan Respublikası İXM-nin 327.1 və 328.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi işin faktiki halları, işdə olan məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının xx.xx.2023-cü il tarixli 8/3700 saylı rəyi, müstəntiqin cinayət işinin başlanmasını rədd edilməsi barədə qərarı və digər sübutlarla təsdiq edilmişdir. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsi barədə Qax RPŞ-nin müstəntiqi tərəfindən araşdırma aparılarkən yol-nəqliyyat ekspertizası təyin edilərək ekspert qarşısında suallar qoyulmuş, ekspert tərəfindən suallar cavablandırılaraq “VAZ 2107” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olması və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olması, sürücünün “VAZ 2107” markalı avtomobli yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olması ilə bağlı rəy verilmişdir. Beləliklə də Səxavət Hacıyevin İXM-nin 327.1 və 328.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X2 şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134.1.1, 136, 137-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı: Şikayət təmin edilməsin. Qax RPŞ-nin DYPB-nin rəisi polis polkovnik leytenantı X4 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-20/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-20/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver