Məhkəmə qərarları › İş №3(024)-213/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-213/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-213/2024 24.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə. Qərardan şikayət vermiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti X26 Qoruğunun direktoru Nümayəndə1, Qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X1 baş məsləhətçisi-baş əmək müfəttişi Nümayəndə2 iştirakı ilə. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X1 rəisi X21 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti X26 Qoruğunun direktoru Nümayəndə1 barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə Nümayəndə1 verdiyi şikayətə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti X26 Qoruğunun direktoru Nümayəndə1 şikayətlə Qax Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X1 rəisi Akif Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X1 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında “Qərar”ın ədalətsiz olaraq çıxarılmasına etiraz edərək müraciət edir. Belə ki, xx.xx.2024-cü il tarixli № 3-17-5/2- 65476/2024 saylı məktubunda qeyd edilən Qax rayon Dəymədağlı kənd sakini Şahid “əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq qanunsuz xitam verilmişdir” iddiası həqiqətə uyğun deyil və “Qərar”da iddia olaraq tərəfindən yol verilmiş inzibati xəta kimi müəyyən edilmiş, bilavasitə onun tərəfindən bilərəkdən və ya bilməyərəkdən törədilmiş nöqsan (və ya inzibati xəta) deyil və həmin anda və ya müvafiq qanunvericiliyin tələb etdiyi müddətdə dövlət büdcəsindən asılı olan dövlət müəssisəsinin icra etmək imkanının özündən (və ya direktordan) asılı olmamasından (yəni dövlət müəssisəsinin müvafiq hesabında həmin vaxtda vəsaitin olmaması) və X20 verilmiş vətəndaşın son haqq-hesabının verilməsi üçün Maliyyə Nazirliyi tərəfindən təsdiq edilərək vəsaitin gec açılmasından irəli gəlmiş bir xətadır. Diqqətə çatdırmaq istərdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2023-cü il tarixli 454/Ü nömrəli əmrinə əsasən X26 Qoruğunun əməkdaşlarının peşəkarlıq səviyyəsinin yoxlanılması və onların tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək məqsədilə xx.xx.2024-cü il tarixdə işçilərin attestasiyası keçirilmişdir. Attestasiyanın nəticəsinə dair Attestasiya Komissiyasının 30 nömrəli protokoluna görə aşağı nəticə (30 və daha az bal toplayan) göstərmiş əməkdaş vəzifəyə uyğun hesab edilməmiş və ETSN yanında BMQX-nin xx.xx.2024-cü il tarixli 3-14-21/2- 527/2024 saylı məktubunda Attestasiya Komissiyasının qərarı ilə Şahid tutduğu vəzifədən azad edilməsi tövsiyyə edilmişdir. Yəni, Şahid X20 verilməsində heç bir özbaşınalıq və ya qanunvericiliyin tələbləri pozularaq xitam verilməmişdir. BMQX-nin xx.xx.2024-cü il tarixli 3-14-21/2-675/2024 saylı məktubunda Attestasiya Komissiyasının tövsiyyələrinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə (30 təqvim günü müddətində) tətbiq edilməməsi və qanunvericiliyin tələbləri gözlənilmədiyi halda qurumun rəhbərinin intizam məsuliyyətinə cəlb ediləcəyi xüsusilə qeyd edilmişdir. Attestasiyanın keçiriləcəyi tarix barədə məlumat və attestasiya testlərinin ədəbiyyat siyahısı, bütün attestasiyaya cəlb ediləcək iştirakçılara attestasiya keçiriləcək tarixdən bir ay öncə təqdim edilərək tanış edilmiş və imzaları ilə təsdiq edilmişdir. Vətəndaş Şahid X18 Xidmətinə ünvanladığı müraciətinə görə X8ndə əsaslı araşdırma aparılması məqsədilə tələb etdikləri bütün sənədlər 68 (altmış səkkiz) nüsxədə (məktub №91; xx.xx.2024-cü il və №98; xx.xx.2024-cü il) müfəttişliyə təqdim olunmuşdur. Əmək Müfəttişliyinin xx.xx.2024-cü il tarixdə tərtib etdiyi X22 Protokol (MN № 2121308) əmək müqaviləsinin əmək qanunvericiliyinin pozularaq xitam verilməsi və son haqq-hesabın gecikdirilərək ödənilməsilə bağlı tərtib edilərkən, Dövlət Büdcəsindən maliyyələşən müəssisənin (İlisu DTQ-nun) maliyyə hesabında vəsaitin olmamasını və yalnız bu səbəbdən gecikdirildiyini nəzərə almamışlar. Yeganə nöqsan olaraq bildirilən bu iddia, qeyd etdiyi kimi, yerinə yetirilməsi şəxsən özünün imkanların daxilində deyildir. Son haqq-hesabın vaxtında hesablanmasını və maliyyə vəsaitinin ayrılması üçün X20 verilməsi haqqında əmr verilən gün müraciət etdiklərini nəzərə almamışlar. Həmin maliyyə vəsaiti Maliyyə Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə açılmış və xx.xx.2024-cü il tarixdə Şahid "xxxx" Qax fılialındakı əmək haqqı hesabına köçürülmüşdür. Müraciətində göstərdiyi nüansları nəzərə alaraq, onun tərəfindən törədilməyən və yerinə yetirilməsi onun imkanları daxilində olmayan bir xətaya görə X18 Xidmətinin X8 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN № ******* nömrəli Qərarda nəzərdə tutulan cərimənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti X26 Qoruğunun direktoru Nümayəndə1 şikayətin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X26 Qoruğunda işçilərin peşəkarlıq qabiliyyətinin ortaya çıxarılması üçün attestasiya təşkil edilmişdir. Bu barədə işçilər əvvəlcədən məlumatlandırılmış, müvafiq ədəbiyyatla və sənədlərlə tanış olmuş və bu barədə imza etdirilmişdir ki, kimlər attestasiyaya cəlb olunacaqlar. Attestasiyaya cəlb olunanlardan bir nəfər əfsuslar olsun ki, attestasiya suallarına yetirincə cavab verə bilməmiş, minimum 30 bal həddini keçə bilmədiyi üçün onun X20 verilməsi barədə attestasiya komissiyasının qərarı vardır. Onların yəni X6 Xidmətinin tövsiyyə məktubuna əsasən, hansı ki, onların üst qurumudur, onun işdən azad olunması barədə əmr vermişlər və X20 verilmişdir. Şahid şikayətinə əsasən X18 Xidmətinin X8 tərəfindən idarədə yoxlama aparılmış, tələb olunan bütün sənədlər təqdim olunmuş və müəyyən olundu ki, Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən müəyyən olunmuş müddətdə işçiyə son haqq-hesab ödənilməmişdir. Burada situasiya yaranır ki, 90-cı illərdən sonra onların nə büdcəsi, nə də ki xəzinədarlığı olmamışdır. İdarənin hesabında olan maliyyə vəsaitlərini yalnız ayın əvvəli sifariş verdikdən sonra X13 - Maliyyə Nazirliyi tərəfindən ayın sonunda hesab açılır və əmək haqqı ödəyirlər. Qoruğun işıq pulu, su pulu və qaz pulundan başqa vəsaitləri olmur. Onlar da Zabid adlı işçinin işdən çıxarılacağını qabaqcadan bilə bilməzdilər. Vəziyyət belə yaranmışdır ki, ayın 16-sı X20 verilən gün məhkəməyə təqdim olunan portaldan çıxarışdan da görünür ki, idarənin hesabında bir manat belə pulu olmamışdır. Həmin vaxt əmək haqqı fondunda hər hansı bir vəsait olmuş olsa idi, onlar son haqq hesabı, maliyyə hissəsini ödəyə, qalan hissəsini isə ayın sonunda hesab açılarkən ödəyə bilərdilər. Onlar əmr verilən gün xidmətə müraicət edir, onlar da Maliyyə Nazirliyinə, vəsait nə zaman açılarsa o zaman işçinin kart hesabına həmin vəsaiti köçürürlər. Sənədlərdən görünür ki, yanvar ayının 1-dən iyul ayının 16-na kimi, yəni Şahid işdən çıxana qədər X23 maliyyə qalığı 0 göstərir. Yəni həmin vaxt idarənin hesabında bir manat belə vəsait olmamışdır. Digər sənəddən isə görünür ki, yanvar ayının 1-dən iyunun 30-a kimi, yəni ayın sonuna qədər onların hesablarına vəsait daxil olmamışdır. Onlar büdcə təşkilatıdır və başqa pulları yoxdur. Digər sənəddən isə 01 avqust 2024-cü il tarixdə vəsait açılması, bu vəsaitin əmək haqqı fondunun içərisində olması aydın görünür. Bir gün sonra isə avqust ayının 2-də vəsait karta köçmüşdür. Bu isə göstərir ki, onlardan asılı olmayan müəyyən səbəblərdən situasiya yaranmış və 3 gün müddətinə həmin vəsaiti işçiyə ödəyə bilməmişlər. Yəni onun yerində başqa şəxs olsaydı belə bu vəsaiti ödəyə bilməzdi. O başqa yerdən götürüb həmin pulu ödəyə bilməzdi. Onun özünün şəxsi müəssisəsi deyil ki, vətəndaş işdən azad olunarkən pul tapıb ödəsin. Təmsil etdiyi qurum publik hüquqi şəxs olacaq və onlarda ümumiyyətlə mühasibatlıq da olmayacaqdır. Mərkəzləşmiş qaydada, ya regiondan, ya da mərkəzdən, yəni Bakı şəhərindən onların maliyyələşməsi idarə olunacaqdır. Onlar yalnız Dövlət Xəzinədarlıq idarəsinə sifariş verirlər, vəsait açılır, hesablarına pul köçürülür, bundan sonra əməkdaşların kartına pulu köçürürlər. Yəni burada başqa bir şey olmamışdır. Bilərəkdən və yaxud bilməyərəkdən inzibati xəta törətməmişdir. Və protokolun tərtib olunması ilə bağlı göstərmişdir ki, protokol tərtib olunan gün onun Şəki şəhərinə getməyə imkanı olmamışdır. Onlara bildiriş gəlmişdir ki, onlayn qaydada iclasa qoşula bilərlər. Lakin həmin gün Qax rayonunda nə işıq, nə də internet olmuşdur. Əsəd müəllimlə telefonla danışmışdır ki, iştirak edə bilməyəcək, nəzərə alsınlar. İştirak etmədiyi təqdirdə protokol tərtib olunmuşdur. Düzdür, bir nüsxəsini ona göndərmişlər, lakin nə iştirak edə bilmiş, protokolda nə imzası olmuş, nə də ki etiraz etməyə imkanı olmamışdır ki, bu nöqsanın nə üçün baş verdiyini onlara isbat edə bilsin. Onun iştirakı olmadan protokol tərtib edilmiş, şərti cərimə edilməsi barədə qərar çıxarılıb ona göndərilmişdir. Şərti qərarın arxasında başqa şeylər də var, yəni işçini yenidən işə bərpa etsə üzərindən cərimə götürüləcək. O, 733 manat əmək haqqı alır. Həqiqətən də onun təqsiri olsa idi etiraz etməzdi. Şahid izah etmişdir ki X20 verilməsi barədə əmr verilənə qədər, getsin hazırlaşıb imtahan versin, yenidən attestasiyadan keçsin, ola bilər ki, səhhəti ilə əlaqədar hazırlaşa bilməyib, özünü pis hiss edib. Lakin Şahid işə bərpa olunmaq əvəzinə şikayət etmişdir ki, guya onun hüquqları pozulub. Onun əmək hüquqlarını pozmamışlar. Sadəcə attestasiyadan keçə bilmədiyi üçün X20 verilmişdir. Attestasiyanın keçirilməsi qaydaları, sualların tərtib olunması ilə bağlı deyə bilər ki, onlar kiçik müəssisə olduğu üçün 28 nəfərlik kollektivdir. Komissiyanı təşkil edə bilmirlər. Ona görə də yuxarı, bilavasitə tabe olduqları quruma müraciət etmiş, nazirliyin müvafiq qurumlarından komissiya üzvləri təşkil olunmuşdur. Orada auditdən, həmkarlar ittifaqından və insan resurslarından nümayəndələr olmuşdur. Bütün milli parkların, qoruqların elmi işçiləri, direktorları, direktor müavinləri, müfəttişləri, mühafizə yegerləri və digər texniki heyəti attestasiya olunmuşlar. Növbə mühafizə yegerlərinə çatmışdır. Cəmi 16 nəfərdirlər və onlardan 11 nəfəri imtahan buraxılmış, imtahana buraxılanlardan biri Şahid olmuşdur. 1 nəfər 6 ay əvvəl işə qəbul olunduğu üçün və 3 nəfər müharibə iştirakçısı olduğu üçün cəlb edilməmişdir. Bir nəfər isə 28 il stajı olan işçi olduğu üçün həmkarlar iclasının qərarında müzakirə edərək yaşı çox olduğu üçün ona güzəşt edilməsindən ötrü xahiş etmişlər ki, əgər mümkündürsə attestasiyaya cəlb edilməsin. Həmin işçi böyük təcrübəyə malik bir insandır, lakin sovet dövründə gürcü dilində oxumuşdur, Azərbaycan əlifbası ilə yaza bilsə də, suallara cavab verməkdə çətinlik çəkəcək. Şahid 30 baldan 26 bal toplamasını gözləməmişlər. Dörd sahə müfəttişi vardır, onları işə götürən odur. Dörd sahə müfəttişini bir direktor müavini ilə attestasiya etməlidir?. Komissiya yaratmaq imkanları yoxdur. Yəni həmkarlar ittifaqının üzvü də sahə müfəttişidir. O, özü-özünümü gəlib imtahan edəcəkdir?. Onların kadr imkanları olmadığından komissiyanın təşkil edilməsi üçün xidmətə müraciət etmişlər. Birneçə il əvvəl Bakı şəhərində direktorların attestasiyası olmuşdur. Bundan sonra direktor müavinlərini, elmi işçiləri və sahə müfəttişlərini burada attestasiya etmişlər. Mühafizə yegerlərini də onların özlərinin imkanları olmadığı üçün xidmətə komissiya yaratmasını və gəlib burada attestasiya edəcəklərini demişlər. Attestasiya komissiyasını tərkibinə bir nəfər X26 Qoruğunun həmkarlar təşkilatının üzvü daxildir. Direktor müavininin attestasiyası zamanı Attestasiya Komissiyasının üzvü Fəmail Maqsudov olmuşdur. Komissiyanı isə xidmət təşkil etmişdir. Yegerlərin arasında isə birinci dəfədir ki, attestasiya keçirilir. Əvvəllər 11 nəfərlə təmsil olunurdular. Onların elmi şöbəsi var idi və 40-a yaxın işçiləri olmuşdur. Həmin vaxt onlar attestasiya təşkil edə bilərdilər. Hazırda isə işçi potensialı yoxdur. İndi isə cəmi iki elmi işçi ilə təşkil olunurlar, bir nəfər direktor müavini vardır. Ona görə də, xidmətə müraciət olunmuşdur ki, attestasiyanı onlar təşkil etsinlər. O isə komissiyaya qarışmamışdır. Onlar xidmətə təkcə komissiyanın yaradılması üçün yox, sualların hazırlanması üçün də müraciət etmişlər. Yegerlərdən yalnız Şahid ali təhsilli olmuşdur. Barəsində çıxarılmış inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X1 baş məsləhətçisi-baş əmək müfəttişi Nümayəndə2 izahatında göstərdi ki, 30 dekabr 2023-cü il tarixli 545/4 nömrəli əmrlə X3 Xidmətinin tabeli qurumlarında 2024-cü il üzrə attestasiyanın keçirilməsi məsələsi nəzərdə tutulmuşdur. Qeyd edir ki, sualların hazırlanması, sualların tipi, imtahanların keçirilməsi kimi məsələlər həmin əmrdə müəyyən olunmuşdur. Qarşı tərəf əmək və vəzifə funksiyaları ilə bağlı siyahıyla tanış edilmişdir. Əmək Məcəlləsinin tələblərinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 97 nömrəli qərarına əsasən attestasiyanın keçirilməsi zamanı işçinin əmək funksiyasına daxil olmayan hər hansı bir sualın verilməsi qəti qadağandır. Lakin həmin kitabçadan da göründüyü kimi, dünyagörüşə aid bir-neçə suallar vardır ki, bu attestasiyada olan nöqsanlardan biridir. Qarşı tərəf izahatının ən məqbul hissəsini son-haqq hesabın ödənilməsi məsələsinə gətirir. Ancaq onların əsas mübahisə predmeti o məsələ deyildir. Düzdür İXM-nin 192.4 və 192.6-cı maddələri ilə protokol tərtib edilmiş, tənbeh İXM-nin 192.6-cı maddəsi ilə verilmişdir. Buna səbəb də xitamla bağlı əmək qanunverciliyinin tələblərinin pozulması olmuşdur. Ona görə belə hesab edirlər ki, hansı ki, məhkəmə iclasında ilk əvvəl Nümayəndə1 vəsatəti təsdiq edib-etməməsi barədə sual vermiş, o da təsdiq etdiyini bildirmişdir. Vəsatətdə də qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü bəndinin tələblərinə əsasən işəgötürənin əmri ilə yaradılmış komissiya tərəfindən attestasiya keçirilməlidir. Bu Məcəllənin birmənalı tələbidir. Yəni xidmət gəlib burada attestasiya keçirib, şəxsi attestasiyanın nəticəsi ilə işdən azad etmişlər. Yəni bu qanunvericiliyə tamamilə zidd bir şeydir. Attestasiya ümumiyyətlə düzgün keçirilməmişdir. Komissiya baş idarə tərəfindən yaradılmış, ancaq işəgötürənin əmri ilə yaradılmalı idi. Bayaq da dediyi kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarının 3.5-ci bəndində göstərilib ki, yuxarı icra orqanları attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti həyata keçirir. Habelə attestasiya işini təkmilləşdirmək, dərindən öyrənmək, təhlil edib ümumiləşdirmək əsasında müsbət təcrübəni yayılması üzrə tədbirlər görür. Yəni ki, burada yuxarı orqanın birmənalı səlahiyyəti ondan ibarətdir ki, sadəcə işə götürən orqanın əmri ilə yaranan attestasiya komissiyası düzgün icraat aparsın, düzgün mövqe tutsun. Burada da belə çıxır ki, işə götürən tərəfindən keçirilməli olan attestasiya heç bir yerdə yazılmayan, heç bir yerdə tənzimlənməsi olmayan halda xidmət tərəfindən keçirilib və işə götürən də bu attestasiyaya istinad edib işçini işdən çıxarıb. Burada da əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Keçirilən attestasiya attestasiya deyildir, sadəcə bir növ hansısa bir işçinin qiymətləndirmə imtahanı adlandırmaq olar. Bu hər bir dövlət orqanında demək olar ki, hər il olur. Bunun nəticəsində də işçini işdən çıxartmırlar, ancaq attestasiyanın nəticəsində işçini işdən çıxarırlar. Həmin attestasiya ki, Nümayəndə1 bayaq da qeyd etdi ki, bir il əvvəl yegerləri işə götürən X23 direktoru olmuşdur. Bu direktor tərəfindən yaradılan komissiya tərəfindən həyata keçirilməlidir. Yəni burada sırf İXM-nin 192.6-cı maddəsinə nöqsan budur. Bu Əmək Məcəlləsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə öz əksini tapır. Əvvəlki dövrlərdə həmin işçilər X23 nomenklaturasında olmamışlar. Onlar baş idarədə olmuşlar. Ona görə də baş idarə tərəfindəm attestasiyanın keçirilməsi məqbul olmuşdur. Çünki baş idarənin işçiləri olmuşlar. Ancaq hal-hazırda işəgötürən yerli X24. Ona görə də, attestasiyanı X27 keçirməlidir. Sahə müfəttişləri, elmi işçilər və həmkarlar ittifaqının nümayəndələri vardır. Onların iştirakı ilə komissiyanın təşkil edilməsi mümkündür. Yaxud da işəgötürənin əmri ilə kənardan bir nəfər də cəlb olunsun. Araşdırma dövründə hansı ki, sənədlər təqdim olunarkən baxmışlar ki, elmi işçilərin attestasiyası aşkar olunmamışdır. Nə üçün bunu etmədikləri yuxarı rəhbərlikdən soruşulduqda elmi işçilərin attestasiyasının keçirilməsi üçün elmi dərəcəsi olan hər hansı bir şəxs lazımdır. Belə işçi onlarda olmadığı üçün kənardan cəlb ediləcəyi bildirilmişdir. Baş idarə kənardan elmi işçi cəlb edirsə, işəgötürən də əmr verərək kənardan hər hansı bir mütəxəssis də cəlb edə bilər. Ancaq Nümayəndə1 komissiyaya üzv verilməsi üçün xidmətə müraciət etməlidir. Komissiya xidmət tərəfindən yaradılıb attestasiya keçirilməli deyil. X23 sahə müfəttişi, elmi işçisi və həmkarlar təşkilatının üzvü vardır. Bu şəxslər komissiya üzvü ola bilərlər. Baş idarənin Əmək Məcəlləsinə əsasən attestasiya keçirmək üçün heç bir səlahiyyəti yoxdur. Əmək Məcələsində işəgötürənin səlahiyyətidir ki, işçisini yoxlasın, məqbulunu saxlasın, mənfisini azad etsin. Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü bəndinə əsasən Attestasiya Komissiyası işəgötürən tərəfindən təşkil edilməlidir. Attestasiya işəgötürən tərəfindən təşkil olunmalı olduğu halda, digər orqan tərəfindən təşkil edilmişdir. Əmək Məcəlləsində göstərilmişdir ki, əmək haqqı ayda bir dəfə və yaxud da iki dəfə ödənilə bilər. Məcəllədə bu əvvəlcədən qeyd olunmuşdursa, dövlət büdcəsindən də müvafiq ayırmalar birneçə dəfə mümkündür. Əmək Məcəlləsinin 172.4-cü və 83.2-ci maddəsində bildirlir ki, ona verilən bütün haqq-hesab işdən çıxdığı gün verilməlidir. 172-ci maddənin qeyd hissəsində ancaq istisna qoyulub ki, əgər müəssisənin tərəfdaş olduğu hər hansı bir bank iflas etdiyi halda müvafiq gecikmələr həyata keçirildiyi halda həmin hal xəta kimi qiymətləndirilmir. Digər hallar xəta kimi qiymətləndirilir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid ifadə verərək göstərdi ki, o bilməmişdir ki, keçid balı 26 olmalıdır. Bilsəydi cavab yazardı. Neçə suala düzgün cavab yazmamış, heç işarə qoymamışdır. O bilir ki, səhv yazsa da səhvlər doğru cavabları silmir. Özündə də bir az narahatçılıq olmuşdur. Keçən il həmin vaxt bir aydan artıq xəstəxanada, evdə yatmışdır. Təziqi olmuş və testə baxmış, gözü yaxşı görməmişdir. Təxminən attestasiya keçirilməzdən 3-4 ay əvvəl keçiriləcəyi barədə ona məlumat verilmişdir. Ondan attestasiya keçiriləcəyi barədə məlumat verilməsi barədə iltizam alınmamışdır. Ona ədəbiyyat siyahısı təqdim olunmamışdır. Onda kağızda maddələr olmuşdur. Ondan başqa ona heç nə verilməmişdir. Onunla attestasiya keçirilməsi və razılaşma barədə söhbət aparılmışdır. İmtahana girməzdən əvvəl səhhəti ilə bağlı narahatçılığı olmuş. attestasiya zamanı artmış, lakin belə probleminin olması barədə Azərçin müəllimə əvvəlcədən məlumat verməmişdir. Ona verilən suallar çətin suallar olmuşdur. Attestasiyaya hazırlaşmışdır. Təxminən nələr vacib lazımdır onları oxumuşdur. Baxmayaraq ki, attestasiya zamanı narahat olmuş, buna baxmayaraq demişdir ki, əlli faiz düzgün yazsın və attestasiyadan keçə bilsin. Ona əvvəlcədən minimun 30 bal toplamalı olduğu barədə məlumat verilməmişdir. Sədəcə olaraq imtahana girmiş, düşünmüşdür ki, əlli faizi keçmişdir, bəsdir. 16 ildir işləmişdir. İşlədiyi müddətdə qışı, yağışı, qarı olmuşdur və həmin yolları gedib-gəlmişdir. Heç bir qanun pozuntusuna yol verməmişdir. Müdriyyət tərəfindən tənqid olunmamışdır. Yəni nizamlı işçi olmuş, ona da pis təsir edən o olmuşdur ki, nəyə görə işdən çıxmalıdır. Attestasiya zamanı hesab etmişdir ki, sualların 50 faizinə cavab vermişdir və keçmişdir. Bilsəydi ki, keçmək üçün minumum 30 bal yığmalıdır, o zaman digər sualları da işarələyərdi. Nazirlikdən maraqlanmış, demişlər ki, attestasiyadan keçməmək onarın müdirinin səlahiyyətindədir. O, işə qaytarılmaq istəyir. İki-üç ay müddətə hazırlaşmışdır. Əgər narahat olmasaydı, dörd sual açıq sual olmuş, onları yazacaqdı. Lakin həmin vaxtı narahat idi. Məhkəmə qərardan şikayət vermiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti X26 Qoruğunun direktoru Nümayəndə1, qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X1 baş məsləhətçisi-baş əmək müfəttişi Nümayəndə2 izahatını, şahidin ifadəsini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, onun şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X1 xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və hazırkı qərar X22 həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X22 Protokoldan görünür ki, Nümayəndə1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli protokol DƏMX-nin Şəıki-Zaqatala regional idarəsinin baş əmək müfəttişi X7 tərəfindən tərtib edilmişdir. DƏMX-nin Şəki-Zaqatala regional idarəsinin rəisi X21 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərardan görünür ki, vəzifəli şəxs Muradov X11 Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə təqdirli bilinib, 192.6-cı maddəsinə uyğun olaraq 1500 manat məbləğində şərti cərimə edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün ona 30 gün vaxt verilmişdir. X23 25 dekabr 2023-cü il tarixli 63/Ü saylı əmrindən görünür ki, İlisu DTQ-nun mühafizə yegerlərinin peşəkarlıq səviyyəsinin, bilik və bacarıqlarının müəyyən edilməsi, məqsədilə 2024-cü ilin müvafiq tarixlərində attestasiyası keçirilməsi, attestasiyaya cəlb ediləcək işçilərin (mühafizə yegerlərinin) siyahısının tərtib edilərək BMQX-nə təqdim edilməsi, İlisu DTQ-nun yetərincə kadr potensialına malik olmadığı üçün, attestasiyanın keçirilməsi nəzərdə tutulacaq müvafiq tarixədək, ETSN-nin müvafiq struktur və şöbələrinin, bilavasitə BMQX-nin yüksək peşəkarlığı və iş təcrübəsinə malik, tərəfsiz və obyektiv kadr potensialından istifadə etməklə Attestasiya komissiyasının yaradılması, o cümlədən, komissiyanın tərkibində İlisu DTQ-nun Həmkarlar İttifaqının nümayəndəsinin iştirakının təmin edilməsi barədə BMQX-nə müraciət edilməsi, İlisu DTQ-nun mühafizə yegerlərinin attestasiyasının keçirilməsi Qaydalarının, attestasiya testlərinin hazırlanması və tərtib edilməsi, attestasiyanın həyata keçirilməsi və nəticələrinin müəyyən edilməsi prosedurlarının və s. zəruri işlərin peşəkar ekspertlər tərəfindən həyata keçirilməsi üçün BMQX-nin müraciət edilməsi və attestasiyaya cəlb ediləcək əməkdaşların əmrlə və attestasiyanın keçirilməsinə dair zəruri sənədlərlə attestasiya tarixinə qədər öncədən tanış edilməsi sahə müfəttişinə və sənədlərlə iş üzrə mütəxəssisə tapşırılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin rəisi Firuddin Əliyevin xx.xx.2023-cü il tarixli 454/ü nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin tabeli qurumlarının işçilərinin 2024-cü ilin müvafiq tarixlərində attestasiyası keçirilməsi və komissiyanın yaradılması əmr edilmiş və komissiyanın tərkibi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin rəis müavini Rəşad Allahverdiyevin xx.xx.2024-cü il tarxli məktubundan və ona əlavə edilmiş attestasiyaya cəlb edilməli olan şəxslərin siyahısı qeyd edilmiş cədvəldən və İlisu DTQ-nun mühafizə yegerinin ədəbiyyat siyahısından görünür ki, 04 iyul 2024-cü il tarixdə İlisu DTQ-nun Attestasiyadan keçəcək işçilərinin cədvəli müəyyən edilmiş, həmin şəxslər attestasiyanın keçiriləcəyi tarixlə və ədəbiyyat siyahısı ilə tanış olmuş və bu barədə müvafiq qeydiyyat aparmaqla imza etmişlər. Həmin şəxslərin siyahısında Şahid da adı qeyd edilmiş, o da həmçinin attestasiya keçiriləcək vaxt barədə ona məlumat verilməsi və ədəbiyyat siyahısı ilə tanış olması barədə imza etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin Attestasiyanın keçirilmə Qaydalarından görünür ki, həmin qaydalar üzrə attestasiya keçirilməsini ümumi müddəaları, keçrilmə prosedurları, test tapşırıqlarına dair tələblər, testlərin ekspertizası və attestasiyanın nəticələrinə dair qaydalar əks olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin rəis müavini Rəşad Allahverdiyevin xx.xx.2024-cü il tarxli məktubundan görünür ki, Şahid 26 bal topladığı üçün onun vəzifədən azad edilməsi tövsiyyə olunmuşdur. X26 Qoruğunun keçirilmiş attestasiyanın nəticəsinə dair komissiyanın 05 iyul 2024-cü il tarixli 30 nömrəli protokolundan görünür ki, Şahid işdən azad edilmısi tövsiyyə olunaraq lehinə 5 səs çoxluğu ilə qərar qəbul edilmişdir. X26 Qoruğunun direktoru Nümayəndə1 16 iyul 2024-cü il tarixli 44/k nömrəli əmrindən görünür ki, Qoruğun mühafizə yegeri Şahid ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi, baş mühasib (Mzia Bayramaşvili) və Kadr və sənədlər üzrə mütəxəssis (Züleyxa Orucova) əmrdən irəli gələn digər məsələlərin həllini təmin etmələri əmr edilmişdir. "xxxx" ASC-nə məxsus ödəniş kartından Çıxarışdan görünür ki, Şahid kart hesabına xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1655.79 manat pul vəsaiti köçürülmüşdür. Kollektiv müqavilədən görünür ki, müqavilə tərəfləri (X26 Qoruğu və X26 X10) müqavilə şərtləri ilə razılaşaraq müqaviləyə imza etmişlər. DƏMX-nin Şəki-Zaqatala regional idarəsinin Nümayəndə1 ünvanladığı məktubdan görünür ki, onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli X22 protokol ona göndərilmiş və Nümayəndə1 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. DƏMX-nin Şəki-Zaqatala regional idarəsinin Nümayəndə1 ünvanlanmış 02 sentyabr 2024-cü il tarilxi № 3-17-5/2-59024/2024 nömrəli məktubundan görünür ki, X26 Qoruğunun rəisi Nümayəndə1 barəsində X22 protokolun tərtib olunması xx.xx.2024-cü il tarixə saat 11:00a təyin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Məhkəmə araşdırması zamanı da müəyyən edildi ki, Nümayəndə1 barəsində İXM-nin 192.4 və 192.6-cı maddələri ilə X22 iş üzrə icraatın başlanması üçün səbəb və əsas Şahid qanunsuz işdən azad olunması və son haqq-hesabın vaxtında ödənilməməsi barədə şikayəti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X8ndə toplanmış materiallar olmuşdur, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X8 də Nümayəndə1 barəsində qeyd edilən inzibati xəta ilə bağlı toplanmış müvafiq materialları tam ətraflı araşdırmalı olduğu halda barəsində X22 iş üzrə icraat aparılan şəxsin prosesin təxirə salınması barədə şifahi vəsatətini nəzərə almayaraq iştirakı olmadan tələsik xx.xx.2024-cü il tarixli X22 protokol tərtib etmiş, DƏMX-nin Şəki-Zaqatala regional idarəsinn rəisi X21 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərar qəbul edilərək, vəzifəli şəxs Muradov X11 Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə təqdirli bilinib, 192.6-cı maddəsinə uyğun olaraq 1500 manat məbləğində şərti cərimə edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün şəxsə 30 gün vaxt verilmişdir. Məhkəmə ilk öncə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X1 nümayəndəsi tərəfindən test suallarının düzgün tərtib edilməməsi barədə göstərdiklərinə tənqidi yanaşır və qeyd edir ki, tərtib edilmiş test suallarının mühafizə yegerinin vəzifə funksiyalarına aid olub-olmaması və həmin orqan tərəfindən sualların düzgün tərtb edilib-edilməməsinə qiymət verilməsi DƏMX-nin səlahiyyətlinə aid deyildir. Həmçinin araşdırma aparmış orqan sualların işçinin əmək funksiyasına aid olubolmaması ilə bağlı hər hansı araşdırma aparması ilə bağlı sübutları məhkəməyə də təqdim etməmiş, yalnız işəgötürəndən müvafiq sənədləri tələb etməklə kifayətlənmişdir. Digər tərəfdən məhkəmə tərəfindən şahid qismində dindirlmiş X26 Qoruğunun mühafizə yegeri işləmiş Şahid özü ifadəsində qeyd etmişdir ki, ona attestasiyanın keçiriləcəyi tarix barədə əvvəlcədən məlumat verilmiş, lakin o suallara lazımi qaydada hazırlaşmamışdır. Eyni zamanda Nümayəndə1 məhkəməyə təqdim etdiyi mühasibat sənədlərində də göründüyü kimi Şahid X20 verildiyi vaxt ona son haqq-hesab ödənilməsi üçün müəssisənin hesabında pul vəsaiti olmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırda iddiaçı Şahid cavabdeh X5rşı X20 verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa barədə iddia tələbi üzrə iş vardır və həmin mülki iş məhkəmənin icraatındadır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tam, ətraflı araşdırma aparmadan, sırf inzibati qaydada cərimə tətbiq edilməsi hədəsi ilə vəzifəli şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsi və inzibati xətanın aradan qaldırılması üçün 30 gün müddətin təyin olunması qanuni, əsaslı və ədalətli hesab edilə bilməz. Hazırki hal inzibati tənbehin məqsədlərindən bəhz edən müvafiq normasının tələblərinə cavab vermir. İşçinin işdən azad olunması zamanı qanunvericiliyin tələblərinin kobud şəkildə pozulubpozulmamasını müəyyən etmək məhkəmə araşdırılmasının predmeti olmaqla, hər iki tərəfə onlarda olan zəruri sübutları məhkəməyə təqdim etdikdən sonda ədalətli qərarın qəbul edilməsi nəticəsinə nail oluna bilər. X26 Qoruğunun keçmiş əməkdaşı Şahid işdən çıxmaya görə son haqq-hesabın vaxtında ödənilməməsi ilə bağlı Nümayəndə1 təqsirli bilinməsi məsələsinə də məhkəmə qiymət verməyi zəruri hesab edir. Belə ki, həmin hissədə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmamış, əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin c bəndinə əsasən xitam verilmiş işçiyə ödənişlərin vaxtında həyata keçirilməsi üçün müvafiq sənədləşmə işlərinin aparılıb-aparılmaması, həmçinin bunun vəzifəli şəxsin səhlənkarlığı, yaxud özündən asılı olmayan səbəblərdən baş verməsi faktına düzgün hüquqi qiymət verilməmiş, X26 Qoruğunun dövlət büdcəsindən maliyyələşən müəssisə olub-olmaması nəzərə alınmamışdır. Qərarından şikayət verilmiş DƏMX-nin nümayəndəsi məhkəmə iclasında bu halı lazımi qaydada əsaslandıra bilməmişdir. Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarının 1.1-ci bəndində qeyd olunmuşdur ki, işçilərin attestasiyası, onun keçirilməsi qaydaları, şərtləri və attestasiyanın nəticələrinin tənzimlənməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və bu Qaydalara uyğun həyata keçirilir. Həmin Qərarın 1.2-ci bəndinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Həmin Qərarın 1.5-ci bəndinə əsasən nomenklatura işçilərinin attestasiyasını onları işə təyin və ya təsdiq edən orqanların attestasiya komissiyaları həyata keçirir. Həmin Qərarın 1.6-cı bəndinə əsasən azsaylı müəssisələrin işçilərinin attestasiyasını yuxarı orqanların attestasiya komissiyaları keçirir. Bu müəssisələrin siyahısını tabe olduqları qaydada yuxarı təşkilatlar müəyyən edir. Həmin Qərarın 1.8-ci bəndinə əsasən işçilərin sayı çox olan müəssisələrdə eyni hüquqa malik bir neçə attestasiya komissiyaları yaradıla bilər. Komissiyaların tərkibi attestasiyadan keçən işçinin fəaliyyətinə obyektiv qiymət verilməsini, işçinin konkret vəzifədə istifadə olunması imkanları haqqında tövsiyələr vermək üçün yalnız işgüzar mənafelərə əsaslanan prinsipial yanaşmanı təmin etməlidir. Azərbaycan Respublikasınını İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində X22 işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. İşin faktik hallarından görünür ki, X22 iş üzrə icraat aparılarkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuş, yuxarıda qeyd olunan xüsusatlar araşdırılmadan Nümayəndə1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli X22 protokol tərtib edilmiş, həmin protokol əsasında da DƏMX-nin Şəki-Zaqatala regional idarəsinn rəisi X21 tərəfindən xx.xx.02024-cü il tarixli, MN № ******* saylı qərar qəbul edilmişdir. Bu isə öz növbəsində İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması», «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» X22 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən X22 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X22 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Nümayəndə1 tərəfindən verilmiş şikаyət qismən təmin edilməli, Nümayəndə1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada şərti cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X1 rəisi X15 xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli qərarı ləğv edilməli və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X2 qaytarılmalı və həmin orqan qanunvericiliyin tələblərinə düzgün əməl edibetməməsi dəqiq araşdırmalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129- 131 və 135-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Nümayəndə1 İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat miqdarında şərti inzibati cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X1 rəisi X15 xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli qərarı ləğv edilsin. X22 qərar və materiallar üzrə olan X22 iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X2 qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar