Məhkəmə qərarları › İş №3(024)-216/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-216/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-216/2023 19.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə. xx.xx.1971-ci ildə Qax rayonunda doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, Qax rayonu, Amanlı kəndində yaşayan, FİN- xxxxxxx Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Qax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN 1894503/584 saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə Qax rayonu, Qaysarlı kəndində yerləşən X2 məxsus taxıl sahəsinə heyvanlarını salaraq əmlaka qəsdən ziyan vurmuşdur. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Qax Rayon Polis Şöbəsi tərəfindən Qax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, onun, xx.xx.2023-cü il tarixdə Qax rayonu, Qaysarlı kəndində yerləşən X2 məxsus taxıl sahəsinə malları girmiş nəticədə ona maddi ziyan vurmuşdur. O, hazırda Arzu Osmanovaya dəymiş ziyanı ödəməklə onunla barışmışdır. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qax rayonu, Qaysarlı kəndində yerləşən ona məxsus taxıl sahəsinə heyvan salaraq ona maddi ziyan vurmuşdur. Şəxs hazırda ona dəyən maddi ziyanı ödəyərək onunla barışmışdır. Şəxs onunla barışmasını nəzərə alaraq onun barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək göstərdiklərini əks etdirən ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və zərərçəkmiş şəxs X1 ərizəsini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X2 vurulmuş ziyanı tamamilə ödədiyindən və onunla barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, zərərçəkmiş şəxs X3 məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış və məhkəməyə bu barədə ərizə təqdim etmiş, zərərçəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənilmiş və zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayət və tələbi yoxdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X3 ilə barışdığından və zərərçəkmiş şəxs X2 vurulmuş ziyan tamamilə ödənildiyindən onun barəsində Qax RPŞ-nin İTB-nin sahə rəisi, X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN 1894503/584 saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən Qax RPŞ-nin İTB-nin sahə rəisi, X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN 1894503/584 saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar