Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-221/2024 29.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə. Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(024)-221/2024 saylı qərarının icrasına xitam verilməsinə dair Şəxs vəsatətinə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(024)-221/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Hazırda Şəxs vəsatətlə məhkəməyə müraciət edərək, inzibati cəriməni tam ödədiyini göstərmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli 3(024)-221/2024 saylı qərarının icrasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində çıxarılmış Qax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(024)-221/2024 saylı qərarına xitam verilməlidir. İşdə olan inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli elektron protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Şəxs Azərbaycan Respublikası İXMnin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün xx.xx.2024-cü il tarixli, EQ 21497215 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar üzrə 10 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin cəriməyə 6 manat dəbbə pulu əlavə olunmuş və nəticədə onun ödənilməmiş 16 manat inzibati cəriməsi yaranmışdır. Vəsatətə əlavə edilmiş qəbzdən və hökümət ödəniş portalından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixli, EQ 21497215 saylı qərar üzrə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin hesabına 16 manat cəriməni ödəmişdir. Azərbaycan Respublikasının İXM-nin 152.5-ci maddəsinə əsasən, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114-115. 117, 145 və 152.5-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 (altı) ay müddətə məhdudlaşdırılmasına dair Qax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(024)- 221/2024 saylı qərarının icrasına xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qax rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-221/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-221/2024
29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver