Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-226/2024 31.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə Qax rayonu Qıpçaq bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli protokolda göstərilmişdir ki, Qax rayonu Qıpçaq Bələdiyyəsinin sədri Şəxs Qıpçaq bələdiyyəsinin mütləq təqdim edilməli olan 11 sentyabr 2024-cü il tarixli, 14 nömrəli iclasının aktı (qərar) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinə qanunvericilikdə nəzərdə tutulan müddətdən gec təqdim etmişdir. Məhkəmə baxışı zamanı Qax rayonu Qıpçaq Bələdiyyəsinin sədri Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Qax rayonu Qıpçaq Bələdiyyəsinin 11 sentyabr 2024-cü il tarixli, 14 nömrəli iclas protokolunun protokolunu (qərar) elektron kabinet vasitəsilə Şəki Regional Ədliyyə İdarəsinə göndərməyə cəhd etmiş, göndərmək cəhdi uğursuz olduğu üçün e-mail vasitəsilə göndərmişdir. Lakin sonradan bilmişdir ki, sənədlər e-mail vasitəsilə idarəyə göndərilməmişdir. Bələdiyyə iclasının protokolunu e-mail vasitəsilə Şəki Regional Ədliyyə İdarəsinə göndərdikdən sonra, əlaqə saxlayıb protokolun çatıb-çatmaması ilə maraqlanmamışdır. Odur ki, qərar qəbul edərkən qeyd etdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə elektron məktub ünvanlayaraq məhkəmə iclasının Şəki Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Materiala əlavə edilmiş Qax rayonu Qıpçaq Bələdiyyəsinin mütləq təqdim edilməli olan 11 sentyabr 2024-cü il tarixli, 14 nömrəli iclas protokolundan görünür ki, həmin tarixli iclasın gündəliyinə Qax rayonunun Qıpçaq bələdiyyəsinin Ağyazı və Calayir bələdiyyəsinə birləşdirilməsi məsələsi qoyulmuşdur. Qax rayonu, Qıpçaq bələdiyyəsinin sədri Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, bələdiyyə sədri Qıpçaq bələdiyyəsinin 11 sentyabr 2024-cü il tarixli, 14 nömrəli iclasının aktını (qərarını) qanunvericilikdə nəzərdə tutulan 5 (beş) iş günündən gec təqdim etməsini unutduğunu, texniki səhv olduğunu qeyd etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında 30 sentyabr 2024-cü il tarixli MN № ******* nömrəli protokola obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə hesab edir ki, qeyd olunan inzibati xəta haqqında protokol və işin digər materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikası Qanununun 6.1.7-ci maddəsinə əsasən bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən, il ərzində ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini isə İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş Qax rayon Qıpçaq Bələdiyyəsinin sədri Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının aşağı həddinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Qax rayon Qıpçaq bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-226/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-226/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver