Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-237/2023 10.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Qax rayon İcra və Probasiya şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə. FİN-1PU4LTW, xx.xx.1969-cu ildə Qax rayonu Güllük kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Qax rayonu, Güllük kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Qax rayon İcra və Probasiya şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X8 tərəfindən Şəxs barəsində, Qax Rayon Məhkəməsinin 2(024)-309/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icra edilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qax rayon İcra və Probasiya şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X8 izahat verərək bildirdi ki, Qax Rayon Məhkəməsinin 2(024)-309/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, icra sənədinə əsasən borclu Şəxs dəymiş ziyana görə 2690 kq buğda məhsulu olmadığı təqdirdə onun dəyəri 1345 manat məbləğində pul vəsaiti alınaraq X2na verilməlidir. İcra sənədi üzrə 20 sentyabr 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Borcluya icra sənədləri üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş və qanunvericiliyə müvafiq daşıdığı məsuliyyət izah olunmuşdur. Lakin bütün bunlara baxmayaraq borclu tərəfindən keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası tam təmin olunmamışdır. Tələbkarın xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, borclu indiyədək icra vərəqəsində qeyd olunan əmlakdan və ya pul məbləğindən hər-hansı hissəsini ödəməmişdir. Tərəfindən borcluya dəfələrlə rəsmi xəbərdarlıqlar çağırışlar göndərilməsinə baxmayaraq borclu çağırışlara gəlməmiş, borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilmiş, borclu çağırışa gəlməmiş, Qax rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 8(024)-43/2022-ci il tarixli qərardadıyla təqdimat təmin edilmiş, həmin dövrdə borclunun Qax rayon icra və probasiya şöbəsinə gətirilməsi təmin edilmiş, icra vərəqəsinin icrası ondan tələb edilmişdir. Borclu növbəti dövrdə yenidən icra vərəqəsinin icrasını təmin etməmiş, çağırışlar gəlməmiş, yenidən onun məcburi gətirilməsi haqqında tədbirlər görülmüş, borclunun məcburi gətirilməsi təmin edilmişdir. Borcluda icra vərəqəsində qeyd olunan 2690 kq buğda tam şəkildə və ya hər-hansı hissəsi aşkar edilməmiş, qeyd olunanlarla bağlı akt tərtib edilmiş, tələbkar aktda imza etməkdən imtina etmişdir. Borcluya qeyd olunan icra vərəqəsinin icrasıyla bağlı izahat verməsi tələb edilmiş, borclu izahat verməkdən, həmçinin bununla bağlı tərtib edilmiş aktın imzalanmasından imtina etmişdir. Göstərilənlərə əsasən borclu X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Şəxs qanuni cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Qax Rayon Məhkəməsinin 2(024)-309/2022 nömrəli, xx.xx.2022-ci il tarixli İcra sənədinə əsasən Nofər Fərhadova dəymiş olduğu 2690 kq buğdanı və yaxud onun dəyəri olan 1345 manat pulu tələbkara ödəməyəcəkdir. Nofər Fərhadovun xeyli sayda mal-qarası və ferması vardır. Göstərdiklərini nəzərə alaraq ona köməklik edilməsini xahiş etdi. X2 izahat verərək göstərdi ki, borclu Şəxs ona verməli olan 2690 kq buğdanı və yaxud onun dəyəri 1345 manat pul məbləğini ona ödəmir. O Şəxs ona olan borcunun tam olaraq ödənilməsini, əks təqdirdə isə ona inzibati qaydada həbs cəzası verilməsini xahiş etdi. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və icra məmurunun izahatları ilə məhkəmə iclasında təsdiq edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən “Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi sanksiyası daxilində inzibati qaydada həbs tətbiq edilməsini qanuna müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 84, 106, 114,115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona on gün müddətə inzibati həbs tənbeh növü tədbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zalından həbs edilsin. Həbs etmənin əvvəli Şəxs məhkəmə zalından həbsə alındığı xx.xx.2023cü il tarixdən saat 17:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-237/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-237/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver