Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-237/2024 14.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi, Protokol tərtib etmiş Qax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, FİN-xxxxxxx, xx.xx.1993-cü ildə Qax rayonu Qapıçay kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, öz deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, il ərzində eyni inzibati xətanı törətdiyinə görə inzibati məsuliyyətə cəlb edilməmiş, Qax rayonu, Qapıçay kəndində qeydiyyatda olan və yaşayan Mirzəyeva Rəqsanə Yaşar qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 14 oktyabr 2024-cü il tarixli, MN № ******* nömrəli və MN № ******* nömrəli protokollar tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokollarda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Şəxs Qax rayonu Qapıçay kəndində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs saçından tutaraq baş, sifət və qol nahiyyələrinə əli ilə vuraraq ona fiziki ağrı yetirmiş və Zərərçəkmiş şəxs məxsus “Redmi 13 C” markalı mobil telefonun ekranını sındıraraq ona 100 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Qax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, 23 sentyabr 2024-cü il tarixdə təxminən saat 19 radələrində Qax rayon Qapıçay kəndində, Şəxs yaşadığı evin qarşısında Şəxs öz əmisi qızı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı onu döymüş və Zərərçəkmiş şəxs məxsus olan mobil telefonun şüşəsini sındıraraq ona maddi ziyan vurmuşdur. Maddi ziyan 100 manat məbləğində dəyərləndirilmişdir. Hazırda zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığı və maddi ziyan ödənildiyi üçün inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dindirilən zaman bildirdi ki, hadisə 23 sentyabr 2024-cü il tarixdə, Qapıçay kəndində onun evinin həyətinin qarşısında baş vermişdir. Əmisi qızı ilə sözləri uyğun gəlməmişdir. Belə ki, onun dediyi sözlə Leylinin dediyi söz üst-üstə düşməmiş və sözləri çəpləşmişdir. Hər ikisi bir-birilərini döymüşlər. İlk olaraq o, Leyliyə sillə vurmuş, sonra isə Leyli onun saçından yapışmışdır. Leyligil üç nəfər olmuşlar. Leylinin anası gəlib onu tutmuş və onları ayırmışdır. Təqsirini boynuna alır, lakin Leylinin telefonunun şüşəsini o sındırmamışdır. Telefon dava zamanı Leylinin əlindən düşmüş, üstündən maşın keçmişdir. Maşının sahibi avtomobili saxlamış, hətta onları ayırmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş maddi ziyanı ödəmişdir. Hərəkətindən də peşmandır. Zərərçəkmişin ondan hər hansı şikayət və tələbi yoxdur. Ona görə də məhkəməyə ərizə təqdim edərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs dindirilən zaman bildirdi ki, Şəxs onun əmisi qızıdır. Hadisə 23 sentyabr 2024-cü il tarixdə Qapıçay kəndində küçədə baş vermişdir. Rəqsanə ilə sözləri çəp gəlmişdir. O qardaşıgilin evindən çıxarkən Rəqsanə özü onun dalınca gəlmiş və ona sillə vurmuşdur. O, dava etmək istəməmişdir. Çünki qardaşının xeyir işi (toyu) idi. O, həyətdən çıxmışdır. Rəqsanə özü gəlmiş və sözsöhbət düşmüşdür. Söz-söhbət onun üstündə yaranmışdır ki, onun demədiyi sözü Rəqsanə onun adından başqa şəxsə demişdir. O da Rəqsanəyə həmin sözü demədiyi halda nə üçün camaatı onun üstünə göndərməsini irad tutmuşdur. Bu səbəbdən də söz-söhbət yaranmışdır. Yəni dava olmamışdır. Rəqsanə ona sillə vurmuş, o da Rəqsanənin saçından tutmuşdur. Anası isə onları ayırmışdır. Ətraflarında dava vaxtı tək anası yox, çox qohum-əqraba olmuşdur. Sentyabr ayının 26-sı qardaşının xeyir işi olmalı idi. Ona görə də, oraya yığışmışlar. Yəni elə bir ziyan olmamış, ancaq ona sillə vurmuş, bir də telefonu qırılmışdır. Hal-hazırda Şəxs ilə barışmışdır. Həmçinin ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. İşin icraatına xitam verilməsinə etiraz etmir. Rəqsanə ilə aralarında olan söhbətə son qoyulmasını istəyir. Zərərçəkmiş şəxs, Şəxs ilə barışmasını və ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirərək, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi və qeyd etdiyi hallarla bağlı yazdığı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində inzibati qaydada tədbirin görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Qax RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsinin Balakən rayonu MTE və P/A Şöbəsinin xx.xx.2024-cü il tarixli 265 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarət sol gözün bayır bucağında qançır-küt əşyanın təsirindən törənmişdir, qərarı təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət oduğu üçün dərəcəsi təyin edilmir. "xxxx" MMC-nin Qax Filialının 25 sentyabr 2024-cü il tarixli 746 nömrəli məktubundan görünür ki, “Redmi 13 C” markalı mobil telefonun ön şüşəsinin 2024-cü ilin sentyabr ayına olan satış qiyməti 100 manat təşkil edir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Bu səbəbdən ilk öncə Şəxs əməlinə İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş material üzrə hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin zərər çəkmiş şəxslə barışmaqla bağlı inzibati məsuliyyətdən azad etmədən bəhs edən 39.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə tərəfindən həmçinin Şəxs əməlinə İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş material üzrə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ona vurulmuş 100 (bir yüz) manat maddi ziyan tam olaraq ödənilmiş, həmçinin həmin inzibati iş üzrə Şəxs ilə barışmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs ərizələrini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və onunla barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş maddi ziyanı ödəməsini, eləcə də İnzibati Xətalar Məcəlləsinin yuxarıda istinad olunan imperativ xarakterli normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Nəzərə almaq lazımdır ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 39, 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qax rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-237/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-237/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver