Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-24/2024 28.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. Şəxs–xx.xx.1992-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu, Ətyeməzli kəndində yaşayan, FİN-xxxxxxx Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : İnzibati xəta törədən şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:40 radələrində “VAZ 21154” minik markalı, **-CE-*** qeydiyyat nişanlı avtomobili dövlət qeydiyyat nömrə nişanının görnüşünü çətinləşdirən örtük və ya qurğudan istifadə edərək idarə etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İşə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş mateiralarında olan xx.xx.2024-cü il tarixli İXP-6025476 saylı inzibati xəta haqqında protokoldan və inzibati xəta haqqında protokola əlavə edilmiş video görüntüdən görünür ki, həmin tarixdə Şəxs “VAZ 21154” minik markalı, **- CE-*** qeydiyyat nişanlı avtomobili dövlət qeydiyyat nömrə nişanının görnüşünü çətinləşdirən örtük və ya qurğudan istifadə edərək idarə etmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati tənbeh təyin edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini işdə onun məsuliyyətini yüngülləşdirici hallar kimi nəzərə alır. İşə baxılan zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Belə olan halda hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli, dövlət qeydiyyat nömrə nişanının görnüşünü çətinləşdirən örtük müsadirə edilməklə həmin maddənin sanksiyasına uyğun olaraq inzibati qaydada cərimə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43, 53.0.2, 84, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinərək dövlət qeydiyyat nömrə nişanının görnüşünü çətinləşdirən örtük müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №3(024)-24/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-24/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver