Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-240/2024 25.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məsləhətçi iclas katibi (hakim köməkçisi) Ehsanov Kənan Nərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, FİN-xxxxxxx, xx.xx.1960-cı ildə Qax rayonu Qaxbaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə əvvəllər məhkum olunmamış, il ərzində eyni inzibati xətanı törətdiyinə görə inzibati məsuliyyətə cəlb edilməmiş, əlilliyi olmayan, işsiz, Qax rayonu, Qaxbaş kəndində qeydiyyatda olan və yaşayan Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Şəxs bacısı Zərərçəkmiş şəxs məxsus “əl-üz yuyan” çanağı sındırmaqla zərərçəkmiş şəxsə 75-80 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Qax rayonu Qaxbaş kəndi ərazisində özünə məxsus evlərində ailəsi ilə birlikdə yaşayır. Həyat Xudeynatova və Zərərçəkmiş şəxs onun bacılarıdır. Qax rayonu Qaxbaş kəndinin ərazisində yerləşən mərhum atası Abbas Xudeynatova məxsus həyatyanı evdə yaşayırlar. Həmin ev qardaşı Xudeynatov Nərimana vəsiyyət olunmuş, lakin Nəriman hazırda Rusiya Federasiyasının Saratov şəhərində yaşadığından onun tərəfindən nəzarət olunur. Bacıları hər yay ata evinə istirahət etmək üçün gəlib yaşayırlar. Cari ilin may ayından X2 şəhərindən, Zərərçəkmiş şəxs isə avqust ayından Rusiya Federasiyasının Saratov şəhərindən gələrək həmin evdə yaşamışlar. Atası evi ilə özünə məxsus həyət evinin sərhəddində, özunə məxsus həyətyanı evin ərazisində navest mövcuddur və xx.xx.2024-cü il tarixində saat 12 radələrində navestin altında bir nəfər şəxsin su kanalı qazdığını görmüşdür. Həmin şəxsə yaxınlaşaraq buranın onun həyətyanı evinin ərazisi olduğunu demiş və işini dayandırıb getməyini xahiş etmişdir. Həmin şəxs oranı tərk edən zaman orda olan bacısı Həyat Xudeynatova onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı digər bacısı Könül əlində qayçı ilə ona vurmağa cəhd etmiş və özünü qorumaq üçün təpiklə vuraraq Könülün əlindəki qayçını yerə salmışdır. Sonra isə sakitləşmək üçün təpiklə orada olan əl-üz yuyan çanağa vurmuşdur. Lakin əmlak sınmamışdır. Əl-üz yuyan çanağın qiyməti ilə razı deyil, hesab edir ki, əsl qiyməti 20-30 manat civarındadır. Özünü həmin əməldə təqsirli bilmir. Odur ki, barəsində qərar qəbul edərkən qeyd edilən halların nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə prosesinin yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X1 şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində inzibati qaydada tədbirin görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Qax RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli rəydən görünür ki, əl-üz yuyan çanağın 2024-cü ilin sentyabr ayı üçün orta bazar qiyməti 75-80 manat təşkil edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qismən etirafedici ifadəsi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi ifadə məsuliyyətdən yaxa qurtarmaq, inzibati məsuliyyətə cəlb edilməmək məqsədi daşıyır. Şəxsin inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiqini tapır. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddədə az miqdar dedikdə 5000 manatdan artıq olmayan məbləğ nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini qismən etiraf etməsini, il ərzində ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxsnun məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, il ərzində ilk dəfə inzibati xəta törətməsini, təqsirini qismən etiraf etməsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib vurulmuş ziyanın bir misli miqdarında, yəni 75 (yetmiş beş) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qax rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-240/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-240/2024
25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver