Məhkəmə qərarları › İş №3(024)-241/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-241/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-241/2024 15.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi, Protokol tərtib etmiş Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, FİN-xxxxxxx, xx.xx.1969-cu il tarixdə Qax rayonu Ləkit kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, eyni inzibati xətanı törətdiyinə görə il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Qax şəhəri, N.Hikmət küçəsi, ev 29da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrində Qax şəhəri, Ü.Hacıbəyli küçəsində Zərərçəkmiş şəxs sifət nahiyyəsindən bir dəfə yumruqla vuraraq ona fiziki ağrı yetirmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Protokol tərtib etmiş Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X2 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, istintaq bölməsindən raport daxil olub və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edib məhkəməyə təqdim etmişdir. Hazırda həmin şəxslər barışmışlar. Hazırda zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığı üçün inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, adlarına götürülmüş kredit pullarına görə onlara inzibati iş kəsmişlər. Zərərçəkmiş şəxs onların adlarına kreditlər aldığı üçün şikayətləri olmuşdur. Zərərçəkmiş şəxs həmin vaxtdan onunla prinsip aparır və hər ötüb-keçəndə ona söz atır. O, isə bu vaxtadək əhəmiyyət verməmişdir. 14 sentyabr 2024-cü il tarixdə səhər saat 8 radələrində Nəcəf ona onu görərkən içəri mağazaya keçməsini demiş, o isə Nəcəfdən nəyə görə keçməli olduğunu soruşmuşdur. Nəcəf 100 metr gedib yuxarıdan qayıdıb gəldikdən sonra yenidən mağazaya girmək istəmiş, o isə Nəcəfi bayıra çıxararaq getməsini demişdir. Nəcəf üçüncü dəfə mağazaya girərək ondan biraz əvvəl nə dediyini soruşmuş, ona üç dəfə yumruq atmış və söyüş söymüşdür. O isə Nəcəfin söyüş söyməsinə dözməyib onu vurmuşdur. Hərəkətindən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxsla barışmışdır. Zərərçəkmiş şəxslə barışdığı üçün barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş etdi və qeyd etdiyi hallarla bağlı yazdığı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs dindirilən zaman göstərdi ki, Şəxs 30-35 ildir ki tanıyır. 14 sentyabr 2024-cü il tarixdə səhər mağazaya gəlmiş. saat təxminən 8-in yarısı olmuşdur. Natiqə söz-söhbətləri yığışdırmalarını, çox yaxın olduqlarını, 30-35 ildir bir-birilərini tanıdıqlarını demişdir. Bu zaman aralarında mübahisə yaranmış, onlar tutaşmış, Natiq onu vurmuşdur. Onun dodaqları partlamış, gözlərinin altı qaralmışdır. O, Natiqi vurmamış, çünki vurmağa fürsəti olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Şəxsla barışmasını və ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirərək, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi və qeyd etdiyi hallarla bağlı yazdığı ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Şəxsin cinayət məsuliyyətindən azad edilməsi və cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində AR CM-nin 221-ci və 128-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, şəxsin barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Qax RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 PHŞnin Balakən rayon MTE və P/A Şöbəsinin 235 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarət-sifətinin sol yuxarı səthində şişkinlik – qançır, sağ burun girəcəyində sıyrıq, sol baldırın yuxarı 1/3-nin ön səthində sıyrıq, sol baldırın yuxarı 1/3-nin arxa səthində şişkinlik-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin zərər çəkmiş şəxslə barışmaqla bağlı inzibati məsuliyyətdən azad etmədən bəhs edən 39.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını, eləcə də İnzibati Xətalar Məcəlləsinin yuxarıda istinad olunan imperativ xarakterli normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Nəzərə almaq lazımdır ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qax rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar