Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-243/2025 14.07.2025 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə xx xxxxxxx 1977-c il tarixdə Qax rayonu, Cəlayir kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Qax rayonu, Cəlayir kəndində yaşayan-Şərifov Əkrəm Məhəmməd oğlunun İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının D.İ.N-in Qax Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X2 tərəfindən Şəxs barəsində AR İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 iyun 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs 20 iyun 2025-ci il tarixdə Qax rayonu, Sarıbaş kəndi ərazisində yaylaqda, qanunsuz 1 (bir) ədəd 28 mm kalibrli, tək lüləli 44505 №li ov tüfəngi və həmin silaha məxsus 6 (altı ) ədəd patron, 2(iki) ədəd istifadə olunmuş patronun saxlanılması aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflər məlumatlandırılmış lakin onlar məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən Qax RPŞ-nin polis sahə rəisi X1 və barəsində protokol tərtib edilmiş şəxs Şəxs iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında tədqiq edilmiş, araşdırılmış sənədlər: -MN ******* №li, 26 iyun 2025-ci il tarixli inzibati xəta haqqında İXM-in 590.2-ci maddəsi ilə protokol. -Ov silahının təhvil götürülməsi barədə Akt. Məhkəmə Şəxs əməlinin İXM-in 590.2-ci maddəsi ilə düzgün tövsif olunduğunu qeyd edir və hesab edir ki, şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində göstərilmişdir ki, müvafiq icra hakimiyyəti orqanından icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi xətanın xarakterini, ictimai təhlükəlik dərəcəsini, şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və barəsində inzibati tənbeh tərbiq edilib cərimə edilməsini qanunamüvafiq hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, maddi sübut kimi Qax RPŞ-də saxlanılan 1 (bir) ədəd 28 mm kalibrli, tək lüləli 44505 №li ov tüfəngi müsadirə edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 84, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1 (bir) ədəd 28 mm kalibrli, tək lüləli 44505 №li ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan 10(on) gün müddətinə Qax rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protest verilə bilər. Sədirlik edən: Mirhehydər Zeynalov.
Məhkəmə qərarları › İş №3(024)-243/2025
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-243/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver