Məhkəmə qərarları › İş №3(024)-244/2025

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-244/2025

08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-244/2025 08.08.2025 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Şikayət vermiş şəxs «X17 Kompleksi» MMC-in direktoru X3 iştirakı ilə. X3 X12 Xidməti X4 tərəfindən MN ******* №li, 19 iyun 2025-ci il tarixli qərarından verililmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X8 ərizə ilə məhkəməyə müraciət edərək, X12 Xidməti X4 tərəfindən MN ******* №li, 19 iyun 2025-ci il tarixli qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X8 ərizəsini onunla əsaslandırmışdır ki, X12 Xidməti X4 tərəfindən inzibati qaydada cərimələnmişdir. X12 Xidməti X4 tərəfindən tərtib edilmiş 19 iyun 2025-ci il tarixli, MN ******* №li inzibati tənbeh vermə haqqında qərarın surəti müəssisəyə 24 iyun 2025-ci il tarixdə poçt vasitəsi ilə daxil olmuşdur. Həmin qərarda onun İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1.500 manat şərti olaraq cərimələndiyi göstərilmişdir. Barəsində aparılan inzibati xəta üzrə icraat tam qanunsuzdur və tətbiq edilənqərarın ləğv edilməsini məhkəmədən xahiş edir. X12 Xidməti X4 tərəfindən verilmiş 19 iyun 2025-ci il tarixli MN ******* №li inzibati tənbeh vermə haqqında Qərar qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv edilməlidir. X12 Xidməti X4 tərəfindən 19 iyun 2025-ci il tarixli MN ******* №li inzibati tənbeh vermə haqqında Qərarda göstərilib ki, «X17 Kompleksi» MMC-in direktoru X8 vətəndaş X7 əmək müqaviləsinə qanunvericiliyin tələblərinə zidd olaraq xitam vermişdir. Qərar onunla əsaslandırılıb ki,vətəndaş X7 əmək müqaviləsi qanunazidd olaraq müddətsiz əmək müqaviləsindən müddətli əmək müqaviləsinə dəyişdirilib. X15 Jorayevnanın müraciətinə dair ətraflı izahatları X12 Xidməti X1 əməkdaşı Zeynal müəllimə təqdim etmişdir. 03 iyun 2025-ci il tarixdə X4ndə Zeynal müəllimin yanında olmuşdur. Əməldə hansı inzibati xəta tərkibinin olduğunu soruşmuş və inzibati xətanın hansı normativ-hüquqi aktla tövsif olduğunu bilmək istəmişdir. Lakin X12 Xidməti X1 əməkdaşı Zeynal müəllim konkret inzibati xətanı ona sübut edəbilmədi və bildirdi ki, müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsinə keçirildiyi üçün inzibati cərimə tətbiq ediləcək. İşçilərlə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi «SİMA» proqramı ilə təsdiq edir.Bu da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47.f bəndində əks oulnmuşdur. Əməlində heç bir inzibati xətanın tərkibi yoxdur. Məhkəmədən qərarın ləğv olunması, inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. X12 Xidməti X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, şöbənin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamış, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə X12 Xidməti X1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sənədlər: MN ******* №li, 10 iyun 2025-ci il tarixli protokoldan görünür ki, İ.V.Bayramov barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. MN ******* №li, 19 iyun 2025-ci il tarixli qərardan görünür ki, İ.V.X10 Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin X6 tərəfindən 10 iyun 2025-ci il tarixli X18 Kompleksi MMC-in direktoru İ.Bayramova ünvanlanmış məktubdan görünür ki, inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması 19 iyun 2025-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi «X17 Kompleksi» MMC-in 23 iyun 2025-ci il tarixli X12 Xidməti X1 rəisinə ünvanlanmış məktubdan görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi dəyişdirilib və vətəndaşın iarədəsinin ifaləsi oaraq «Sima» proqramı vasitəsilə təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 47 f -ci maddəsinin tələbələrinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə 01 aprel 2025-ci il tarixə kimi bağlanmışdır. İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə «prosessual qənaət» və «işlərə ağlabatan müddətdə baxılması» prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 elementobyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində təsbit olunduğu kimi, 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda və 53.2 Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata,həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsiri iliyi sübuta yetirilmədikdə,o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati iş üzrə icraat rədd edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinin Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından görünür ki, Məhkəmələr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. Məhkəmələr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. Əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür. Müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən 1. Əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. 2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən 1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən 1. Əmək müqaviləsi bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin Məcəllənin 47-ci maddəsinə f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. İşin faktik hallarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən Azərbaycan Respublikasının İnziabti Xətalar Məcəlləsinin tələbləri pozulmuş, X12 Xidməti X4 tərəfindən inzibati xəta haqqında X3 İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ətraflı araşdırılmamış, məhkəməyə bununla bağlı sübutlar təqdim olunmamışdır. Bu isə öz növbəsində İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə nəticələnmişdir. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.3-cü bəndi tam oaraq araşdırılmamış, tərəflərin həqiqi iradə ifadələrini əkə etdirən heç bir izahat alınmamışdır. Müddətli əmək müqaviləsi tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən edilməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Buradan görünür ki, X8 barəsində tam araşdırma aparılmadan, X12 Xidməti X4 tərəfindən MN ******* №li, 19 iyun 2025-ci il tarixli qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında sübuta yetirilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olub-olmaması ətraflı araşdırılmalıı, onun inzibati məsuliyyətə cəlb olunması məsələsinə düzgün olaraq araşdırma aparılmadan qiymət verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması», «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X8 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X3 barəsində olan X12 Xidməti X4 tərəfindən MN ******* №li, 19 iyun 2025-ci il tarixli qərarı ləğv edilməli və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikasının X12 Xidməti X2 qaytarılmalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-131 və 135-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X8 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X3 barəsində olan X12 Xidməti X4 tərəfindən MN ******* №li, 19 iyun 2025-ci il tarixli qərarı ləğv edilsin və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikasının X12 Xidməti X2 qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar