Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-245/2023 20.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib edən şəxs Qax RPŞ-nin DYPB-nin YPXinspektoru, polis baş serjantı X1 iştirakları ilə. Şəxs FİNxxxxxxx, xx.xx.1987-ci ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Qax rayonu, Turaclı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3 və 334.2-ci maddləri ilə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə “Moskviç İJ 412” makalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili Qax şəhəri ərazisində idarə edən zaman dönmə işığından istifadə etmədiyi üçün Qax RPŞ-nin BDYPB-nin YPX-nin inspektoru tərəfindən saxlanılmış, həmin vaxt onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan il ərzində təkrarən sərxoş vəziyyətdə avtomobili idarə etməsi aşkarlanmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 334.2ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax RPŞ-nin DYPB-nin YPX-inspektoru, polis serjantı X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə “Moskviç İJ 412” makalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman işıq cihazlarından düzgün istifadə etmədiyi üçün tərəfindən ona saxla əmri vermiş və bu zaman onun hərəkətlərində sərxoşluq vəziyyətinin əlamətləri olduğu üçün alkotester vasitəsi ilə sərxoşluq vəziyyəti yoxlanmışdır. Nəticədə Şəxs sərxoş vəziyyətdə avtomobili idarə etməsi aşkar edilmiş, barəsində protokol tərtib edilmişdir. Şəxs barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə spirtli içki qəbul etdikdən sonra idarə etdiyi “Moskviç İJ 412” makalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri ərazisində hərəkətdə olarkən YPX-nin inspektoru tərəfindən saxlanılmış və bu zaman alkotester vasitəsi ilə sərxoşluq vəziyyəti yoxlanmışdır. Onun sərxoş vəziyyətdə avtomobili idarə etməsi aşkar edildiyi üçün barəsində protokol tərtib edilmişdir. Hərəkətindən səmimi peşman olmasını, bir də belə hərəkətlərə yol verməyəcəyini göstərərək məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1, 329.3 və 334.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün səmimi etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş alkotester qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs sərxoş vəziyyətdə olmuşdur(1.531 promil). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh təyin edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirici hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsinin sanksiyası daxilində təqsirli bilinib ona inzibati həbs tənbeh növünün tədbiq edilməsi qanunauyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43,84,106,114,115,117-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zalından həbs edilsin. Həbs etmənin əvvəli Şəxs məhkəmə zalından həbsə alındığı 20 iyul 2023-cü il tarixdən saat 14:00-dan hesablansın. Qərarın surəti inzibati xəta törətmiş şəxs Şəxs və Qax rayon Polis Şöbəsinə təqdim edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-245/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-245/2023
20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver