Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 3(024)-253/2023 24.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Qarayev Malik İbrəhim oğlu, Şəxs barəsində Qax rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə daxil olan inzibati xəta haqqında işlərin materiallarını Qax Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Şəxs haqqında Qax rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş 24 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı qeydiyyata alınmış 3(024)-252/2023 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda Şəxs haqqında Qax rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 24 iyul 2023-cü il tarixli MN 1894577/684 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, həmin inzibati material məhkəmədə 3 (024)-253/2023 nömrəli inzibati material da məhkəmənin icraatındadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İş materiallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan 3 (024) - 252/2023 nömrəli inzibati material və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan 3(024)-253/2023 nömrəli inzibati material Şəxs müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərdir. Ona görə də həmin işlər bir icraatda birləşdirilməklə onlara eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan 3 (024)-252/2023 nömrəli inzibati material onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan 3 (024)-253/2023 nömrəli inzibati material ilə bir icraatda birləşdirilməklə həmin işlərə eyni vaxtda baxılsın. Hakim : Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-253/2023
Qax Rayon Məhkəməsi Qərardad — İş №3(024)-253/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver