Məhkəmə qərarları › İş №3(024)-26/2025

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-26/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-26/2025 30.01.2025 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyninin X5 Xidmətinin X2 Yanğın Nəzarət İdarəsinə qarşı MN ******* №li, 25 dekabr 2024-cü il tarixli inzibati tənbeh qərarının ləğv edilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyinin X5 Xidmətinin X2 Yanğın Nəzarət İdarəsinə qarşı MN ******* №li, 25 dekabr 2024-cü il tarixli inzibati tənbeh qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyinin X5 Xidmətinin X8 Yanğın Nəzarəti İdarəsinin onun barəsində tərtib edilmiş MN ******* №li, 25 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 ərizəni onunla əsaslandırmışdır ki, 01 dekabr 2023-cü il tarixdən Qax şəhəri 1 №li körpələr evi-uşaq bağçasında müdir vəzifəsində işləyir. Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyinin X5 Xidmətinin X2 Yanğın Nəzarəti İdarəsinin nümayəndələri tərəfindən rəhbərlik etdiyi bağçada yoxlama aparılmış və və müvafiq tələbnamədə göstərilən tələblərinin yerinə yetirilməməsi, yəni yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə əsas götürülərək 11 dekabr 2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsinə əsasən barəsində 500 manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi haqqında 25 dekabr 2024-cü il tarixli MN ******* №li qərar qəbul edilmişdir. Həmin qərarla qətiyyən razılaşmır və hesab edir ki, barəsində tərtib edilmiş inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyinin X5 Xidmətinin X2 Yanğın Nəzarəti İdarəsinin 25 dekabr 2024-cü il tarixli MN ******* №li qərarı qanunsuz və əsassızdır. Belə ki, Qax şəhər 1 №li körpələr evi-uşaq bağçasının binası 2013-cü ildə istifadəyə verilmişdir. Həmin vaxtdan hazırki dövrədək binanın daxilindəri elektrik xətlərində və dam örtüyündə yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməsinə görə heç bir tədbir görülməmişdir. Lakin X4 İdarəsinin nümayəndəsinin barəsində qəbul etdiyi qərarı ona münasibətdə olmalı deyil. Çünki həmin idarə tərəfindən keçirilən yoxlamanın nəticəsinə dair verilən yazılı göstərişləri vəzifə borcu kimi icra olunması üçün aidiyyəti quruma, yəni Qax şəhər Təhsil Sektoruna 19 dekabr 2024-cü il tarixdə rəsmi qaydada göndərmiş və bunu təsdiq edən rəsmi məktub var. Protokolda göstərilənlər, yəni bağçanın həyətində olan su hovuzunun su saxlamaması, daxili su kranlarının düzgün işləməməsi, balonların doldurulması və yanğın əleyhinə olan balonların sayının iki ədəd artırılması və sair təhlükəsizlik işlərinin yerinə yetirilməsi maddi cəhətdən və praktiki olaraq onun şəxsi imkanı və səlahiyyəti xaricindədir. Bundan əlavə X4 İdarəsinin nümayəndəsinin onun barəsində qəbul etdiyi qərarı ona münasibətdə olmalı deyil. Çünki qanunvericiliyə əsasən keçirilən yoxlamanın nəticəsinə dair qeyd olunanların yerinə yetirilməsinə görə məsuliyyət daşımalı olan şəxs o deyil. Belə ki, bağça müdiri kimi onun vəzifə səlahiyyətlərimi müəyyənləşdirən heç bir normativ hüquqi aktda o cümlədən «Təhsil Haqqında» Azərbaycan Respublikasının Qanununda bu kimi tələblər yoxdur. Belə olan halda hesab edir ki, Qax şəhər 1 №li körpələr evi-uşaq bağçasının müdiri kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin subyekti o deyil və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Protokolda və qərarda göstərilənlər maddi cəhətdən və praktiki olaraq onun şəxsi imkanı və səlahiyyəti xaricindədir, eləcə də onun vəzifə öhdəliklərinə daxil deyildir. Məhkəmə şikayətin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyinin X5 Xidmətinin X2 Yanğın Nəzarət İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Xidmətin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamış, məhkəmə iclasının təxiər salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyinin X5 Xidmətinin X2 Yanğın Nəzarət İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırılmış və iş materiallarına əlavə edilmiş sənədlər: -MN ******* №li, 11 dekabr 2024-cü il tarixli protokol, -MN ******* №li, 25 dekabr 2024-cü il tarixli qərar, -Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyinin X5 Xidmətinin X2 Yanğın Nəzarət İdarəsinin 11 dekabr 2024-cü il tarixli bildirişi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyib, şikayətin dəlillərini, iş materiallarına əlavə edilmiş sənədləri əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, A.İ.Nəcəfovanin Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyinin X5 Xidmətinin X2 Yanğın Nəzarət İdarəsinə qarşı MN ******* №li, 27 mart 2024-cü il tarixli inzibati tənbeh qərarının ləğv edilməsi barədə şikayəti qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanunun normasının mənasına görə şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 536.1-ci maddəsinə əsasən yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə görə-fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İş materialları ilə müəyyən edilmişdir ki, A.İ.Nəcəfova barəsində tərtib edilmiş MN ******* №li, 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, A.İ.Nəcəfova Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub, 500 manat cərimə edilmişdir. Halbuki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsinə əsasən yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Halbu ki, qanunvericiliyə əsasən A.İ.Nəcəfova yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılmasına görə məsuliyyət daşımalı olan şəxs deyildir. Belə ki, Qax şəhəri 1 nömrəli körpələr eviuşaq baxçasında müdirinin səlahiyyətlərini müəyyənləşdirən heç bir normativ hüquqi aktda, o cümlədən «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixil 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-ixtisas Sorğu Kitabçasında təhsil müəssisəsinin müdiri üçün məktəb binasına baxış keçirilməsi, binanın elektrik xətt avadanlıqları elektrik mütəxəssisləri tərəfinfən izolyasiya müqaviməti yoxlanılaraq nəticəsi barədə baxış aktı tərtib edilməsi, obyektə yanğın xəbər verici siqnalizasiyası qurğusunun quraşdırılması, binanın ağac taxta materialları oda davamlı məhsullarla (antipiren) hopdurulması ((NH2) HP04-diammonisfosfat; NH4HSP04-monoammoniyfosfat; H3B03-Bor turşusu və s.) 1m3 taxtaya 66kq duzların hopdurulması, vəzifələrini, yəni məsul şəxs olaraq yanğından mühafizəyə dair göstərilən tələbləri yerinə yetirməli olması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, A.İ.Nəcəfova Qax şəhəri 1 №li körpələr evi-uşaq baxçasında müdiri vəzifəsində işləsədə, hazırki iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsinin subyekti olması, onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranması üçün, bunu təsdiq edən sübutlar iş materiallarında yoxdur. Azərbaycan Respublikasının İnziabti Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1 -ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi təsdiq edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir:128.2.1. hakimin qərarından-apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından-kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Qeyd olunanları ümumiləşdirib, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlinir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 şikayəti əsaslı olduğundan təmin edilməli, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyinin X5 Xidmətinin X2 Yanğın Nəzarət İdarəsinə qarşı MN ******* №li, 25 dekabr 2024-cü il tarixli inzibati tənbeh qərarı ləğv edilməli və X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olması üçün yenidən araşdırma aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Nəcəfova Aygün lqar qızının barəsində olan Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyinin X5 Xidmətinin X2 Yanğın Nəzarət İdarəsinə qarşı MN ******* №li, 25 dekabr 2024-cü il tarixli inzibati tənbeh qərarı ləğv edilsin və inzibati xəta haqqında qərar yenidən araşdırma aparılması üçün aidiyyatı orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən «10» (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar