Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-269/2023 31.07.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakı ilə. FİN-xxxxxxx, xx.xx.1961-ci ildə Qax rayonu Qaxmuğal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında yaşayan. Şəxs barəsində Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X3 tərəfindən Şəxs barəsində, Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-68/2023 nömrəli icra vərəqəsinin icra edilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Qax Rayon Məhkəməsinin 2(024)-68/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs tələbkar X2 əmək haqqından "xxxx"ASC-nin hesabına tutulmuş 1060.94 manatın, Qax rayon İcra və Probasiya şöbəsinin hesabına ödənilən 100 manat və 1 manat komissiya haqqının, əvvəlcədən ödənilmiş 31.62 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqın, cəmi 1193.96 manat alınaraq tələbkar Vüsal Heydərova verilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Borcluya icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş və qanunvericiliyə müvafiq daşıdığı məsuliyyət izah olunmuşdur. Lakin bütün bunlara baxmayaraq borclu tərəfindən keçən müddət ərzində tələbin icrası təmin olunmamışdır. İcra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borclunun mülkiyyətində tələbin yönəldiləsi əmlakının, banklarda pul vəsaitləri və ya başqa sərvətlərin olub-olmaması, pensiya və müavinət alıb-almaması barədə müvafiq orqanlara sorğular verilmişdir. Nəticədə borclunun adına hər hansı əmlak, banklarda pul vəsaiti və ya başqa sərvətlərin olmadığı müəyyən edilmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixdə verdiyi izahatında hal hazırda icra sənədi üzrə qeyd olunan borcu tam ödəmək imkanım olmadığını, qeyd olunan borcu ayda 50 manat olmaqla hissə hissə ödəyib qəbzini şöbəyə təqdim edəcəbiləcəyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Şəxs barəsində qanuni cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, hazırda tələbkara olan borcunu ödəməyə maddi imkanı yol vermir. Belə ki, hazırda tələbkara olan borcundan 200 manat və bundan sonra hər ay 50 manat ödəmək barədə razılığa gəlmişlər. Göstərdiklərini nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə izahat verərək göstərdi ki, Qax Rayon Məhkəməsinin müvaqif icra sənədinə əsasən onun əmək haqqından "xxxx"ASCnin hesabına tutulmuş 1060.94 manat, Qax rayon İcra və Probasiya şöbəsinin hesabına ödənilən 100 manat və 1 manat komissiya haqqı, əvvəlcədən ödənilmiş 31.62 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 1193.96 manat alınaraq ona verilməli idi. Lakin bu günə qədər borclu ona olan borcundan bir manat belə ödəməmişdir. Şəxs hazırda 200 manat ödədikdən sonra hər ay ona 50 manat pul ödəmək barədə təklifini qəbul edir. Borclu Şəxs barəsində inzibati xərta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 2(024)-68/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin təsdiq olunumş surətindən görünür ki, borclu Şəxs tələbkar X2 əmək haqqından "xxxx"ASC-nin hesabına tutulmuş 1060.94 manatın, Qax rayon İcra və Probasiya şöbəsinin hesabına ödənilən 100 manat və 1 manat komissiya haqqının, əvvəlcədən ödənilmiş 31.62 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqın, cəmi 1193.96 manat alınaraq tələbkar Vüsal Heydərova verilməlidir. İş materiallarında olan icra məmurunun xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərarının təsdiq olunmuş surətindən görünür ki, Qax Rayon Məhkəməsinin 2(024)-68/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İş materiallarına və borclu Şəxs və tələbkar X2 izahatına qiymət verərək hesab məhkəmə hesab edir ki, Şəxs icra vərəqəsinin qərəzli olaraq icra edilməməsi halları aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Hazırki iş üzrə tərəflər borc məbləğinin 200 manat əvvəlcədən, qalan məbləöin isə hər ay 50 manat olmaqla hissə-hissə ödənilməsi barədə borc məbləğinin ödənməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1. inzibati xəta hadisəsi olmadıqda; 53.2. inzibati xəta tərkibi olmadıqda; 53.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Belə olan hesab edirəm ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan 10(on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-269/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-269/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver