Məhkəmə qərarları › İş №3(024)-270/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-270/2023

01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-270/2023 01.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs DİN-nin Qax RPŞ-nin DYPB-nin Yol patrul xidməti inspektoru, polis serjantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə. Şəxs, xx.xx.1980-ci ildə Qax rayonu Əmircan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qax rayonu, Əmircan kəndində qeydiyyatda olan və yaşayan, FİN-OY788SB Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 535.1 maddələri ilə Azərbaycan Respublikası DİN Qax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Şəxs haqqında Qax rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş 31 iyul 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, həmin inzibati material məhkəmədə 3(024)-271/2023 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda Şəxs haqqında Qax rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 01 avqust 2023-cü il tarixli MN 1894633-706 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, həmin inzibati material məhkəmədə 3(024)-270/2023 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda Şəxs barəsində olan hər iki inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən bir icraatda birləşdirilməklə həmin işlərə eyni vaxtda baxılması qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə spirtli içki qəbul etmiş, həmin günü saat 22 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21063” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən YPX-nin inspektoru ona saxla əmri vermiş və bu zaman onda spirtli içki qoxusu gəldiyindən alkotester vasitəsi ilə onun sərxoşluq vəziyyətini yoxlamışdır. Həmin vaxt sərxoş vəziyyətdə olduğu üçün YPX əməkdaşı ilə mübahisə etmiş, onu polis şöbəsinə dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe olmamış və ona hədə-qorxu gəlmişdir. Ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hərəkətindən peşmandır. Məhkəmədən bir də belə hərəkətlərə yol verməyəcəyini göstərərək ona köməklik edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs DİN-nin Qax RPŞ-nin DYPB-nin Yol patrul xidməti inspektoru, polis serjantı X4 məhkəmə iclasına izahat verərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində “VAZ 21063” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işıq cihazlarından düzgün istifadə etmədiyi üçün tərəfindən saxlanılmışdır. Həmin vaxtı Şəxs spirt qoxusu gəldiyi üçün alkotester vasitəsi ilə sərxoşluğu yoxlanılmış və onun sərxoş olduğu müəyyən edilmişdir. Asif Yunusov onu təhdid edərək buranı bomba ilə partladacağını bildirmişdir. Asif Yunusovu nizam-intizama dəvət etsə də, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Asif Yunusova qanuni cəza verilməsini xahiş etdi. İnzibati protokolu tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:12 radələrində Qax şəhəri, H.Əliyev prospektində sərxoş vəziyyətdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün onun barəsində tərəfindən İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Asif Yunusova qanuni cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi özünün səmimi etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş alkotesterin qəbzindən görünür ki, Şəxs alkoqolun miqdarı 0.943 % olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh təyin edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə olan halda hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası daxilində təqsirli bilinib ona inzibati həbs tənbeh növünün tədbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən “Barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olubolmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər”. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən “İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır”. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:20-də inzibati qaydada tutulmuşdur. Şəxs inzibati qaydada tutulmasının əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni 01 avqust 2023-cü il tarixdə saat 00:20-dən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 40.0.1, 43, 84, 106, 114, 115, 117-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ona on gün müddətə inzibati həbs tənbeh növü tədbiq edilsin. Həbs etmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu 01 avqust 2023-cü il tarixdə saat 00:20-dən hesablansın. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Qax rayon Polis Şöbəsinə təqdim edilsin. Qərarın icrası Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar