Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 3(024)-278/2024 16.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax Rayon Məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu, Azərbaycan Respubikası FHN-nin DYNX-nin Şimal-Qərb Regional DYNİ-nin xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət üzrə işə baxan zaman materialı nəzərdən keçirərək, müəyyənetdi : X2 şikayət ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respubikası FHN-nin DYNX-nin Şimal-Qərb Regional DYNİ-nin barəsində qəbul etdiyi 19 mart 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X1 Azərbaycan Respubikası FHN-nin DYNX-nin Şimal-Qərb Regional DYNİ tərəfindən qəbul edilmiş inzibati cərimə tətbiq edilməsi barədə 19 mart 2024-cü il tarixli MN № ******* nömrəli qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İnzibati Xətalar Məcəlləsinin 57.5-ci maddəsində təsbit edilmişdir ki, inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Azərbaycan Respubikası FHN-nin DYNX-nin Şimal-Qərb Regional DYNİ-nin Aygün Nəcəfova barəsində qəbul etdiyi MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar 19 mart 2024-cü il tarixdə qəbul olunmuş, şikayətçi X2 həmin qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 10 gün şikayət müddətini ötürərək təxminən 8 ay müddət ötdükdən sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə şikayət vermiş, şikayət məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş, X2 qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş şikayət müddətini ötürməsinin üzürlü hesab edilməsi barədə vəsatətini şikayət ərizəsinə əlavə etməmiş, şikayətində də hansı səbəbə görə ötürməsi məsələsinə dəqiq münasibət bildirməmiş, müddətin ötürülməsinin üzürlü səbəbdən baş verməsi barədə də məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə də məhkəmə hesab edir ki, qərarın qəbul edildiyi vaxtdan uzun müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Belə olan halda inzibati tənbeh vermə haqqında qərardan şikayət müddət ötürüldükdən sonra verilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respubikası FHN-nin DYNX-nin Şimal-Qərb Regional DYNİ-nin barəsində tərtib etdiyi 19 mart 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 130cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : X1 Azərbaycan Respubikası FHN-nin DYNX-nin Şimal-Qərb Regional DYNİ tərəfindən qəbul edilmiş 19 mart 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-278/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №3(024)-278/2024
16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver