Məhkəmə qərarları › İş №3(024)-286/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-286/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-286/2024 18.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi, Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, FİN-xxxxxxx, xx.xx.1982-ci il tarixdə Şəki rayonu Göybulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, il ərzində eyni inzibati xətanı törətdiyinə görə inzibati məsuliyyətə cəlb edilməmiş, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, əlilliyi olmayan, Şəki rayonu, Göybulaq kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qax rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Qax şəhərinin giriş hissəsində küçədə ünvansız nalayiq söyüşlər işlətmiş, ictimai qaydanı pozaraq, xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Qax rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X3 protokola uyğun izahat verərək, göstərdi ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarına məlumat verilmişdir ki, Qax rayonunun girişində yol ayrıcında asfalt örtüyünün üzərində bir nəfər şəxs üzü aşağı halda uzanmışdır. Həmin şəxs toydan çıxmışdır və ola bilsin ki, alt yolla gəlmişdir. Bundan sonra polis əməkdaşları həmin əraziyə gedərək şəxsi “Mercedes Vita” markalı avtomobillə yola salmağa çalışmışlar. Həmin vaxt şəxsin əli qan içində olmuşdur. Onlar bu barədə müvafiq protokol tərtib etmişlər ki, həmin şəxs sonra polis əməkdaşları tərəfindən döyülməsi barədə şikayət etməsin. Polis əməkdaşları tam sərxoş vəziyyətdə olan şəxsi maşınların vurmasından ehtiyyat edərək onu Şəki rayonu istiqamətində hərəkət edən “Mercedes Vita” markalı avtomobilə əyləşdirmək istəmişlər. Bu zaman da Bəhruz polis əməkdaşlarının ünvanına söyüş söyməyə və onlara müqavimət göstərməyə başlamışdır. Ona görə də, onu yola sala bilməmiş və məcbur olub Qax rayon Polis Şöbəsinə gətirmişlər. Bəlkə də Şəxs başqa şəxs vurmuşdur. Həmin şəxs sərxoş vəziyyətdə olmuş, ondan dəfələrlə harada yaşadığını soruşduqda cavab verə bilməmiş, üstüaçıq kənddə yaşadığını bildirmişdir. Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Qax rayonu Qum kəndində Məmmədəli dayının oğlunun toy məclisində iştirak etmiş, orada spirtli içki qəbul etmiş və sərxoş olduğu üçün yıxılmışdır. Onu heç kəs vurmamış və döyməmişdir. Yıxıldığı üçün gözünün altından xəsarət almışdır. Bədənində heç bir xəsarət yoxdur. Sərxoş olduğu üçün hərəkətlərini xatırlamır. Sadəcə olaraq toydan çıxdıqdan sonra yolun kənarı ilə getdiyini xatırlayır. Bundan sonra isə nə baş verdiyi yadında deyildir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılq edilməmişdir. Əməlindən çox peşmandır. İctimai asayişi pozduğuna görə üzr istəyir. Söz verir ki, bir daha bu cür hərəkətə yol verməyəcəkdir. İnzibati tənbeh tətbiq edərkən himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Qax RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixində saat 18:30 radələrində H.Əliyev prospektində xidməti ərazidə olarkən bir vətandaş onların yanında avtomobilini saxlayaraq Qax şəhərinin girişində bir nəfər şəxsin yolun ortasında yıxılıb qaldığını demiş və onlar xidməti avtomobillə qeyd edilən ünvana çatdıqda həmin şəxsin yolun asfalt örtüyünün üzərində sərxoş vəziyyətdə uzandığının şahidi olmuşlar. Həmin şəxsə yaxınlaşıb özünü təqdim edib, adını, hardan olduğunu və gedəcək ünvanını soruşmuşlar. Lakin həmin şəxs onların ünvanına söyüş söyərək onları kənarlaşdırmağa çalışmışdır. Onlar həmin şəxsi hadisə yerindən götürərək Qax RPŞ-nə gətirmiş və növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Qax RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Qax şəhərinin giriş hissəsində küçədə ünvansız nalayiq ifadələr işlətmiş və səs-küy salmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 24:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli alkotestr müayinəsinin nəticəsini əks etdirən kağız daşıyıcıdan görünür ki, Şəxs həmin vaxtı sərxoş vəziyyətdə olmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman sağ və sol göz nahiyyəsinin yanlarında göy ləkələr aşkar edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şəxs yıxıldığı üçün xəsarət aldığını, döyülmədiyini təsdiq etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, habelə zərərçəkmiş şəxsləri dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə göstərir ki, Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi iş materialları ilə, onun özünün etirafı və şahid ifadələri ilə təsdiqini tapır. Şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Qax şəhərinin giriş hissəsində küçədə ünvansız nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozaraq, xırda xuliqanlıq etmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, il ərzində ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, il ərzində ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 40, 43, 114, 115 və 128- 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qax rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar