Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-288/2023 18.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərar tərtib etmiş şəxs V tağım yol patrul xidməti inspektoru polis serjantı X2, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 V tağım yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən barəsində tərtib edilmiş İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İnzibati tənbeh vermə haqqında Qərardan şikayət vermiş şəxs X3 V tağım yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən barəsində tərtib edilmiş İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:54 radələrində idarə etdiyi “Hyndai Sonata” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu ərazisində hərəkətdə olduğu zaman 5-ci tağım YPX-nın inspektoru Polis baş serjantı X4 ona heç bir qayda pozmadığı halda İXM-nin 327.4-ci maddəsinə əsasən protokol tərtib etmişdir. Hesab edir ki, həmin protokol onun barəsində heç bir əsas olmadan tərtib edilmişdir. Dəfələrlə onun qanunu pozduğuna dair sübutlar təqdim edilməsini xahiş etsə də heç bir sübut təqdim edilməyib. Onun inzibati pozuntunu etdiyini tam sübut etmədən, inspektor ona inzibati protokol tərtib etmişdir. Bu inzibati pozuntunu törətmədiyini nəzərə alaraq, onun haqqında tərtib olunmuş inzibati protokola yenidən obyektiv şəraitdə araşdırılmasını və həmin ərazidə yerləşən kameraların görüntülərinə onun iştirakı ilə baxılmasına şərait yaradılmasını istəyir. Əgər onun tərəfindən qayda pozuntusu müəyyən olunarsa, o inzibati məsuliyyət daşımağa hazırdır. Yuxarıda göstərdiklərini nəzərə alaraq məhkəmədən V tağım yol patrul xidməti inspektoru polis serjantı X2 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərar tərtib etmiş şəxs V tağım yol patrul xidməti inspektoru polis serjantı X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, X3 xx.xx.2023-ci saat 15:54 radələrində idarə etdiyi “Hyndai Sonata” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Avtomobilin sürücüsü X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə X1 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 (bir yüz əlli) manat miqdarında inzibati cərimə edilməsi barədə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Sahibə Cumayeva qeyd olunan inzibati xətanı törətmişdir. İnzibati xətanın törədilməsi əks etdirən elektron daşıyıcı “CD” disk məhkəməyə təqdim edilmişdir. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X3 idarə etdiyi “Hyndai Sonata” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman İXM-nin 327.4-cü maddəsində qeyd olunan inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* saylı İnzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXMnin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 (bir yüz əlli) manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarında olan inzibati xəta hadisəsinin törədilməsini əks etdirən elektron daşıyıcı “CD” diskə baxış keçirilən zaman müəyyən edildi ki, X3 törətdiyi inzibati xətanı etiraf edərək YPX əməkdaşından ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş şəxsin izahatını dinləyib və işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, X1 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işin faktiki halları, işdə olan inzibati xəta hadisəsinin törədilməsini əks etdirən elektron daşıyıcı “CD” disk və digər sübutlarla təsdiq edilmişdir. Ona görə də, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X1 şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134.1.1, 136, 137-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı: Şikayət təmin edilməsin. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş şəxs V tağım yol patrul xidməti inspektoru polis serjantı X2 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-288/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-288/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver