Məhkəmə qərarları › İş №3(024)-288/2025

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-288/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-288/2025 09.09.2025 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Barəsində inzibati xəta törətmiş şəxs Şəxs2, Protokol tərtib edən orqan Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların istifadəsinə və X3 Xidməti 12 saylı X2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs2 İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların istifadəsinə və X3 Xidməti 12 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax şəhəri, V.Eyvazov küçəsi ev 2-də 22 avqust 2025-ci il tarixdə Şəxs2 etibarnamə ilə idarə etdiyi «Qafqaz» restoranında tullantı suları ötürən boru xəttinin texniki nasazlığı nəticəsində tullantı suların suvarma kanalına təyinatsız axıdılmışdır. Məhkəmə iclasında protokol tərtib edən orqan Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların istifadəsinə və X3 Xidməti 12 saylı X2 nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, nəzarət tədbirləri zamanı ünvan 1 ünvanda yerləşən «Qafqaz» restoranda, obyektin fəaliyyəti zamanı formalaşan tullantı suların şamboya ötürülməsi zamanı boru xəttinin texniki nasazlığı nəticəsində borudan suyun sızaraq sözü gedən kanalın suvarma məqsədilə istifadə olunan suya qarışması, yəni tullantı suyun kənara təyinatsız təyinatsiz axıdılması faktı tərəfimizdən aşkar olunmuşdur. Bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs2 izahatında göstərmişdir ki, o, Qafqaz şadlıq sarayının sahibidir. Sözü gedən tullatı suları müəssisə daxilində su təmizləmə qurğusu olmadığı üçün müəssisə tərəfindən hazırlanmış olan samboya toplanır və ildə iki dəfə xüsusi texnika vasitəsilə daşınır. 22 avqust 2025-ci il tarixində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların istifadəsinə və X3 Xidməti 12 saylı X2 nümayəndələri tərəfindən texniki və tullantı suların borudan sızaraq sözü gedən kanala su arxına axıdılması ilə bağlı protokol tərtib edilmişdir. Bu hərəkətinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.Törətdikləri əməldən peşmandır. İş materiallarına əlavə edilmiş sənədlər: İnzibati xəta haqqında materiallara əlavə edilmiş 22 avqust 2025-ci il tarixdə, MN ******* №li protokoldan görünür ki, Şəxs2 barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında müəyyən edilmiş sübutlar, tərəflərin izahatları, iş üzrə müəyyən edilmiş hallarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs2 İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi iş materialları ilə tam təsdiq edilir. İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə-fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə hesab edir ki, Rəcəbov X6 Xətalar Məcəlləsinin 262.2.3-ci maddəsində göstərilən əməlin törədilməsində təqsirlidir və həmin maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs2 törətdiyi əməldən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs2 əmlak vəziyyətini, törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlik dərəcəsini nəzərə alaraq, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 800 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar