Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-290/2024 27.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə Qax Rayon Məhkəməsinin 3(024)290/2024 №li, 02 dekabr 2024-cü il tarixli qərarına xitam verilməsi barədə Şəxs ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati xəta haqqında qərar qanuni qüvvəyə mindiyi gündən «03» ay müddətində icra etmədiyinə görə Qax Rayon Məhkəməsinin 3(024)290/2024 №li, 02 dekabr 2024-cü il tarixli qərarına əsasən həmin Məcəllənin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun nəqliyyat vasitələrini idarə etmək hüququ «06» (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs vəsatətlə məhkəməyə müraciət edərək inzibati cəriməni tam olaraq ödədiyini bildirmiş və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Qax Rayon Məhkəməsinin 3(024)290/2024 №li, 02 dekabr 2024-cü il tarixli qərarınının icraatına xitam verilməsini xahiş etmişdir. Asan Paydan çıxarılmış çıxarışdan görünür ki, EQ 22786301 №li, 05 avqust 2024-cü il tarixli qərar üzrə cərimə məbləği ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 85-1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs cəriməni və dəbbə pulunu ödədiyinə görə onun ərizəsi təmin olunmalı, onun nəqliyyat vasitələrini idarə etmək hüququ «06» (altı) ay müddətinə məhdudlaşdırılması barədə Qax Rayon Məhkəməsinin 3(024)290/2024 №li, 02 dekabr 2024-cü il tarixli qərarınının icrasına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs ərizəsi təmin edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması barədə Qax Rayon Məhkəməsinin 3(024)-290/2024 №li, 02 dekabr 2024-cü il tarixli qərarının icrasına xitam verilsin. Qərardadın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə həvalə edilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №3(024)-290/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-290/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver