Məhkəmə qərarları › İş №3(024)-296/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-296/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-296/2023 23.08.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 iştirakları ilə. xx.xx.1962-ci ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qax şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 7-də qeydiyyatda olan, FİN-xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Qax rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN 1894675/829 saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə Qax şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Kürmük” oteldə aralarında yaranmış mübahisə zamanı X1 qulaq nahiyyəsindən vuraraq ona qəsdən fiziki ağrı yetirmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Qax Rayon Polis Şöbəsi tərəfindən Qax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X8 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qax şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Kürmük” oteldə aralarında yaranmış mübahisə zamanı X1 qulaq nahiyyəsindən vuraraq ona sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. Araşdırma nəticəsində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan toplanmış material üzrə qəbul edilmiş qərarın surəti baxılması üçün Qax RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Şəxs haqqında xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN 1894675/829 saylı protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Qax şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Kürmük” oteldə X6 orada söyüş söydüyü üçün onunla mübahisə etmiş, mübahisə zamanı o onu vurmamış, sözlə mübahisə etmişlər. Daha sonra ora polis əməkdaşları gəlmişdir. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Qax şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Kürmük” oteldə aralarında yaranmış mübahisə zamanı X6 onu sağ qulaq nahiyyəsindən vurmuşdur. Şəxs ilə barışmır. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid kimi fadə verən X7 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Qax şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Kürmük” oteldə X6 ilə Şəxs mübahisə etmişlər. O, səsi eşidib getdikdə artıq onların ayrıldığını görmüşdür. İnzibati xəta haqqında materiala əlavə edilmiş məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya elmi təcrübi və tədris birliyinin verdiyi 102 saylı rəydən görünür ki, X3 olan xəsarətlər xx.xx.2023-cü il tarixə uyğundur, sol qulaq seyvanındakı qançır yumruqla vurulmaqla əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs özünü xəta törətməkdə təqsirli bilməsə də, onun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin izahatı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İşdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bütün bunları nəzərə alaraq məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi sanksiyası daxilində inzibati qaydada cərimə edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 84, 106, 114, 115, 117-ci maddələrini rəhbər tutub, məhkəmə, qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar