Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-296/2024 18.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Zəhra Rövşən qızının katibliyi ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası X2 X8 İdarəsinin hüquq, kadr və kargüzarlığın təşkili şöbəsinin müdiri - etibarnamə ilə nümayəndəsi Nümayəndə iştirakı ilə, Reklam yayıcısı (VÖEN: **********) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının X6 X8 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qax Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının X6 X8 İdarəsi tərəfindən reklam yayıcısı Şəxs barəsində inzibati xəta haqqında 16 noyabr 2024-cü il tarixli MN № ******* nömrəli protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2024-cü il tarixdə, saat 16:19-da Qax şəhəri, M.Məmmədov küçəsində yerləşən “One more Qax rəsmi ofis” adlı obyektdə açıq məkanda icazə sənədi olmadan 0.87 kv metr ayrıca dayaqlı, 1.8 kv metr fasad reklamı qurğusu yerləşdməklə və yayımlamaqla Şəki RRİ tərəfindən verilmiş yazılı göstərişin tələblərini vaxtında və tam yerinə yetirməmişdir. Buna görə də, reklam yayıcısı Şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, hicama, masaj xidməti ilə məşğul olur. “One More” şirkətinin distribitorudur. Azərbaycan Respublikası X2 Şəki Regional Reklan İdarəsi ondan müqavilə tələb etmişdir. Müqavilənin isə yalnız patent sənədi olacağı təqdirdə imzalanacağını demişdir. Patent sənədi əldə etmək üçün də müvafiq orqanlara müraciət etmişdir. “One More” şirkəti barədə X2 məlumatı yoxdur. Həmin şirkətə aid patent sənədi onda ola bilməz. Necə ki, o getsin başqa adamın evinin sənədini təqdim etsin. Bunu doğru hesab etmir. Məhkəmədə olmasının səbəbini də hələ bilmir. Özünə aid olan bir sistem olarsa gedib onun patent sənədini ala bilər. Ancaq qeyd etdiyi şirkət dünyada tanınan şirkətdir. O, patent sənədi necə əldə edə bilər. Belə ki, sosial şəbəkə vasitəsi ilə qeydiyyatdan keçir və həmin vaxt müqavilə avtomatik olaraq onunla bağlanılır. Patent almaq üçün müvafiq qurumun rəsmi web saytına daxil olaraq müraciət etmiş, patent sənədin ona birinci növbədə 3 ay ərzində verilə biləcəyini, əgər şirkətin lisenziyası varsa bunu heç vaxt ala bilməyəcəyi məlum olmuşdur. X3 də müqavilə bağlamağı təklif etmiş, lakin ondan xarici dil və patent sənəd tələb etmişlər. Patent sənədi olmadığı halda müqavilə bağlana bilməz. Həmin sənədi ondan yalnız İqtisadiyyat Nazirliyi yanında Dövlət Atiinhisar İdarəsi tələb edə bilər. Reklamın sökülməsini də həmin idarə ondan tələb edə bilər, hansı ki, X6 reklamın sökülməsi üçün ona protokol yazmışdır. Ancaq şikayət olarsa Antiinhisar İdarəsinin buna səlahiyyəti var. O, açıq məkanda reklam yerləşdirmişdir. Reklam yerləşdirməzdən əvvəl agentliyə müraciət etməmişdir. Reklamı agentliyi tərəfindən ona müqavilə bağlanması tələb olunmuş, lakin reklam əcnəbi dildə olduğu üçün və patent sənəd tələb olunduğu üçün müqavilə bağlanması mümkün olmamışdır. Reklamı sonradan yığışdırması tələb olunmuşdur. Patent sənədin verilmə müddəti üç aydır və aidiyyatı qurum da həmin sənədi ona vermir. O, X2 xəbərdarlıq məktubunu almışdır. Hazırda reklamı da götürmüş, reklam da yoxdur. Agentliyin əməkdaşları ona vaxtın bitdiyini, protokol tərtib olunmalı olduğunu, lakin reklamı yığışdırmadığını bildirmişlər. O da müqavilənin bağlanması üçün araşdırma aparmış, aidiyyatı orqanlara müraciət etmişdir. Protokol tərtib olunmuş, lakin o nə etməli olduğunu bilməmişdir. Sonra isə agentlik əməkdaşları ona reklamı yığışdırmalı olduğunu demişdir. Ondan reklamı götürməsini yalnız Antiinhisar İdarəsi tələb edə bilər. Şirkət tərəfindən heç bir şikayət yoxdursa, o şirkətin reklamını necə yığışdıra bilər. Reklamı həmin saatda deyil, həmin gün yığışdırmışdır. Çünki onu təkbaşına götürə bilməmiş, həyat yoldaşının köməyi ilə götürmüşlər. 6 aydır “One More” şirkəti ilə əməkdaşlıq edir. Onlayn şəkildə fəaliyyətə başlamışdır. Həmin obyektdə isə fəaliyyətə oktyabr ayının ortaları, təxminən 16-sı başlamışdır. Həmin afişaları quraşdırarkən Reklam Agentliyi ilə heç bir müqavilə bağlamamışdır. Ancaq agentliyin əməkdaşları gəlib müraciət edəndə hansı sənədlər lazım olduğunu soruşmuş, patent sənədi tələb etmişlər. Özünü İXM-nin 428.7.3-cü maddəsi ilə təqsirli bilmir. Protokol tərtib olunana qədər reklamı yığışdırmamışdır. Çünki təkbaşına bunu edə bilməmiş, həyat yoldaşı gəldikdən sonra reklamları götürmüşdür. X2 reklamın sökülməsi barədə göstəriş verməyə səlahiyyəti yoxdur. Bunu ancaq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İdarəsi tələb edə bilər. Ona istinad olunan İXM-nin 428.7.3-ci maddəsinin sanksiyasında göstərilən inzibati cəriməni ödəməyə maddi imkanı yol vermir. Üç övladı vardır, onları oxutmuş və heç bir yerdən gəliri yoxdur. Qeyd etdiklərini nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası X6 X8 İdarəsinin etibarnamə ilə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs X6 ilə müqavilə bağlamaq üçün hansı şirkətlə hüquq münasibətlərində olması barədə sənəd təqdim etməlidir. Yəni onun ixtiyarı, hüququ varmı həmin şirkətin reklamını açıq məkanda yayınlasın. X3 bu sənəd təqdim edilməli idi. İknicisi Şəxs əcnəbi dildə reklam yayımladığı üçün əqli mülkiyyət agentliyinə müraciət edib patentini almalı və yaxud orada yazının qarşısında Azərbaycan dilində qarşılığını yazmalıdır. İcrası məcburi olan yazılı göstərişin tələbinə əsasən icazənin alınması üçün reklam yayımı dayandırılmalıdır. İcazənin alınması üçün də 5 gün müddət qoyulur, yəni xəta 5 gün ərzində aradan qaldırılmalıdır. Şəxs götürdüyü tarixdən sorna da poçt xəbərnaməsinin gəlişi ilə də kifayət qədər vaxt keçmiş, bundan sonra 16 noyabr tarixində bir daha Şəxs ilə aralarında telefon danışığı olmuş, yenə də izah etmiş, görmüşdür ki, bunu bügündən sonra sənədləşməsinə çatmır, həmçinin 5 günlük müddət bitmişdir. Protokol tərtib olunacaq. Dönə-dönə tapşırmışdır ki, həmin maddənin sanksiyasında 1500 manatdan 2500 manatadək inzibati cərimə nəzərdə tutulub və buna məhkəmə qiymət verəcəkdir. Obyektdə 1.5 kv reklam var, onu söküb götürsün. Fotoşəkillərdən də görünür ki, reklam əl çatmayası yerdə deyil və xanım da fotoda görünür. İnzibati xətanın nəticələri aradan qaldırılması üçün və icazəsiz reklam yayımına görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 14 oktyabr 2024-cü ildə Akt tərtib edilərkən də Şəxs orada olmuş və Akt ona yerindəcə təqdim olunmuşdur. Yəni onun xətanı aradan qaldırmaq üçün bir ay müddəti olmuşdur. Bu zaman ərzində xəta ardan qaldırılmayıbsa, görünür ki, vətəndaşın bunu etmək niyyəti yoxdur. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 000734 saylı Aktdan görünür ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələbləri pozulmaqla açıq məkanda 10.87m * 1.8m * 1 ədəd = 1.57m2 fasad reklam qurğusunun icazə sənədi olmadan yerləşdirilməsi və yayınlanmaqda davam etməsi aşkar edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan və “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs (VÖEN: **********) sahibkar kimi fəaliyyət göstərir. Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli əmtəə nişanları reklamının icazəsinə dair marketinq müqaviləsindən görünür ki, Şəxs ilə X9 Sanayi ve Dış Ticaret Anonim Azərbaycan Filialı arasında qeyd edilən tarixdə müqavilə tərtib edilmiş, lakin fərdi sahibkar Şəxs tərəfindən müqavilə imzalanmamış və möhürlə təsdiq edilməmişdir. xx.xx.2024-cü il tarixli TF-09/2024 saylı Telefonoqramdan görünür ki, protokolun tərtib ediləcəyi yer və vaxt barədə sahibkar Şəxs istifadəsində olan ********** mobil nömrə ilə əlaqə saxlanılmış və reklam yayıcısı ilə 5 dəqiqə 37 saniyə danışılmışdır. xx.xx.2024-cü il tarixli açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə yazılı göstərişdən görünür ki, Şəxs açıq məkanda yayımlanan reklamın dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində Azərbaycan Respublikasının X3 (X8 İdarəsinə) müraciət etməsi tələb olunmşdur. Foto şəkillərdən görünür ki, fərdi sahibkar Şəxs tərəfindən açıq məkanda binanın pəncərəsinə reklam qurğuları yerləşdirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, vəzifəli şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. İşdə bununla bağlı kifayət qədər mötəbər sübutlar var və bu sübutların mötəbərliyi şübhə doğurmur. Ona görə də, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinə əsasən Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə; 428.7.2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə; 428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 1.3-cü bəndinə görə reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Azırbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X1 il ərzində eyni inzibati xətanı ilk dəfə törətməsini İXM-nin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, il ərzində ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, qadın olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş vəzifəli şəxs Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Vəzifəli şəxs Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Qax rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-296/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-296/2024
18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver