Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-298/2024 13.12.2024 QAX RAYON MƏHKƏMƏSİ «13» dekabr 2024-cü il Qax şəhərində Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, "xxxx" MMC-in nümayəndəsi Nümayəndə2, Qax rayon prokurorluğunun nümayəndəsi X1 iştirakı ilə "xxxx" MMC-in barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında icraata açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Qax rayon prokurorluğu "xxxx" MMC-in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Qax rayon məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar onunla əsaslandırılmışdır ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi- direktoru Nümayəndə1 tərəfindən nəzarətin həyata keçirilmərməsi nəticəsində hüquqi şəxsin işçisi olan həkim radioloq İ.N.İsmayılov «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 4cü maddəsinin tələblərini pozaraq sözü gedən MMC-in xeyrinə və ya onun maraqlarının qorunması üçün Şəxs MMC-in Qax şəhəri, H.Əliyev prospekt 29 ünvanda yerləşən Şəxs Müalicə Mərkəzi adlı özəi tibb müəssisəsində həmin ünvan üçün verilmiş lisenziyada rengten fəaliyyəti iiə məşğul olmaq nəzərdə tutulmadığı halda 15 oktyabr 2024-cü il tarixdə X2m və 17 oktyabr 2024-cü il tarixdə X3 rentgen müayinəsindən keçirib inzibati xəta törətdiyinə görə Şəxs MMC-i Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi iiə inzibati məsuliyyətə cəlb olunmalıdır. İnzibati xətanın tərkibi R.Nümayəndə3, R.M.Fətəiiyev, İ.N.İsmayılov, Z.İ.Əkbərova, N.Ş.Məmmədovanın izahatları, əlavə etdiyi sənədlər və lisenziyaya əlavənin surəti ilə tam təsdiq olunur. Nümayəndə1 izahatında göstərmişdir ki, Şəxs MMC-in təsisçisi və direktorudur. MMC-in Qax şəhəri, H.Əliyev prospekti 29 ünvanda yerləşən Şəxs Müalicə Mərkəzi adlı özəl tibb müəssisəsinin tibbi fəaliyyətlə məşğul olmasından ötrü lisenziya almış, lisenziya şərtlərində klinikanın rentgen fəaliyyəti ilə məşğul olması nəzərdə tutulmamışdır. Z.İ.Əkbərova və N.Ş.Məmmədova Şəxs MMC-də həkim radioloq işləyən İ.N.İsmayılov ondan xəbərsiz olaraq rentgen müayinəsindən keçirmişdir. Belə ki, 15 oktyabr 2024-cü il tarixdən 17 oktyabr 2024-cü ilə tarixə kimi Bakı şəhərində toy şənliyində oimuş, ona görə də həmin tarixlərdə İ.N.İsmayılovun fəaliyyətinə nəzarət etmək imkanı olmamışdır. İ.N.İsmayılov izahatında göstərmişdir ki, Qax şəhəri, H.Əliyev prospektində yerləşən Şəxs MMC-i ilə həkim radioloq olaraq əmək müqaviləsi bağlamışdır. Qax şəhərində yerləşən Şəxs Müalicə Mərkəzinə rentgen fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi icazə verilməmişdir. MMC-in direktoru Nümayəndə1 rentgen fəaliyyəti ilə məşğul olmaqdan ötrü xüsusi icazə verildikdən sonra rentgen aparatından istifadə etməyi tapşırmışdır. 15 oktyabr 2024-cü il tarixdə günorta saatlarında Şəxs Müalicə Mərkəzin»də Z.İ.Əkbərovanın sol qolunu, 17 oktyabr 2024-cü il tarixdə, saat 12:00 radələrində N.Ş.Məmmədovanın sağ dizini rentgen müayinəsindən keçirmişdir. Şəxs Müalicə Mərkəzində başqa heç kimi rentgen müayinəsindən keçirməmişdir. 15 oktyabr 2024-cü il tarixdə, eləcə də 17 oktyabr 2024-cü il tarixdə ŞəxsMMC-nin direktoru R.Nümayəndə3 Şəxs Müalicə Mərkəzində olmamışdır. Z.İ.Əkbərova izahatında göstərmişdir ki, 15 oktyabr 2024-cü il tarixdə, saat 14:00 radələrində həkim İ.N.İsmayılov Şəxs Müalicə Mərkəzində onun sol qolunu rentgen müayinəsindən keçirmiş, bununla əlaqədar klinikanın kassasına 20 (iyirmi) manat pul köçürmüşdür. N.Ş.Məmmədova izahatında göstərmişdir ki,17 oktyabr 2024-cü il tarixdə, təxminən saat 12 radələrində sağ diz oynağında ağrılar olduğundan Qax şəhərində yerləşən Şəxs Müalicə Mərkəzinə rentgen müayinəsindən keçməyə getmiş, orada olan həkim İ.N.İsmayılov onun sağ dizini rentgen müayinəsindən keçirmişdir. Bu məqsədlə Şəxs Müalicə Mərkəzinin kassasına 20 (iyirmi) manat pul köçürmüşdür. 21 iyun 2024-cü il tarixli lisenziyaya əlavənin surəti ilə müəyyən olunur ki, həmin lisenziya ilə Şəxs MMC-nin Qax şəhəri, H.Əliyev prospekti 29 ünvanda özəl tibb fəaliyyətini həyata keçirmək üçün verilmişdir. Lisenziya şərtlərində tibb müəssisəsinin rentgen fəaliyyəti ilə məşğul olması nəzərdə tutulmamışdır. Məhkəmə iclasında dindirilmiş "xxxx" MMC-in nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, "xxxx" MMC-nin heç bir günahı və təqsiri yoxdur. Bu icarədarın oyunudur. Rentgen xidmətini göstərən həkimi inzibati məsuliyyətə cəlb olunub. Ödənilmiş məbləğlərin hansı hesaba ödənilməsi barədə məlumat yoxdur. Şəxs MMC-nin əməlində inzibati xətanın tərkibi yoxdur. İnzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qax rayon prokurorluğunun nümayəndəsi X4 göstərmişdir ki, araşdırma aparılmış, düzgün və obyektiv qərar qəbul edilmişdir. Tərəflərin izahatları alınmış, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanmış və baxılıb qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 20 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında icraatın başlanması haqqında qərardan görünür ki, « İNVİTRO « MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci madədsi ilə inzibati icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, ayrı-ayrılıqda 20 manat məbləğində ödəniş aparılmışdır. İş materiallarına əlavə edilmiş rentgen fotoşəkillərindən görünür ki, sol qol və sağ diz oynağı barədə rentgen müayinəsi keçirilmişdir. İş materiallarına İ.N.İsmayılovdan, Z.İ.Əkbərovadan və N.Ş.Məmmədovadan keçirilmiş rentgen əməliyyatları barədə alınmış izahatları əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nə özəl tibbi fəaliyyət üçün lisenziya verilmişdir. Tibbi xidmətdə rentgen fəaliyyətinin keçirilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanunun normasının mənasına görə şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. X6 Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə -fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 18.5-ci maddəəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər.https://e-qanun.az/framework/46960 Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən Bu Məcəllənin 158.4, 162-1, 184.4, 184.5, 184.8, 184.17 (səlahiyyətlərinə aid edilmiş inzibati xətalara münasibətdə), 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 284.2, 339.2-339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516- 1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə),516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528- 1.3, 531, 538-1.4-538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594-2, 595.2, 596, 601, 602-2.3, 602-2.4, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsi ilə konkret inzibati xəta növlərinin siyahısı göstərilməklə, prokurorun həmin inzibati xətalar üzrə icraatın başlanması haqqında qərar qəbul etmək səlahiyyəti müəyyən edilmişdir. Bu maddədə o da qeyd edilmişdir ki, prokuror Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində sadalanan inzibati xəta növləri üzrə icraatı başlamaq hüququ müstəsna olaraq prokurora aid edilsə də, qanunvericiliklə onun bu səlahiyyəti həmin inzibati xətalarla məhdudlaşdırılmamış, İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, prokurora digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması imkanı tanınmışdır. Prokuror tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasının prosessual qaydaları İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 54.4-cü maddəsinə görə prokuror həmin Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Göründüyü kimi, istər vəzifəli şəxsin qərardadı, istərsə də prokurorun qərarı əsasında başlanmış inzibati araşdırma başa çatdıqda və inzibati xəta haqqında işin icraatına xitam verilməsi üçün əsaslar müəyyən edilmədikdə, həmin şəxslər tərəfindən inzibati xəta haqqında protokolun tərtib edilməsi qanunvericiliyin istisnasız tələbi kimi təsbit olunmuşdur. Beləliklə, prokuror inzibati araşdırma aparılmadıqda inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı, inzibati araşdırma aparıldıqda isə inzibati xəta haqqında protokol tərtib etməklə (inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edildiyi hal istisna olmaqla) həmin protokolu qanunvericiliklə müəyyənləşdirilmiş aidiyyət qaydalarına uyğun olaraq baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə göndərməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələri baxımından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələrinin hüquqi mahiyyətindən irəli gələrək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində sadalanan inzibati xətalarla yanaşı, digər inzibati xətalar haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş prokuror həmin qərarı hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün bu Məcəllənin 18.5 və 103-cü maddələrinə əsasən məhkəməyə göndərməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən: 133.2.1. şikayətə və ya protestə kim tərəfindən baxılması, hansı şikayətə və ya protestə baxılması, şikayətin kim tərəfindən verilməsi elan olunur; 133.2.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə şikayətə və ya protestə baxılmada iştirak etmək üçün çağırılmış digər şəxslərin gəlib-gəlmədiyi müəyyən edilir; 133.2.3. fiziki şəxsin qanuni nümayəndəsinin və ya hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir; 133.2.4. inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir; 133.2.5. şikayətə və ya protestə baxılmada iştirak edən şəxslərin hüquqları və vəzifələri onlara izah edilir;133.2.6. etiraz etmə və ya vəsatət haqqında müraciətlər həll edilir;133.2.7. inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayət və ya protest elan edilir; 133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; 133.2.9. inzibati xəta haqqında iş üzrə icraatda prokuror iştirak etdiyi hallarda onun rəyi dinlənilir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında;134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında, 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam olaraq təsdiq edilmişdir. Qeyd olunanları ümumiləşdirib, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlinir ki, iş üzrə tam olaraq obyektiv araşdırma aparılmış, iş üzrə sübutlar toplanmış, şahidlər dindirilmiş, rentgen əməliyyatının fotoşəkilləri, ödəniş qəbzələri iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir:128.2.1. hakimin qərarından-apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından-kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin məlum olan maliyyə və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddədə göstərilən həddə cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 6.000 (altı min) manat məbləğində inzibati cərimə tətbiq olunsun. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №3(024)-298/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-298/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver