Məhkəmə qərarları › İş №3(024)-299/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-299/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-299/2023 13.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Qax rayon Məhkəməsinin hakimi Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 Baqratoviçin iştirakı ilə. Şəxs-xx.xx.1959-cu ildə Qax rayonu Meşəbaş kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Qax rayonu Qaxbaş kəndində qeydiyyatda olan, FİN-xxxxxxx Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 28 avqust 2023-cü il tarixli MN 1894707/839 saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə Qax rayonu Qaxbaş kəndində yaşadığı fərdi yaşayış evinin həyətindən çirkab sularını su arxına axıtmışdır. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qax rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X3 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qax rayonu Qaxbaş kəndində yaşadığı fərdi yaşayış evinin həyətindən çirkab sularını su arxına axıtmışdır. Araşdırma nəticəsində Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin tərkibi olduğundan onun barəsində 28 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında MN 1894707/839 saylı protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib göstərdi ki, o, Qax rayonu Qaxbaş kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə Qax rayonu Qaxbaş kəndində yaşadığı fərdi yaşayış evindən çirkab sularını su arxına axıtmışdır. Bu hərəkətinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hərəkətindən peşmandır. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Şəxs məxsus fərdi yaşayış evinin həyətindən su arxına çirkab suları kənara axıdılmışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və özünün səmimi etirafı və işdə olan fotoşəkillərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati tənbeh təyin edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətindən səmimi peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini işdə onun məsuliyyətini yüngülləşdirici hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs həmin maddənin sanksiyası daxilində təqsirli bilinib inzibati qaydada cərimə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43, 84, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 100(bir yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar