Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-3/2024 25.01.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair materiala baxaraq, müəyyən etdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 31 avqust 2023-cü il tarixli EP № ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, hüquqi şəxs "xxxx" MMC xx.xx.2019-cu il tarixli **********4277, **********4286, **********4288 və **********4291 sorğu nömrəli gömrük bəyannamələri üzrə 2152 ABŞ dolları (3658,40 manat) məbləğində qalıq vəsaiti müvəkkil bankdakı hesabına köçürməmişdir. Araşdırma zamanı alınmış məlumata əsasən hüquqi şəxs "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixli **********4277, **********4286, **********4288 və **********4291 sorğu nömrəli gömrük bəyannamələri üzrə 2152 ABŞ dolları vəsaitin köçürülməsi DGK ilə Mərkəzi Bank arasında “Forma 3.9.2.1” elektron hesabat sistemində öz əksini tapmamışdır. Qeyd olunan faktla bağlı 31 avqust 2023-ci il tarixdə X3 Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə 00800-00457/23 saylı inzibati xəta haqqında is üzrə icraat başlanmışdır. Hüquqi şəxs "xxxx" MMC kommersiya fəaliyyəti ilə əlaqədar ixrac proseduru altında rəsmiləşdirdiyi mallar üzrə təqdim etdikləri xx.xx.2019-cu il tarixli **********4277, **********4286, **********4288 və **********4291 sorğu nömrəli gömrük bəyannamələrinin 20ci qrafasının üçüncü yarımbölməsində qarşılıqlı hesablaşmanın üsulu “003 konsiqnasiya yolu ilə mal ixracı zamanı malın dəyəri onun xaricdə satışından əldə olunan vəsait hesabına ixrac faktından sonra ödənilmək yolu ilə” qevd olunmuş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə malın dəyəri mal ixrac edildikdən sonra ödənilmək yolu ilə ixrac etdikləri malların (islərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda xx.xx.2019-cu il tarixli **********4277, **********4286, **********4288 və **********4291 sorğu nömrəli gömrük bəyannamələri üzrə malların dəyərini tamamilə qaytarmayaraq, milli valyutaya nisbətdə 3658.40 manat təşkil edən 2152 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Ona görə də Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Qax rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 3(024)355/2023 saylı inzibati xəta haqqında qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib 2152 (iki min bir yüz əlli iki) ABŞ dollarının otuz faizi məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsinin qeyd olunan qərardan verdiyi apellyasiya şikayəti baxılması üçün inzibati xəta haqqında işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023cü il tarixli 3(107)-352/2023 saylı qərarına əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Qax Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 3(024)-355/2023 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2023cü il tarixli 3(107)-352/2023 saylı qərarı onunla əsaslandırılmışdır ki, Apellyasiya məhkəməsində iş materiallarında olan Gömrük bəyannamələri və digər sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli **********4277, **********4286, **********4288 və **********4291 sorğu nömrəli Gömrük bəyannamələrində xx.xx.2018-ci il tarixli N-000068 saylı, xx.xx.2018ci il tarixli N-000069 saylı, xx.xx.2018-ci il tarixli N-000061 saylı və xx.xx.2018-ci il tarixli N-000067 saylı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qənimət şəhadətnamələrinin olması qeyd edilsə də, həmin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qənimət şəhadətnamələri ayrıca sənəd şəklində Gömrük bəyannamələrinə əlavə edilməmiş, ödənişlərlə bağlı xüsusatlar araşdırılmamış, məhkəmə qərarında Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə nəzərdə tutulan inzibati xətanı törətməsinin iş materialları ilə tam sübuta yetirildiyi göstərmişdir. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuş, iş materialında olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun qanuniliyi və əsaslılığı mahiyyəti üzrə araşdırılmamış, bundan əlavə işin hаllаrını və iş üzrə müəyyən edilməli оlаn hаllаrı hərtərəfli, tаm və оbyektiv аrаşdırılmаdаn yekun qərаr qəbul etmişdir. Məhkəmə araşdırılmış sübutlara qanunamüvafiq olaraq qiymət verməmiş və yekun nəticədə qanunun tələbləri gözlənilmədən qərar qəbul edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən apellyasiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 3(024)-355/2023 saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayədəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, həmin məhsul xaricə çıxarılırsa və CİTES konvensiyasında qeyd olunan siyahıdadırsa söhbət X5 trafikindən söhbət gedir. Şərqi Qafqaz turu dağ təkəsidir və keçinin bir növüdür. Xarici vətəndaş gəlib lisenziyanın pulunu ödəyərək lisenziya alır və həmin heyvanı ovluyur, hansı ki əraziyə onlar nəzarət edir. Belə ki, ekologiya tərəfindən monitoring keçirilir, müəyyən edilir ki, yaşlı erkək heyvanların sayı artmışdır və bundan sonra icazə verilir. Onlar ancaq ekologiyadan lisenziyanı alırlar. Trafiki xaricə çıxararkən gömrük rüsumunu həmin vətəndaş özü ödəyir. Həmin rüsumu təmsil etdiyi quruma ödəmir. Yəni hər hansı bir kənd sakini çaylaqda sel gətirən dağ keçisinin ölüsünü tapırsa və onun buynuzunu turistə satırsa həmin turist onu xaricə çıxarmaq üçün dövlət müəssisəsindən CİTES sertifikatı alır və onun rüsumunu ödəyir. Bu zaman kodlaşdılrma aparılır və yazılır ki, bunun CİTES rüsumunu ödəyib və sertifikat verilib. Yəni sərhəddən çıxartmaq olar. Həmin sertifikat verilmədən gömrükdən ov məhsulunu çıxartmaq mümkün deyildir. Əgər çıxarılırsa necə olur bunu bilmir. Əgər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi iddia edirlərsə rüsum ödənilməyib sertifikat verilməyib, həmin sertifikatı təmsil etdiyi qurum vermir. Həmin məhsulu başqa bir ölkəyə daxil olduqda belə, CİTES sertifikatının olub-olmaması yoxlanılır. CİTES Konvensiyasına imza edən ölkələrin gömrüklərində həmin məhsulun sertifikatının olub-olmaması yoxlanılır. Yəni məhsulun həmin ölkələrə giriş-çıxışı sertifikatlaşdırıldıqdan sonra mümkündür. Xarici vətəndaş həmin sertifikatı onlara deyil, Gömrük idarəsinə təqdim edir. Məhsulun üzərinə kod vurulur və həmin koda baxaraq sertifikat alınıb alınmaması rüsum ödənillib-ödənilməməsi müəyyən edilir. Təmsil etdiyi qurumun həmin sertifikatı tələb etmək hüququ yoxdur. Ona görə də, həmin sənədlər təmsil etdiyi qurumda yoxdur. Həmin sertifikatı təmsil etdiyi qurum vermir və rüsum həmin quruma ödənilmir. Təmsil etdiyi qurum hansı inzibati xəta törərtmişdir, həmin inzibati xəta ilə qurumun nə əlaqəsi var bilmir. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan 31 avqust 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, hüquqi şəxs "xxxx" MMC xx.xx.2019-cu il tarixli **********4277, **********4286, **********4288 və **********4291 sorğu nömrəli gömrük bəyannamələri üzrə 2152 ABŞ dolları (3658,40 manat) məbləğində qalıq vəsaiti müvəkkil bankdakı hesabına köçürməmişdir. Lakin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin məhkəməyə təqdim etdiyi inzibati xəta haqqında materiala əlavə edilmiş Gömrük bəyannamələri və digər sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli **********4277, **********4286, **********4288 və **********4291 sorğu nömrəli Gömrük bəyannamələrində xx.xx.2018-ci il tarixli N-000068 saylı, xx.xx.2018-ci il tarixli N-000069 saylı, xx.xx.2018-ci il tarixli N-000061 saylı və xx.xx.2018-ci il tarixli N-000067 saylı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qənimət şəhadətnamələrinin olması qeyd edilsə də, həmin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qənimət şəhadətnamələri ayrıca sənəd şəklində Gömrük bəyannamələrinə əlavə edilməmişdir. Eyni zamanda inzibati xəta haqqında materialla əlavə edilmiş olan gömrük bəyannaməsinə nəzər saldıqda görünür ki, bəyannamədə qeyd olunan xaricə çıxarılan mal ov məhsulunun dəyərinin ödənilməsi, həmin məhsulun ölkə sərhədlərindən kənara çıxarılarkən CİTES sertifikatının olması qeyd edilmiş və ov məhsulunun dəyərinin ödənilməsi barədə arayış əlavə edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 yanvar 2009-cu il tarixli 02 saylı qərarının 4.1-ci bəndində qeyd edilir ki, Konvensiyanın İ, İİ və İİİ, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş növlərin beynəlxalq ticarəti zamanı bu Qaydaların 3 nömrəli əlavəsinə uyğun icazə/sertifikatı tərtib edilir. 4.2. İcazə/sertifikatı xüsusi blanklarda növlərin adları latın dilində qeyd olunmaqla, Azərbaycan və ingilis dillərində tərtib edilir. 4.3. İcazə/sertifikatın əsli və 3 nüsxəsi (surətləri) olmaqla tərtib edilir. İcazə/sertifikatın əsli ilə digər nüsxələrinin rəngləri fərqlənir və icazə/sertifikatın əslinə CİTES-in nömrələnmiş markası yapışdırılaraq bütün nüsxələr inzibati orqanın rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Ərizəçiyə icazə/sertifikatın əsli və digər iki nüsxəsi təqdim edilir. Gömrük orqanları tərəfindən icazə/sertifikatın əslində və nüsxələrin birində müvafiq qeydlər aparılır və qeydiyyatı aparılmış nüsxələrdən biri gömrük orqanları tərəfindən götürülür. Üçüncü nüsxə ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə müəyyən olunmuş qaydada inzibati orqanda saxlanılır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə kifayət qədər əsaslı və mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd olunur ki, “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir”. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin və Şəxs MMC inzibati məsuliyyətdən azad olunsun. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №3(024)-3/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-3/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver