Məhkəmə qərarları › İş №3(024)-300/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-300/2023

01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-300/2023 01.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə. Şəxs-xx.xx.1977-ci ildə Qax rayonu Baydarlı kəndində anadan olmuş, evli Azərbaycan Respublikası vətəndaşı, Qax rayonu Baydarlı kəndində qeydiyyatda olan, FİN- xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə barəsində edilən şikayətlə bağlı Qax RPŞ-nin inzibati binasında izahatı alınan zaman nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X4 məhkəmə iclasinda izahat verərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə bank işçisinin onu hədələməsi ilə bağlı Qax RPŞ-nə şikayət etmişdir. Şəxs şikayətinin araşdırılması məqsədi ilə o polis şöbəsinin inzibati binasına dəvət olunmuşdur. Həmin vaxtı Şəxs polis əməkdaşı Rauf Hacıyevin ünvanına qarşı çox nalayiq ifadələr işlətmişdir. Şəxs nizam-intizama dəvət etsələr də, qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib göstərdi ki, bank işçisi ona olan borcunu qaytarmadığı üçün ona hədə-qorxu gəlmişdir. O da xx.xx.2023-cü il tarixdə həmin şəxsdən Qax RPŞ-nə şikayət etmişdir. Polis şöbəsinin binasında şikayəti araşdırılan zaman Rauf adlı polsi serjantı ilə aralarında mübahisə yaranmış, həmin vaxtı Raufa qarşı nalayiq ifadələr işlətmişdir. Polis əməkdşaları onu nizam-intizama dəvət etsələr də, onlara tabe olmamışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Qax RPŞ-nin polis serjantı X3 ifadə verərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə bank işçisinin onu hədələməsi ilə bağlı Qax RPŞ-nə şikayət etmişdir. Şəxs şikayətinin araşdırılması məqsədi ilə o Qax RPŞ-nə dəvət olunmuşdur. polis şöbəsinin inzibati binasına dəvət olunmuşdur. Şəxs izahatı alınan zaman o da orada olmuş, həmin vaxtı Asiflə aralarında mübahisə yaranmışdır. Şəxs polis şöbəsinin binasının həyətində onun ünvanına çox nalayiq sözlər demiş, onun sinəsindən vurub itələmişdir. Həmin vaxtı onu nizam-intizama dəvət etsələr də, o polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs şikayətçidir, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə olan halda məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini və onun, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası daxilində təqsirli bilinib ona inzibati həbs tənbeh növünün tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 84, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona on beş gün müddətə inzibati həbs tənbeh növü tədbiq edilsin. Həbs etmənin əvvəli Şəxs məhkəmə zalından həbsə alındığı tarixdən yəni, xx.xx.2023-cü il tarixdən saat 12:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Qax rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar