Məhkəmə qərarları › İş №3(024)-301/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-301/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-301/2024 10.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Şikayət verən şəxs X1, Azərbaycan Respublikasının FHN-in X7 Xidmətinin X3 Yanğın Nəzarət İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Respublikasının FHN-in X7 Xidmətinin X3 Yanğın Nəzarət İdarəsinə qarşı MN ******* №li, 27 mart 2024-cü il tarixli inzibati tənbeh qərarının ləğv edilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X5 Azərbaycan Respublikasının FHN-in X7 Xidmətinin X3 Yanğın Nəzarət İdarəsinə qarşı MN ******* №li, 27 mart 2024-cü il tarixli inzibati tənbeh qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyinin X7 Xidmətinin Şimal Qərb X4 İdarəsinin onun barəsində tərtib edilmiş MN ******* №li, 27 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X5 ərizəni onunla əsaslandırmışdır ki, 01 mart 2021-ci il tarixdən 10 may 2024-cü il tarixə kimi Ağyazı kənd 35 №li uşaq baxçasında müdir əvəzi vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının FHN-in X7 Xidmətinin X3 Yanğın Nəzarəti İdarəsinin nümayəndələri tərəfindən rəhbərlik etdiyi bağçada yoxlama aparılmış və binanın elektrik təsərrüfatının normativ sənədlərin tələblərinə uyğun quraşdırılmaması əsas götürülərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən barəsində 100 manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə MN ******* №li, 27 mart 2024-cü il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının FHN-in X7 Xidmətinin X3 Yanğın Nəzarəti İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* №li, 27 mart 2024-cü il tarixli qərarının icra olunması üçün Şəki-Zaqatala Regional Təhsil İdarəsinə 23 iyul 2024-cü il tarixdə 3/8-74/2- 4774/2024 nömrəli məktub ünvanlanaraq ona verilən müddətin bitməsi əsası ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən tələbin mənim əmək haqqımdan tutulmasına göstəriş verilmiş və noyabr ayında Şəki- Zaqatala Regional Təhsil İdarəsindən ona bildirilmişdir ki, mavafiq inzibati qərarın icrası ilə bağlı əmək haqqıdan cərimənin məbləği tutulacaqdır. Həmin qərarla qətiyyən razılaşmır və hesab edir ki, barəsində tərtib edilmiş inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə dair Azərbaycan Respublikasının FHN-in X7 Xidmətinin X3 Yanğın Nəzarəti İdarəsinin MN ******* №li, 27 mart 2024-cü il tarixli saylı qərarı qanunsuz və əsassızdır. Ağyazı kənd 35 №li uşaq bağçasının binası 1991-ci ildə istifadəyə verilmişdir. Həmin vaxtdan hazırki dövrədək binanın daxilində elektrik xətlərində yanğın təhlükəsizliyi ilə bağlı heç bir problem yaranmamışdır. X6 İdarəsinin nümayəndəsinin barəsindəə qəbul etdiyi qərarı ona münasibətdə olmalı deyil. Çünki qanunvericiliyə əsasən keçirilən yoxlamanın nəticəsinə dair qeyd olunanların yerinə yetirilməsinə görə məsuliyyət daşımalı olan şəxs o deyildir. Belə ki, bağça müdiri kimi onun vəzifə səlahiyyətlərimi müəyyənləşdirən heç bir normativ hüquqi aktda, o cümlədən «Təhsil Haqqında» Azərbaycan Respublikasının Qanununda bu kimi tələblər yoxdur. Protokolda və qərarda göstərilənlər maddi cəhətdən və praktiki olaraq onun şəxsi imkanı və səlahiyyəti xaricindədir, eləcə də onun vəzifə öhdəliklərinə daxil deyil. İnzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə analoji qərarlar başqa vəzifəli şəxslər barəsində də qəbul edilmişdir. Lakin qanunsuz olduğu üçün həmin qərar bir neçə birinci instansiya məhkəmələri tərəfindən məhkəmə qaydasında ləğv olunmuşdur. Həmin məhkəmə qərarları qanuni qüvvəsini aldığı üçün hesab edir ki, məhkəmə presedenti kimi nümunə kimi əsas götürülməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən ona 100 manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə Azərbaycan Respublikasının FHN-in X8 Xidmətinin X3 Yanğın Nəzarəti İdarəsinin 27 mart 2024-cü il tarixli qərarı ona rəsmi qaydada verilməmiş, inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə qərardan xəbəri yalnız Təhsil Sektorundan şifahi qaydada ona verilən məlumatdan sonra olmuşdur. Məhkəmədən Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyinin X7 Xidmətinin Şimal Qərb X4 İdarəsinin onun barəsində tərtib edilmiş MN ******* №li, 27 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının FHN-in X7 Xidmətinin X3 Yanğın Nəzarət İdarəsinin nümayəndəsi Nümayəndə göstərmişdir ki, onun tərtib etdiyi protokol və qərar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Ağyazı kənd 35 №li uşaq bağçasının binasında baxışı o keçirmişdir. Heç bir qanun pozuntusuna yol verməmişdir. Məhkəmədən şikayətin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında araşdırılmış və iş materiallarına əlavə edilmiş sənədlər: -MN ******* №li, 27 mart 2024-cü il tarixli qərar ilə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub, 100 manat cərimə edilmişdir. -MN ******* №li, 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, N.O.Babazadə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. -Azərbaycan Respublikasının FHN-in X7 Xidmətinin X3 Yanğın Nəzarət İdarəsinin 23 iyul 2024-cü il tarixli məktubundan görünür ki, N.O.Babazadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən 100 manat cərimə edilmişdir. Borclu N.O.Babazadəyə əmək haqqından 100 manat borcu birdəfəlik tutub dövlət nəfinə köçürülməsi təmin olunması bildirilmişdir. -X1 Azərbaycan Respublikasının FHN-in X7 Xidmətinin X3 Yanğın Nəzarət İdarəsinin MN ******* №li, 27 mart 2024-cü il tarixli inzibati tənbeh qərarının ləğv edilməsi barədə şikayətə dair Qax Rayon Məhkəməsinin 3(024)288/2024 №li, 21 noyabr 2024-cü il tarixli qərarı qəbul edilmişdir. Həmin qərara görə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. -Qax Rayon Məhkəməsinin 3(024)301/2024 №li, 06 dekabr 2024-cü il tarixli qərarı ilə şikayət verilməsi üçün buraxılmış müddət bərpa olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi, qarşı tərəfin nümayəndəsini dinləyib, şikayətin dəlillərini, iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, N.O.Babazadənin Azərbaycan Respublikasının FHN-in X7 Xidmətinin X3 Yanğın Nəzarət İdarəsinə qarşı MN ******* №li, 27 mart 2024-cü il tarixli inzibati tənbeh qərarının ləğv edilməsi barədə şikayət təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanunun normasının mənasına görə şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə,idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə-fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İş materialları ilə müəyyən edilmişdir ki, N.O.Babazadə barəsində tərtib edilmiş MN ******* №li, 27 mart 2024-cü il tarixli qərardan görünür ki, N.O.Babazadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub, 100 manat cərimə edilmişdir. Halbuki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsiziyi standartlarının, normalırının və qaydalarının tələbələrinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. N.O.Babazadə Ağyazı kənd 35 №li uşaq baxçasında müdir əvəzi vəzifəsində işləmişdir. O, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir ki, bu da tamamilə qanunsuz və əsassızdır. Halbu ki, qanunvericiliyə esasən N.O.Babazadə həmin yanğın mühafizəsi tələblərinin yerinə yetlrllmomoslno görə məsuliyyət daşımalı olan şəxs deyildir. Belə ki, Ağyazı kənd 35 №li uşaq baxçasında müdirinin səlahiyyətlərini müəyyənləşdirən heç bir normativ hüquqi aktda, o cümlədən «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixil 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-ixtisas Sorğu Kitabçasında təhsil müəssisəsinin müdiri üçün məktəb binasına baxış keçirilməsi, binanın elektrik xətt avadanlıqları elektrik mütəxəssisləri tərəfinfən izolyasiya müqaviməti yoxlanılaraq nəticəsi barədə baxış aktı tərtib edilməsi, obyektə yanğın xəbər verici siqnalizasiyası qurğusunun quraşdırılması, binanın ağac taxta materialları oda davamlı məhsullarla (antipiren) hopdurulması ( (NH2) HP04-diammonisfosfat; NH4HSP04- monoammoniyfosfat; H3B03-Bor turşusu və s.) 1m3 taxtaya 66kq duzların hopdurulması, vəzifələrini, yəni məsul şəxs olaraq yanğından mühafizəyə dair göstərilən tələbləri yerinə yetirməli olması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, N.O.Babazadə Ağyazı kənd 35 №li uşaq baxçasında müdir əvəzi vəzifəsində işləmiş, hazırki iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin subyekti deyildir, onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. İşdə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut da yoxdur. Azərbaycan Respublikasının İnziabti Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1 -ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi təsdiq edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir:128.2.1. hakimin qərarından-apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından-kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Qeyd olunanları ümumiləşdirib, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlinir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 şikayəti əsaslı olduğundan təmin edilməli, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsi ilə bağlı Azərbaycan Respublikasının FHN-in X7 Xidmətinin X3 Yanğın Nəzarət İdarəsinə qarşı MN ******* №li, 27 mart 2024-cü il tarixli inzibati tənbeh qərarı ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X1 barəsində olan Azərbaycan Respublikasının FHN-in X7 Xidmətinin X3 Yanğın Nəzarət İdarəsinə qarşı MN ******* №li, 27 mart 2024-cü il tarixli inzibati tənbeh qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən «10» (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar