Məhkəmə qərarları › İş №3(024)-308/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-308/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-308/2023 04.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, Zərərçəkmiş şəxs X4, X5 Baqratoviçin iştirakı ilə. FİN-28ZG8Y3, xx.xx.1990-cı ildə Qax rayonu Qaxingiloy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Qax rayonu Qaxingiloy kəndində yaşayan. X6 barəsində Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X9 tərəfindən X2 barəsində, Qax Rayon Məhkəməsinin AT (024)-09 saylı xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icra edilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, Qax Rayon Məhkəməsinin AT(024)-09 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 40 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2012-ci il tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İcra sənədi üzrə borclunun 5270 manat aliment borcu yaranmışdır. Borcludan yaranmış aliment borcunun ödənilməsi tələb olunmuş, əks halda qanunvericiliyə müvafiq daşıdığı məsuliyyət izah olunmuşdur. Lakin borclu yaranmış aliment borcunun ödənilməsinin təmin etməmişdir. Şöbəyə verdiyi izahatında borclu Şəxs hal haızrda qeyd olunan borcu tam ödəmək imkanının olmadığını bildirmiş, qeyd olunan borcu 200-300 manatını xx.xx.2023-cü il tarixdə ödəyə biləcəyini qalan borcu isə ayda hissə hissə ödəyəcəyini izahatında göstərmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Şəxs barəsində qanuni cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Qax rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli icra sənədi hazırda tələbkara olan borcunu ödəməyə maddi imkanı yol vermir. Belə ki, həmin icra sənədi üzrə ondan hər ay 40 manat aliment borcunun tutulması nəzərdə tutulduğu halda indiyədək tələbkara pul ödəməmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X8 məhkəməyə izahat verərək göstərdi ki, Qax Rayon Məhkəməsinin müvafiq icra sənədinə əsasən borclu Şəxs ona 5270 manat aliment borcu yaranmışdır. Borclu ona olan borcundan heç bir ödəniş etməmişdir. Məhkəmədən borclu Şəxs həbs edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan icra məmurunun xx.xx.2012-ci il tarixli icraata başlamaq haqqında qərarının təsdiq olunmuş surətindən görünür ki, Qax Rayon Məhkəməsinin AT(024)-09 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 40 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir və icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İş materiallarında olan icra məmurunun çağırış vərəqəsindən görünür ki, X1 Qax rayon İcra və probasiya şöbəsinə 04 may 2023-cü il tarixdə saat 10:00-da gəlməsi tələb olunmuşdur. İş materiallarında olan icra məmurunun xx.xx.2023-cü il tarixli “borclunun axtarılması haqqında” qərarından görünür ki, X2 yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün onun barəsində axtarış elan edilmişdir. X2 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, zərərçəkmiş şəxslər və icra məmurunun izahatları ilə məhkəmə iclasında təsdiq edilmişdir. Bununla da X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən “Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. X6 icra məmurunun çağırışlarına məhəl qoymamış, Qax rayon İcra və probasiya Şöbəsinə axtarışla gətirilmişdir. Bütün bunları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi sanksiyası daxilində inzibati qaydada həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Məhkəmə bütün bunları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi sanksiyası daxilində inzibati qaydada həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 84, 106, 114,115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X6 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona on beş gün müddətə inzibati həbs tənbeh növü tədbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məhkəmə iclası zalından həbs edilsin. Həbs etmənin əvvəli X2 məhkəmə zalından həbsə alındığı xx.xx.2023-cü il tarixdən saat 12:55-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar