Məhkəmə qərarları › İş №3(024)-309/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-309/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-309/2023 04.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. Zərərçəkmiş şəxs X2 iştirakı ilə. Şəxs-xx.xx.1979-cu ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qax rayonu, Qaysarlı kəndində yaşayan, FİN-xxxxxxx X7 barəsində Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X8 tərəfindən Şəxs barəsində, Qax Rayon Məhkəməsinin 2(024)- 33/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icra edilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X8 izahat verərək bildirdi ki, Qax Rayon Məhkəməsinin 2(024)-33/2022 nömrəli, xx.xx.2022-ci il tarixli İcra sənədinə əsasən xx.xx.2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün borclu Şəxs hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Alimentin tutulmasına xx.xx.2021-ci il tarixdən başlanılmalıdır. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İcra sənədi üzrə borclu xx.xx.2023-cü il tarixdə Qax rayon İcra və probasiya şöbəsinə iltizam verərək xx.xx.2023-cü il tarixə yaranmış 1910 manat aliment borcunu 2023-cü ilin avqust ayının sonuna kimi ödəyəcəyini bildirmişdir. Lakin keçən müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borclu xx.xx.2023-cü il tarixdə, şöbəyə verdiyi izahatda 2145 manat aliment borcunun imkan olmadığı üçün ödəyə bilmədiyini, hal hazırda işsiz olduğunu və yaranmış 2145 manat borcun isə imkan olduqdan sonra ödəyə biləcəyini bildirmişdir. Borclu tərəfindən keçən müddət ərzində xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü ilədək ödəməli olan 2760 manat aliment pulundan cəmi 615 manat pul ödəmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Qax Rayon Məhkəməsinin 2(024)- 33/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün ondan hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Tələbkara olan aliment borcunu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək göstərdi ki, Qax Rayon Məhkəməsinin sözügedən icra sənədinə əsasən hazırda İnqilab Cəfərovun ona 1910 manat borcu qalmışdır. İnqilab Cəfərov aliment borcundan heç bir ödəniş etməmişdir. İnqilab Cəfərovdan şikayətçidir və barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 3(024)-488/2022 saylı qanuni qüvvəyə minmiş qərarının təsdiq olunmuş surətindən görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinib ona on gün müddətə inzibati həbs tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 8(024)-01/2023 saylı qanuni qüvvəyə minmiş qərarının təsdiq olunmuş surətindən görünür ki, Şəxs Qax rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. X5 Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları, özünün, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları ilə məhkəmə iclasında təsdiq edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X1 məsuliyyətini yüngülləşdirən hallar aşkar olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi sanksiyası daxilində inzibati həbs tənbeh novünün tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 84, 106, 114, 115-117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 10 (on) gün müddətə inzibati həbs tənbeh növü tədbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 məhkəmə iclası zalından həbs edilsin. Həbs etmənin əvvəli Şəxs məhkəmə zalından həbsə alındığı 04 sentyabr 2023-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar