Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-309/2024 09.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. Şəxs–xx.xx.1977-ci ildə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əlilliyi olmayan, il ərzində eyni inzibati xətaya görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1 ünvanda yaşayan, FİN-xxxxxxx Onun barəsində Azərbaycan Respublikası DİN Qax RPŞ-si tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN № ******* saylı və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokollarda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən “Şirin Həyat” kafesində sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, ictimai qaydanı pozduğu üçün onun onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 protokola uyğun izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Qax RPŞ-nin əməkdaşlarına barəsində inzibati icraat aparılan şəxs Şəxs Qax şəhəri İ.Mustafayev küçəsində yerləşən “Şirin Həyat” kafesində ictimai qaydanı pozması və nalayiq söyüşlər söyməsi barədə məlumat verilmişdir. Qax RPŞ-nin əməkdaşları tərəfindən həmin kafeyə gedilmiş və həqiqətən də Şəxs ucadan nalayiq söyüşlər söyməsinin və orada olan müştərilərin istirahətini pozmasının şahidi olmuşlar. Polis əməkdaşları Şəxs nizam-intizama dəvət edərək kafedə müştərilərin istirahətinin pozulduğunu, kafedə eyni zamanda qadın müştərilərin olduğunu bildirərək onu sakitləşdirməyə çalışsalar da Şəxs hərəkətlərini davam etdirmişdir. Şəxs polis şöbəsinə dəvət etmiş, həmin vaxt o, polis əməkdaşlarına qarşı kobudluq nümayiş etdirərək onlara fəal müqavimət göstərmişdir. Ona görə də bu barədə müvafiq protokollar tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirdi ki, hadisə 7 dekabr 2024-cü il tarixdə nahara yaxın baş vermişdir. Həmin gün səhər vaxtı evdə 50 qram araq içmişdir. Qax rayonu Qaratala kənd sakini Vitali adlı şəxs ona müraciət edərək motosikletini satıb-satmadığını soruşmuş, o da satdığını bildirmişdir. Vitali ona “Şirin Həyat” kafesində görüşməsini təklif etmişdir. Vitali ilə orada görüşmüş və söhbət edən zaman Vitali onu aldadarsa belə-belə olsun deyərək nalayiq formada söyüş söymüşdür. Orada bir az söhbət olmuş, lakin stol yıxılmamış, qab sınmamış, çəngəl düşməmişdir. Bundan sonra onlar dönər yemişlər. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq kafedə söyüş söydüyünü bildirmiş, o isə bir az ucadan danışdığını demişdir. O, çox da sərxoş olmamışdır. Alkotester vasitəsi ilə sərxoşluğu müəyyən olunmuşdur. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, onun əlinə heç qandal da bağlamamışlar. O, polis əməkdaşlarına müqavimət göstərməmiş, öz ayağı ilə gedərək avtomobilə əyləşmişdir. Söyüş söyməsini etiraf edir, ancaq səsini çox ucaltmamışdır. Keçmiş həyat yoldaşı da həmin kafedə işləyir və o da onu şərə salmaq üçün polisə zəng etmişdir. O, polisə müqavimət göstərmişdir, onları bir az incitmişdir. Hərəkətlərini boynuna alır və üzr istəyir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etdikdə 15-20 dəqiqə onlarla söhbət etmiş, belə olmadığını və razılığa gəlmələrini xahiş etmişdir. Təqsirini etiraf edir, əməlindən çox peşmandır. Həmin vaxt içkili olmuşdur. Odur ki, barəsində inzibati cərimə növündə inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Qax RPŞ-nin PPX-nin polis nəfəri Şahid1 şahid qismində dindirilərkən göstərdi ki, xx.xx.2024-cü il tarixdə onlara Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən “Şirin Həyat” kafesində bir nəfər şəxsin nalayiq söyüşlər söyməsi barədə məlumat daxil olmuşdur. Kafeyə daxil olarkən özü də həmin şəxsin nalayiq söyüşlər söydüyünün şahidi olmuşdur. Həmin şəxs Şəxs olmuşdur. Kafedə ailələr olduğu və ictimai yer olduğu üçün Şəxsla söhbət aparmış, lakin o yenə məhəl qoymamış və bir-iki dəfə də nalayiq sözlər demişdir. Bu zaman onu nizam-intizama dəvət etmişlər, lakin İlkin həbsxanada yatdığını və polis şöbəsinə getməyəcəyini bildirmişdir. İlkin polis şöbəsinə dəvət olunduqda getmək istəməmiş, ona kafenin ictimai yer olduğunu və müştərilər istirahət etdiyini bildirərək söyüş söyməməsini demişlər. Şəxs kafedən bayıra çıxartmış, ona post patrul xidmətinin xidməti avtomoilinə əyləşməyi təklif etdidkə əyləşməmişdir. Bu səbəbdən də onu xidməti avtomobilə əyləşdirərək polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında Qax RPŞ-nin PPX-nin polis nəfəri Şahid2 şahid qismində dindirilərkən göstərdi ki, o Heydər Əliyev prospektində avtopatrul xidməti apararkən Qax şəhəri İmam Mustafayev küçəsində yerləşən “Şirin Həyat” ailəvi kafesində bir nəfər şəxsin səs-küy salması barədə məlumat daxil olmuşdur. Onlar kafeyə yaxınlaşaraq içəri daxil olmuş, səs-küyün kimin saldığını soruşduqda Şəxs göstərmişlər. O, Şəxs yaxınlaşaraq səs-küy saldığını, kafedə ailələr olduğunu bildirmişdir. Lakin Şəxs söyüş söymədiyini bildirmişdir. Bu barədə məlumat aldıqlarını bildirdikdə İlkin söyüş söyənin ünvanına nalayiq sözlər deməyə başlamışdır. O, ofisiantı çağırmış və ofisiant İlkinin söyüş söydüyünü bildirmişdir. Bu zaman İlkin yenə də söyüş söymüş, əlindəki dönəri stola çırpmışdır. İlkin eyni zamanda kafenin müdriyyəti ilə də mübahisə edərək dönərin pulunu verməyəcəyini bildirmişdir. Həmin vaxt onlarla da mübahisə etmiş və tabeçilik göstərməmişdir. Şəxs post patrul xidmətinin avtomobilinə əyləşməsini təklif etdikdə imtina etmiş, özünün dustaq odluğunu və problemlərinin olduğunu bildirmişdir. Onlar Şəxs xidməti avtomobilə əyləşdirərək polis şöbəsinə gətirmişlər. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidləri dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: alkotesterin nəticəsinə əsasən Şəxs hadisə zamanı sərxoşluq vəziyyətində olmuşdur. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Sabir oğlu xx.xx.2024-cü il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Qax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(024)-162/2024 saylı qərarından görünür ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 150 (bir yüz əlli) manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə göstərir ki, Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi ictimai qaydanı pozması və polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması iş materialları, özünün etirafı və şahid ifadələri ilə təsdiqin tapır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs adıçəkilən Məcəllənin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İnzibati Xətalar Məcəlləsinin daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əzzixan oğlunun səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs inzibati xətanı törədərkən sərxoş vəziyyətdə olmuşdur. Həmçinin Qax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(024)-162/2024 saylı qərarına əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 150 (bir yüz əlli) manat inzibati cərimə edilmişdir. Xəta törədən zaman sərxoş olması və il ərzində eyni inzibati xətanı təkrar törətməsi İXM-nin 33.1.2-ci və 33.1.7-ci maddələrinə əsasən məsuliyyətini ağırlaşdırıcı hallardır. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 9.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, səmimi peşmançılığını, təqsirini etiraf etməsini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini və həbs növündə inzibati tənbehin tətbiq edilməsinə müstəsna əsasların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qax rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-309/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-309/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver