Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-311/2023 04.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi , Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax RPŞ-nin BDYPBnin Yol patrul xidməti inspektoru polis baş serjanti X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. Şəxs –xx.xx.1983-cü ildə İsmayıllı rayonunda anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78v. Mənzil 113-də qeydiyyatda olan, FİN-xxxxxxx Onun barəsində Azərbaycan Respublikası DİN Qax RPŞ-si tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1, 327.2, 511.1.3 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs haqqında Qax rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 04 sentyabr 2023cü il tarixli MN 1894796/864 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, həmin inzibati material məhkəmədə 3(024)-310/2023 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda Şəxs haqqında Qax rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, və 511.1.3cü maddələri ilə tərtib edilmiş 04 sentyabr 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, həmin inzibati material məhkəmədə 3(024)-311/2023 nömrə ilə qeydiyyata alınmışdır. Şəxs barəsində olan hər iki inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən bir icraatda birləşdirilməklə həmin işlərə eyni vaxtda baxılması qərara alınmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Qax şəhəri H.Əliyev prospektində idarə etdiyi avtomobili YPX əməkdaşı tərəfindən saxlanılan zaman o Yol patrul xidməti inspektorunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qax rayonu Yol patrul xidməti inspektoru polis baş serjanti X2 raportu əsasında o Şəxs barəsində 04 sentyabr 2023-cü il tarixli MN № 1894796/864 saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs islah olunması üçün cəzalandırılmasını xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax rayonu Yol patrul xidməti inspektoru polis baş serjanti X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2023-cti il tarixdə saat 14:10 radələrində YPX-nin inispektoru polis baş serjantı X5 ilə birlikdə “BMW” markalı **-YP-*** nömrə nişanlı xidməti avtomobildə xidmət apararkən şəhərin H.Əliyev prospektində “BMW” markalı **- HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toy karvanında davamlı şəkildə ziqzaqvari hərəkətlər edərək işıqforun qırmızı işığına məhəl qoymayaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə aşıqca şəkildə hörmətsizlik ifadə edən qayda pozuntularını davamlı olaraq pozduğu üçün tərəfimizdən saxla işarəsi verilmişdir. Lakin, avtomobilin sürücüsü saxla işarəsinə məhəl qoymayaraq avtomobili saxlamamış və hərəkətlərini davam etdirmişdir. Avtomobili çətinliklə Qax rayonu Qaxbaş kənd ərazisində saxlamış, sürücü Şəxs onların qanuni tələbinə tabe olmayaraq Qax RPŞ-nə gəlməkdən imtina etmişdir. Onlar Şəxs avtomobili ilə birlikdə Qax RPŞ-nin duracağına gətirmişlər. Odur ki, Şəxs islah olunması üçün cəzalandırılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2023-cti il tarixdə idarə etdiyi özünə məxsus olan “BMW” markalı **-HB-*** nişanlı xidməti avtomobillə hərəkətdə olan zaman avtomobili yol hərəkəti qaydalarına uyğun idarə etmiş və heç bir qayda pozuntusuna yol verməmişdir. Qax RPŞ-nin qarşısındakı dairəvi hərəkət yolundan hərəkətdə olarkən xuliqanlıq etməmişdir. O, qonaq qaldığı otelə gəldikdən sonra YPX əməkdşaları gələrək onu Qax RPŞ-nə dəvət etmiş o da polis şöbəsinə getmişdir. Polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Məhkəmədən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icrata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 327.2, 535.1-ci və 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi isə inzibati tənbeh vermə haqqında protokol tərtib etmiş şəxslərin izahatları və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə inzibati tənbeh təyin edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə–nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyası daxilində təqsirli bilib inzibati cərimə tənbeh növünün tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40.0.1, 43, 84, 106, 114, 115, 117-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərardan təqdim olunduğu (alındığı) gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №3(024)-311/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-311/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver