Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-314/2023 21.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X4 üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri X1 iştirakı ilə. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə Qax rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X4 üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri X1 tərtib etdiyi xx.xx.2023cü il tarixli MN ******* ömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:56 radələrində Qax rayonu Zəyəm kəndində dini yığıncaqlar, mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxış iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X4 üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri X2 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:56 radələrində Qax rayonu Zəyəm kəndində dini yığıncaqlar, mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozmuşdur. Bu səbəbdən də onun barəsində xx.xx.2023-cü il tarixli MN ******* ömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şahın Əhmədov barəsində qanuni tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22ci maddəsinə əsasən, fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının X4 üzrə Dövlət Komitəsi nəzərdə tutulur) razılığı ilə dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə sərbəst yaya bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və o, Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası daxilində inzibati qaydada cərimə olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43, 39, 84, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirli bilinib 1500(bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №3(024)-314/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-314/2023
21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver