Məhkəmə qərarları › İş №3(024)-316/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-316/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-316/2023 11.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. Şəxs-xx.xx.1988-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qax rayonu Qaxbaş kəndində yaşayan, FİN-xxxxxxx Şəxs barəsində Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Qax rayon İcra və Probasiya şöbəsinin rəisi kiçik ədliyyə müşaviri X9 tərəfindən Şəxs barəsində, Qax Rayon Məhkəməsinin 2(024)-628 nömrəli, xx.xx.2015-ci il tarixli, 2(024)-309/2020 nömrəli, xx.xx.2020-ci, 2(024)-45 nömrəli, xx.xx.2016-cı, 2(024)-949/2021 nömrəli, xx.xx.2021-ci il tarixl, 2(024)- 650/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icra edilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X8 izahat verərək bildirdi ki, Qax Rayon Məhkəməsinin 2(024)-628 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2014-cü il tarixdə doğulmuş X3 18 yaşına çatanadək hər ay sabit pul məbləğində bir uşaq üçün 75 manat məbləğində aliment tutulub tələbkar X5 verilməlidir. İcra sənədi üzrə xx.xx.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Qax Rayon Məhkəməsinin 2(024)-309/2020 nömrəli, xx.xx.2020-ci İcra sənədi üzrə xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs tələbkar X6 ödədiyi alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 170 manat məbləğində müəyyən edilməlidir. İcra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Qax Rayon Məhkəməsinin 2(024)-45 nömrəli, xx.xx.2016-cı icra sənədi üzrə və Qax icra sənədinə borclu Şəxsndna cəmi 11030 manat tutularaq tələbkar X2 ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Qax Rayon Məhkəməsinin 2(024)-949/2021 nömrəli, xx.xx.2021-ci il tarixl icra sənədi üzrə borclu Şəxs cəmi 20150 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X10 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Qax Rayon Məhkəməsinin 2(024)-650/2022 nömrəli, xx.xx.2022-ci il tarixl icra sənədi üzrə borclu Şəxs cəmi 7500 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Borcluya icra sənədləri üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş və qanunvericiliyə müvafiq daşıdığı məsuliyyət izah olunmuşdur. Lakin bütün bunlara baxmayaraq borclu tərəfindən keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası təmin olunmamışdır. Şöbəyə verdiyi izahatında borclu Şəxs hal hazırda icra sənədi üzrə qeyd olunmuş cəmi 8490 manat aliment borcunu 1-2 aya ödəyə biləcəyini, Qax Rayon Məhkəməsinin 2(024)-949/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 20150 manat və Qax Rayon Məhkəməsinin 2(024)-650/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə isə 7500 manat pul vəsaitinin 2023-cü ilin dekabr ayın sonuna ödəyə biləcəyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Qax rayon Məhkəməsinin müvaqfqi icra sənədlərinə əsasən tələbkarlara olan puyl borclarını hazırda maddi imkanı olmadığı üçün ödəyə bilmir. Lakin həmin icra sənədlərindən Qax Rayon Məhkəməsinin 2(024)-949/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 20150 manat və Qax Rayon Məhkəməsinin 2(024)-650/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə isə 7500 manat pul vəsaitinin 2023-cü ilin dekabr ayının sonuna ödəyə bilər. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları, özünün, və icra məmurunun izahatları ilə məhkəmə iclasında təsdiq edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmamışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi sanksiyası daxilində inzibati həbs tənbeh novünün tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 84, 106, 114, 115-117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 10 (on) gün müddətə inzibati həbs tənbeh növü tədbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zalından həbs edilsin. Həbs etmənin əvvəli Şəxs məhkəmə zalından həbsə alındığı 11 sentyabr 2023-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar