Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-317/2023 13.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə. xxxxxxx, xx.xx.1979-cu ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Qax şəhəri, Ü.Hacıbəyli küçəsi, ev 8b mənzıl 14-də qeydiyyatda olan. Şəxs barəsində Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X5 tərəfindən Şəxs barəsində, Qax Rayon Məhkəməsinin 2(024)-808 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsinin icra edilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Qax Rayon Məhkəməsinin 2(024)-808 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2015-ci il tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İcra sənədi üzrə borclunun xx.xx.2023-cü il tarixə 2892 manat aliment borcu yaranmışdır. Borcludan yaranmış aliment borcunun ödənilməsi tələb olunmuş, əks halda qanunvericiliyə müvafiq daşıdığı məsuliyyət izah olunmuşdur. Lakin borclu yaranmış aliment borcunun ödənilməsinin təmin etməmişdir. Borclu xx.xx.2023-cü il tarixdə, şöbəyə verdiyi izahatda yaranmış aliment borcunun imakının olmadığı üçün ödəyə bilmədiyi üçün qeyd olunan borcun 400 manat ödənilməsini təmin edib qəbzini şöbəyə təqdim edə biləyəcəyini izahatında göstərmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Şəxs barəsində qanuni cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Qax Rayon Məhkəməsinin 2(024)-808 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə tələbkar Samirə Sultanovaya olan 2892 manat borcunu tam ödəməyə maddi imkanı yol vermir. Belə ki, hazırda tələbkara olan borcundan 500 manat ödəyə bilər. Qalan hissəsini də hissə-hissə ödəyəcəkdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X2 məhkəməyə izahat verərək göstərdi ki, Qax Rayon Məhkəməsinin müvaqif icra sənədinə əsasən borclu Şəxs ona 2892 manat aliment borcu yaranmışdır. Borclu ona borcundan heç bir ödəniş etməmişdir. Hazırda Şəxs ona olan borcundan 500 manat ödədikdən sonra qalan hissəsini hissə-hissə ödəməsi barədə təklifini qəbul etmir. Borcludan ona olan borcunu tam tələb edir. Məhkəmədən borclu Şəxs həbs edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 2(024)-808 nömrəli, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin təsdiq olunmuş surətindən görünür ki, borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan icra məmurunun xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərarının təsdiq olunmuş surətindən görünür ki, Qax Rayon Məhkəməsinin 2(024)-808 nömrəli, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İş materiallarında olan icra məmurunun çağırış vərəqəsindən görünür ki, Şəxs Qax rayon İcra və probasiya şöbəsinə 06 dekabr 2022-ci il tarixdə saat 10:00-da gəlməsi tələb olunmuşdur. İş materiallarında olan icra məmurunun xx.xx.2023-cü il tarixli “borclunun axtarılması haqqında” qərarından görünür ki, Şəxs yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün onun barəsində axtarış elan edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, zərərçəkmiş şəxslər və icra məmurunun izahatları ilə məhkəmə iclasında təsdiq edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən “Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Şəxs icra məmurunun çağırışlarına məhəl qoymamış, Qax rayon İcra və probasiya Şöbəsinə axtarışla gətirilmişdir. Məhkəmə bütün bunları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi sanksiyası daxilində inzibati qaydada həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 84, 106, 114,115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 10 (on) gün müddətə inzibati həbs tənbeh növü tədbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zalından həbs edilsin. Həbs etmənin əvvəli Şəxs məhkəmə zalından həbsə alındığı xx.xx.2023cü il tarixdən saat 17:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-317/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-317/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver