Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-318/2023 13.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. FİN-xxxxxxx, xx.xx.1984-cü ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Qax rayonu, Güllük kəndində yaşayan Şəxs barəsində Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X4 tərəfindən Şəxs barəsində, Qax rayon Məhkəməsinin 2(024)- 240/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icra edilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X4 izahat verərək bildirdi ki, Qax Rayon Məhkəməsinin 2(024)- 240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2011-ci ildə doğulmuş X5 və xx.xx.2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs Mömin oğlundan sabit pul məbləğində hər ay hər bir uşaq üçün 150 manat miqdarında aliment müvəqqəti tutularaq X3 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İcra sənədi üzrə borclu xx.xx.2023-cü il tarixdə Qax rayon İcra və probaisya şöbəsinə izahat verərək xx.xx.2023-cü il tarixə yaranmış 900 manat aliment borcunu hissə hissə ödəyəcəyini bildirmişdir. Lakin keçən müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borclu xx.xx.2023-cü il tarixdə, şöbəyə verdiyi izahatda 1500 manat aliment borcunu imkan olmadığı üçün ödəyə bilmədiyini, hal hazırda qeyd olunan borcu tam ödəmək imkanı olmadığını hazırda Bakı şəhərində Avto yumada işlədiyini və bu işdə 15-20 manat qazancı olduğunu bildirmişdir. Borclu qeyd olunan borcun 500 manatını xx.xx.2023-cü cü il tarixə qalan borcu isə xx.xx.2023-cü il tarixə ödəyə biləcəyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Mömin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən barəsində qanuni cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Qax rayon Məhkəməsinin 2(024)-240/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tələbkara olan 1500 manat borcunu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. O, hazırda heç bir yerdə işləmir. İki gün ona möhlət verilərsə tələbkara olan borcunu ödəyə bilər. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. İş materiallarında olan Qax rayon Məhkəməsinin 2(024)-240/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2011-ci ildə doğulmuş X5 və xx.xx.2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs sabit pul məbləğində hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat miqdarında aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bildirişdən görünür ki, Şəxs icra sənədində göstərilən tələbin könüllü ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Çağırış vərəqəsindən görünür ki, icra sənədinin icrası ilə əlaqədar 27 aprel 2023-cü il tarixdə saat 09:30 radələrində Şəxs Qax rayon İcra və probasiya şöbəsinə gəlməsi tələb olunmuşdur. İş materiallarında olan icra məmurunun “borclunun axtarılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün onun barəsində axtarış elan edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və icra məmurunun izahatları ilə məhkəmə iclasında təsdiq edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən “Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.” İşdə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar aşkar olunmamışdır. Şəxs icra məmurunun çağırışlarına məhəl qoymamış, Qax rayon İcra və probasiya Şöbəsinə axtarışla gətirilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası daxilində təqsirli bilinib inzibati həbs tənbeh növünün tədbiq edilməsini qanuna müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 84, 106, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 10 (on) gün müddətə inzibati həbs tənbeh növü tədbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zalından həbs edilsin. Həbs etmənin əvvəli Şəxs məhkəmə zalından həbsə alındığı xx.xx.2023cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-318/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-318/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver