Məhkəmə qərarları › İş №3(024)-32/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-32/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-32/2024 19.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax RPŞ-nin DYPB-nin YPX-nın inspektoru, polis serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə. Şəxs-xx.xx.1995-ci ildə Qax rayonu Qaxingiloy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, Qax rayonu Qaxingiloy kəndində qeydiyyatda olan, Fin- xxxxxxx Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333.3-cü maddələri ilə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində spirtli içki qəbul edərək sərxoş vəziyyətdə “Daewoo Nexia” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili Qax şəhəri İ.Mustafayev küçəsində idarə edən zaman idarəetməni itirərək qarşısında gedən Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai veloster” minik markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qax rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax RPŞ-nin DYPB-nin YPX-nın inspektoru, polis serjantı X3 izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Şəxs “Daewoo Nexia” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili Qax şəhəri İ.Mustafayev küçəsində idarə edən zaman idarəetməni itirərək qarşısında gedən “Hyundai veloster” minik markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerində Şəxs sərxoşluq əlamətləri olduğu üçün onun alkotester vasitəsi ilə sərxoşluq vəziyyəti yoxlanmış və Şəxs spirtli içki qəbul edərək sərxoş vəziyyətdə avtomobil idarə etməsi və yol-nəqliyyat hadisəsi törətməsi, həmçinin sənədlərə baxış keçirilən zaman onun nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi aşkar edilmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Qax şəhəri İ.Mustafayev küçəsi ilə “Daewoo Nexia” markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman fikirli olduğu üçün qarşıdan gedən Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai veloster” minik markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Zərərçəkmiş şəxslə aralarında razılığa gəlib. Qeyd edilən maddə ilə özünü təqsirli bilir. Hərəkətindən səmimi peşman olmasını bildirərək məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində “Daewoo Nexia” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili Qax şəhəri İ.Mustafayev küçəsində idarə edən zaman özünün idarə etdiyi “Hyundai veloster” minik markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində ona təxminən 150 manat məbləğində ziyan dəymişdir. Lakin, Şəxs şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi etirafı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş alkotester müayinəsinin nəticəsindən görünür ki, Şəxs nəfəsində aşkarlanan alkoqolun miqdarı 1.084 % (promil) olmuşdur. İşdə olan Azərbaycan Respublikası avtomotoservis və ticarət müəssisəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 12 saylı aktdan görünür ki, “Hyundai veloster” minik markalı **-FV-*** dövlət nömrə nişanlı avtomaşının düzəlməsi və rənglənməsi üçün 150 manat xidmət xərci olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh təyin edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun məsuliyyətini yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmədə işə baxılan zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə- qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur”. Belə olan halda məhkəm hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksiyasına uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 84, 106, 109, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ : Rüstəmov X1 Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar